Əldə 1-ci barmağı qaldıran vətərin( EPB) və 1-ci barmağı uzaqlaşdıran( APL) vətərinin əl bilək səviyyəsində vətər yatağında sıxışması ilə yaranan bir xəstəlikdir.Bu xəstəlik daha çox aşağıdaki hallarda yaranır,hörmə işləri görən xanımlarda,musiqi alətində uzun müddətli ifa( əsasən pianino), bağbanlarda,körpələri olan analarda( daha çox əmizdirən və qucaqda saxlayan təkrari hərəkətlər zamanı) və ya daha əvvəl görmədiyi işi bir anda görməyə çalışanda 1–ci barmaq açıcı yatağında əmələ gələn ödem nəticəsində şikayətlər yaranır.Əl biləyinin baş barmaq tərəfdə görülən ağrı ən tipik əlamətdir.Həmçinin ağrı olan bölgədə şişkinlikdə ola bilər.Əsasəndə əşya qaldırma,yumruq sıxma, zamanı ağrı dahada artması müşahidə olunur və ağrı aşağıya baş barmağa və yuxarı saidə doğru yayılır.Xəstənin müayinəsi zamanı 1-ci barmağı yumruq içinə alaraq kiçik barmağa tərəf büküldüyündə ağrınin əmələ gəlməsi və ya dahada artması diaqnozun qoyulmasında çox vacibdir.
Müalicəsi.İlk əvvəl oral və lokan iltihab əlehinə dərmanların ( QSİƏ) və 1-ci barmağı istirahət halında dəstəkləyən əl bilək splintlərindən istifadə nəzərdə tutulmuşdur.Bu hal ilə şikətləri tam keçməyən xəstələrə vətər yatağında sıxışma olan hissəyə ödemi azaltmaq üçün yerli steroid inyeksiyalarda olunmaqdadır.Daha gec müaraciət olan hallarda isə Lokal anesteziya altında vətər yatağının dar olan hissəsi açılması ilə vətərin rahat hərəkəti bərpa olunmaqdadır.