Kateqoriyalar
Faydalı Məlumatlar

KÖRPƏLƏRƏ SU VERİLMƏLİDİRMİ ?

0-6 ay arası mütləq ana südü tövsiyə edirik. Ana südü qəbul edən körpələrin su daxil heç bir şeyə ehtiyacı yoxdur (d vitamini verilməli). Çünki ana südünün 70-80 % sudur. Süni qidalar isə su ilə hazırlandığına görə bu körpələrin də istilər daxil suya ehtiyacları yoxdur. Əksinə, verilən su körpənin ana südü və ya süni qidaya qarşı istəyini azaldır, bu da onların böyümə və inkişafına mənfi təsir göstərir. Suya, əlavə qidalanmaya keçən zaman, 6 aydan başlanıla bilər. 1 yaşa qədər uşaqlara qaynanmış ilıq su verilməsi məsləhətdir. Hər şəraitdə verilən suyun təmizliyinə və uşaqlara uyğun olmasına diqqət edilməlidir. Valideynlər tərəfindən vaxtsız verilən şəkərli su və meyvə suları da sıx edilən xətalardandır.

Uzman Dr. Altay Abdullaoğlu
Pediatr-Neonotoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir