Kateqoriyalar
Faydalı Məlumatlar

Dimensiya nədir ?

Demensiya bir simptomlar qrupunu təsvir etmək üçün istifadə edilən termindir. Bu simptomlara yaddaşın tədricən zəifləməsi, ünsiyyət problemləri ilə birgə səbəb-nəticə, düşünmək bacarıqlarının azalması daxildir. Bu simptomlara müxtəlif faktorlar və xəstəliklər səbəb ola bilər. Demensiyanın bir çox əlaməti var və inkişaf riski yaşla bir yerdə dramatik şəkildə artır. Demensiyanın proqresif inkişaf etməsinə baxmayaraq hər insan özünə məxsus şəkildə demensiyanı yaşayır.

Demensiyanın simptomları:

  1. Yaddaşın itirilməsi- dükandan evə gələn yolu unutma və ya yaxşı bilinən yolu xatırlamamaq.
  2. Adları və yerləri xatırlaya bilməmək.
  3. Danışmaq, oxumaq, yazmaq qabiliyyətlərinin azalması.
  4. Emosional dəyişikliklər- xüsusi ilə beynin emosialara nəzarət edən hissəsinin zədələnməsi olanlarda. Demensiyalı insanlar da qorxu, kədər, qəzəb, sevinc hisslərini yaşaya bilirlər.

Sonrakı vaxtlarda əlamətlər şəxsi problemlər daşıyır və getdikcə başqalarından asılı vəziyətə düşürlər.

Diaqnoz

Diaqnoz gələcəyinizi planlaşdırmada xüsusi rol oynayacaq. Nə edəcəyinizi daha yaxşı biləcəksiniz. Yeni müalicələrdən faydalana biləcəksiniz. Digər sosial və sağlamlıq ehtiyacları müəyyən ediləcək və lazımi tədbirlər görülə biləcək.

Demensiyanın sadə bir testi yoxdur. Çox vaxt digər səbəbləri istisna etməklə diaqnostika həyata keçirilir. Bu zaman həkiminiz infeksiya, vitamin çatışmazlığı, tiroid vəzi problemləri, beyin şişləri, dərmanların yan təsirləri və depressiyanı istisna etməyi planlaşdırır. Sadalananlardan bəziləri müalicə olduğuna görə yuxarıdakıları araşdırmaq vacibdir.

Demensiya

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hal hazırda dünyada 47,5 milyon insan demensiya xəstəliyindən əziyyət çəkir. 2050-ci ilə qədər bu rəqəmin 135 milyon olacağı deyilir. Demensiya zamanla beyinə zərər verir. Ən çox görülən demensiya növü Alzheimer xəstəliyidir və bunun üçün gen və çevrədən bir çox faktor sadalansa da dəqiq səbəbi bilinmir. Başqa bir çox rast gəlinən demensiya növünün səbəbi isə yüksək qan təzyiqinin beyinə vurduğu zərbələrin təsirindən yaranan Vaskular demensiyadır.

Demensiya necə müalicə olunur?

Demensiyanın bütün növləri proqresiv xəstəlikdir və müalicədə əsas məqsəd bu prosesi ləngitməkdən ibarətdir. Əsas yanaşma psixososial yardım və dərman müalicəsindən ibarətdir.

Daha yaxşı yaşamanız diləyi ilə..

Uzm. Dr. Fuad Bəşirov

Həkim Psixiatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir