Kateqoriyalar
Faydalı Məlumatlar

Eşitmə problemi

Eşitmə problemi gündəmdə tez-tez rast gəlinən problemlərdən biridir.

Eşitmə problemi deyəndə- eşitmənin azalması və eyni zamanda eşitmənin tam olmaması nəzədə tutulur.

İnsanlarda  eşitmə itkisi yaradan bir neçə səbəb var:

1)  Genetik və yaşla bağlı (presbiakuzis).

2)  Hər hansı infeksion xəstəlik keçirdikdən sonra yaranan.

3)  Medikamentoz – ototoksik dərmanların istifadəsi.

4) Mexaniki-  xarici qulaq tıxacı, yad cisimlər.

5) Orta qulağın və sümükcüklərin hər hansı patologiyası.

6) Fiziki travma nəticəsındə.

 Eşitmə azlığı dərəcəsinə və başlanmasına görə 2 cü olur:

1)Konduktiv – xarici və orta qulaqda olan patologiya zamanı yaranan eşitmə zəifliyi.

2) Neyrosensor – daxili qulaqda yaranan patologiya zamanı.

Simptomları:

  • Qulaqda dolğunluq hissi.
  • Qulaqda ağrı.
  • Qulaqda ifrazatın olması.
  • Qulaqda səs.
  • Qulaqda suyun axması hissiyyatı.
  • Başgicillənmə.
  • Qusma, mədədə bulantı, nistaqm.

İnsanlar hər hansı bir şikayət olduqda vaxtında həkimə müraciət etdikdə düzgün müayinə və müalicə ala bilərlər.

Eşitmə probleminin diaqnostikası üçün lazımlı olan prosdurlar:

1)  Xəstənin şikayəti və anamnezi.

2)  Qulağın otoskopiyası və mikroskopla müayinəsi- otomikroskopiya.

3)  Kamertonla müayinəsi.

4)  Saf səs audiometriya.

5)  Danışıq audiometriya.

6)  Timpanometriya.

7)  Eşitmə reflekslərin yoxlanması.

8)  Otoakusstik emissiya.

9)  KT və MRT müayinələr

Müalicəsi həm konservativ həm cərrahiyədir.

Qulaq-burun-boğaz həkimi Lalə Seyfullayeva.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir