Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Həkim qəbuluna yazıl
    • Əlaqə
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Süni mayalanma müalicəsində psixoloji dəstək

  • Ana Səhifə
  • 2019
  • Fevral
  • 5
  • Süni mayalanma müalicəsində psixoloji dəstək
Fevral 5, 2019

Süni mayalanma müalicəsində psixoloji dəstək

Azərbaycanda süni mayalanma müalicələri uzun zamandır həyata keçirilsə də bu çox da geniş əhatəyə yayılmayıb və dolayısı ilə də insanların əksəriyyəti məlumatsızdır. Bu məlumatsızlıq ucbatından da süni mayalanma vasitəsilə övlad sahibi olan ailələr ictimai qınağa tuş gəlirlər, çünki onlara elə gəlir ki, həmin cütlüklər tamamilə kənar bir kişinin sperması vəya başqa bir qadının yumurtalığının mayalandırılması nəticəsində övlad sahibi olmuşdur. 
Gördüyümüz kimi, uşaq sahibi ola bilməyən evli çütlüklərin yaşadığı çətinliklər qurduğu xəyallarla düz mütənasibdir. Arzular, xəyallar artdıqca çətinliklər də çoxalır. Çünki, uşaqların bu üsulla dünyaya gəlməsi, ailə həyatının tam reallaşması, ailə üzvlərinin sosial cəmiyyətdə formalaşması ilə bir sıra problemlər yaranır ki, bəzən fərdlər bunun öhdəsindən gələ bilmirlər. Və öz çevrələrindən də lazımi dəstəyi görə bilmirlər. 
Uşaq sahibi olmadan da uzun illər evli olan və bu vəziyyətdən şikayətçi olmayan cütlüklər də var. Lakin bunun əksinə də bu cəmiyyətdə çox rastlaşırıq. Uşaq sahibi ola bilməməkləri onların nəinki ailədaxili münasibətlərinə, hətta iş həyatlarına da ciddi mənfi təsirlər göstərir. Çünki, demək olar ki, addım atdıqları hər mühitdə “niyə uşağınız olmur?” kimi suallara tuş gəlirlər. VƏ beləcə ana olmaq istəyən qadın həyatı boyu öz fizioloji problemlərindən daha çox bu kimi stresslərə sinə gərməyə məcbur olur. 
Süni mayalanma evli cütlüklərin hər ikisinin razılığı əsasənda həyata keçirilməlidir. Bəs bu razılığa gəlmək məsələsinə cütlüklər öz aralarında nail ola bilirlərmi? Təəssüfki, çox az hallarda. Ölkəmizdəki ailə-qohum münasibətləri bir-birinə çox bağlıdır. Bəzən bu bağlılıq yeni ailə qurmuş gənclərin öz ailə dəyərlərini formalaşdırmasına ciddi maneəçiliklər törədir. Bu da təbiidir ki, cütlüklırin öz aralarındakı münasibətə də yansıyır. 
Yüksək texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilən süni mayalanma üsulu günümüzd? çox asanla?sa da, yenə də bir qadın ciddi formada depressiya, ümidsizlik, qayğı və qorxular, ağlamaq istəyi, əsəb-gərginlik və xüsusilə də günahkarlıq hissi kimi travmatik problemlər yaşaya bilir. Bəzən tibbi olaraq bütün lazımi müalicələr edilmişdir, lakin qadın yenə də uşaq sahibi ola bilmirsə artıq belə vəziyyətlərdə əsl mühüm olan faktor problemin psixoloji ölçüsüdür
Xülasə olaraq deyə bilərəm ki, süni mayalanma müalicəsinə başladığınız zaman həmin klinikanın psixoloji dəstək təmin edib etmədiyini soruşun, Əgər yoxdursa mütlıq bir mütəxəssisdən dəstək alın. Bu sahədə çalışan psixoloq sizə: süni mayalanma əməliyyatı zamanı və sonrası sizdə baş verə biləcək fiziki və psixoloji dəyişikliklər haqqında məlumat verəcək, sizi bu müddətə addım-addım hazırlayacaq, sizə kömək edəcəkdir. Tibbi prosedurunuz davam etdikcə də terapiya vasitəsilə vəziyyətinizin yüngülləşməyini təmin edəcəkdir. Çünki süni mayalanma üsulu üçün prosedur bağlandığı zaman kəsimi irəlilədikcə insanlar özlərini və duyğularını kontrol etməkdə çətinlik çəkirlər. Və onların bu duyğusal çətinlikləri bu prosesdə onlarla işləyən həkimin işinə də öz təsirini göstərir. Pasient həkimin göstərdiyi yollara, verəcəyi direktivlərə açıq olmalı və izləməlidir. Beləcə ümidlə, səbrlə və fiziki-psixoloji sağlam formada valideyn olma yolunda irəliləyəcəksiniz. Buna mane olan bütün çətinlikləri cəsarətlə aşaraq.

Kateqoriya: Faydalı Məlumatlar
0
Sosial mediada paylaş Twitter Facebook Google

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (145)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Ginekologiya (3)
    • Kardiologiya (1)
    • Pediatriya (3)
    • Psixoterapiya (3)
    • Qastroentrologiya (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Təşviş pozuntusu
Vitaminlər həmişə xeyirlidirmi?
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”
Süd vəzisinin iltihabi xəstəlikləri

Son Şərhlər

  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • İlqar on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • AGA on Kolonoskopiya nədir ?

Arxiv

  • Yanvar 2021 (3)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti qadin xesteliyi

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Təşviş pozuntusu
18th Yan 2021
Vitaminlər həmişə xeyirlidirmi?
08th Yan 2021
Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az