Kateqoriyalar
Faydalı Məlumatlar

Depressiya

  • Atipik depressiya: bu tip insanlarda müsbət situasiyalarda ümumi vəziyyətlərində keçici proqres müşahidə olunur. Onlarda iştahın və yuxu tsiklinin artması, bilavasitə halsızlıq qeyd olunur.
  • Təşvişli depressiya: bu tip insanlar hədsiz dərəcədə narahat, hərəkətli və təşvişli vəziyyətlərdə olurlar. Nəticədə psixoloq tərəfindən pasiyent ilə münasibətin qurulmasında çətinliklər müşahidə olunur. Onlarda yuxusuzluq, iştahasızlıq, çəki itkisi, hərəkət və davranışın ləngiməsi olur.
  • Psixotik depressiya: ağır depressiv vəziyyətdə pasiyent funksionallığını tamamilə itirir. Qidalanma və özünə baxımda hədsiz dərəcədə pozuntular olur. Yanaşı olaraq, sayıqlama (yanlış və dəyişdirilməyən inanclar) və hallüsinasiyalar (qavrama pozuntusu) müşahidə olunur. Pasiyent əhəmiyyətli və çarəsi olmayan xəstəliyə tutulduğunu, mal-mülkünü itirdiyini, dəhşətli cinayət törətdiyini və günahkar olduğunu iddia edir, eyni zamanda buna inanır.
  • Postnatal depressiya: hamiləlik sonrası mütəmadi təsir göstərən, psixoloji səbəb olmadan başlayan ciddi depressiv vəziyyətdir. İnsan yaşadığı çarəsizlik duyğusuna görə uşağa baxa bilmir, daha ağır hallarda isə həm özünə, həm də uşağa xətər yetirə bilər.
  • Mövsümi depressiya: əsasən yeniyetmələrdə müşahidə olunan vəziyyətdir, təkrarlanan depressiv mərhələlər əsasən eyni fəsildə, xüsusilə də qış aylarında ortaya çıxır.

         Uzm. Dr. Azər Bağırov Psixiatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir