Kateqoriyalar
Faydalı Məlumatlar

Anemiya

ANEMİYA

Qanazlığının əlamətləri qansızlıq növünə görə dəyişir. Qanazlığına səbəb olan narahatlıqlar və qanazlığının şiddətinə görə əlamətlər fərqlənə bilər. Məsələn, qan itkisi, xora, menstruasiya problemləri və ya xərçəng anemiyaya səbəb ola bilər. Bu narahatlıqlar bəzi aşkar əlamətlər ilə özlərini göstərə bilərlər. Əgər yüngül anemiya varsa və ya anemiyanın əmələ gəlməsi uzun müddət yayılıbsa, hər hansı bir əlamət hiss etməyə də bilərsiniz.

Qanazlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.

Qanazlığı özünü necə göstərir?

1. Torpaq, buz, kirəc yemək istəyi

2. Ağız ətrafında çatlar

3. Dildə qırmızılaşma

Anemiya (qanazlığında) əlamətləri qanazlığının növünə görə dəyişsə də, bir çox qansızlıq növü üçün bəzi müştərək əlamətlər aşağıdakılardır:

– Tez yorğunluq və enerji itkisi

– Xüsusilə məşq zamanı fövqəladə sürətli ürək döyüntüsü

– Xüsusilə məşq zamanı nəfəs darlığı və baş ağrısı

– Diqqəti toplamaqda çətinlik

– Solğun dəri

– Ayaqda ağrılar

– Yuxusuzluq

Yuxarıdakı ortaq əlamətlərdən başqa qanazlığı ilə yanaşı başqa əlamətlər də ortaya çıxa bilir. Qanazlığının digər əlamətlərini qansızlıq tiplərinə görə araşdırmaq faydalı ola bilər.

Dəmir çatışmazlığından dolayı yaranan qanazlığının əlamətləri:

– Kağız, buz və ya toz kimi qəribə maddələrə qarşı duyulan aclıq və iştaha

– Dırnaqların yuxarı doğru əyilməsi

– Ağız kənarlarında çatlar

– Ağızda acı dad

Uzm. Dr. Çinarə Səfərova Uzman Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir