Kateqoriyalar
Faydalı Məlumatlar

DIRNAQ BATMASI NƏDƏN OLUR?

 Dəri altında özünə yer edən dırnaq,infeksiyaları dəri altına daşıyaraq və dərialtında iltihabi proses başlamasına səbəb olur..Bundan sonra qızarıqlıq,ağrı,şişkinlik,yanma,iltihabi axıntı kimi şikayətləri başlayır.Dırnaqdan gələn sarı iltihabi axıntı sonrası çox nadirdə olsa bəzən barmaq falanga iltihabinada səbəb ola bilməkdədir.

·       Dırnaq batması əsil səbəbi nədir ?

Ucu dar,topuqlu  və narahat ayaqqabılar.dırnaq batmasının ən böyük səbəblərində biridir.Bunun üçün ayaq dırnağınızı sıxışdırmayan,ön hissəsi geniş  və rahat ayaqqabı istifadəsi məsləhət görülür.

·       Yanlış dırnaq kəsmə.

 Dırnağı yuxarlaq və dərin kəsilməsi eyni zamanda dırnağı dəri altına doğru inkişafına səbəb olmaqdadır.Bu səbəblə dırnaqları yuvarlaq və dərin deyil.düz  və çox dərin kəsməmək məsləhət görülür.

·       Pedikür.

Yanlış alətlər və qeyri steril şəraitdə aparılan pedikür dırnaq yatağının infeksiyalaşmasına və dolayısı ilə dırnaq batmasına səbəb olmaqdadır.

·       Genetik səbəblər.

Əgər ailədə dırnaq batması problemi olan birisi varsa sizdədə olma ehtimalı olduğundan ehtiyatlı olmanız məsləhət görülür.

·       İnfeksiyon səbəblər.

Dırnaqda göbələk və digər infeksiyalar səbəbindən dırnaq toxumasının qalınlaşmasına və genişlənməsinə səbəb olmaqla dırnaq batmasına gətirib çıxarmaqdadır.

Dırnaq  batması necə inkişaf edir.

Daha çox ayaq 1-ci barmaqda rast gəlinən dırnaq batması ilk mərhələsində yalnızca dırnaqda şişkinlik və qızarıqlıq görülür.İlk vaxtlarda iltihablaşma və axıntı yoxdur.Daha sonra hər hansı bir müdaxiləyə məruz qalmayan dırnaq batması dahada ağırlaşır və batma hissədə istilik,yanma,iltihabi axıntı əmələ gəlir.Bölgədə axan ağımtıl maye əsasən bədənin dəri içindəki dırnağa verdiyi reaksiya kimi qəbul olunur.Sonrasında görülən sarı irinli axıntı artıq dırnaqda infeksiya olduğunu və dahada pisləşdiyini göstərməkdədir.

Op. Dr. İlkin Cəlilov

3 replies on “DIRNAQ BATMASI NƏDƏN OLUR?”

Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur. Op. Dr. İlkin Cəlilovun həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
Tel: (012) 959,
(012) 436 1496,
(055) 708 3000.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir