Kateqoriyalar
Faydalı Məlumatlar

ƏMGƏK NƏDİR ?

Əmgək baş nahiyəsində çox qalın elastik və çox qalın toxumadan  ibarət olub üzəri qalın dəri toxuması ilə bağlıdır,yenidoğulmuş dövründə olur.Əmgək ölçüsü  valideynləri çox narahat edən durumdur. Bəzi  vaxtından əvvəl doğulmuş uşaqlarda kiçik əmgək də açıq ola bilər.(0.5-2.2 mm -ə qədər və 2-3 ayında bağlanır.) Böyük əmgək 3 ayında bağlandığı kimi 2 yaşına qədər açıq qala bilər.Bunun uşaq orqanizminə heç bir ziyanı yoxdur. Ümumiyyətlə,əmgək bağlansa da bu başın ölçülərinin kiçik qalması anlamına gəlməz. Çünki başda kəllə sümükləri arasındakı yerləşən digər tikişlər hesabına o böyüyür. Əgər baş dairəsinin ölçüsü uşaqda ayına uyğun artarsa və uşağın nevroloji statusu yaşına uyğundursa onda heç bir KƏLLƏDAXİLİ TƏZYİQDƏN söhbət  gedə bilməz.Bu zaman ən böyük yanlış vit D –nin kəsilməsidi. Vitamin D-ni mütləq davam etmək lazımdır. Əmgək açıq olduqda isə kalsium preparatı verilir.Hansı ki,bu preparat bu zaman verilməz,heç bir effekti yoxdur. Bəzi uşaqlarda baş dairəsi böyük və ya forması bir az dəyişik olur. Bu zaman narahat olmaq lazım deyil. Belə ki,uşaqlarda baş forması 1 yaşına kimi özü özünə düzəlir. Bəzən hətta bu zaman uşaqlara baş massajı edilir. Olmaz,bu massajın heç bir effekti yoxdur. Uşaqlar yenidoğulmuş dövründə çox uzanıqlı vəziyyətdə olduqları üçün baş verir. Lakin onlar oturma,iməkləmə prosesinə başladıqları dövürdə öz normal formasına qayıdır.Bəzən genetik valideynlərin baş formasına da oxşayır.Bu zaman da heç bir müalicə effekt verməz. Valideynlər bəzən əmgəyi uşağın saçını daradıqda zədələyə biləcəyini düşünürlər.Lakin bu halda əmgək zədələnməz.

2 replies on “ƏMGƏK NƏDİR ?”

Salam. Əslində uşaqlarda böyük və kiçik əmgəklər var. Uşaqlarda dünyaya gələndən sonra normalda arxadakı əmgək tezliklə bağlanır. Amma öndəki əmgək daha gec bağlanır. Ön əmgəyin bağlanma zamanı (bağlanma dövrü) əslində 1 yaş-1 yaş 2 aylıq arasıdır.
Müşahidə edən pediatr (hər ay əmgəyin ölçüsü bağlanmağa doğru gedir) hər ay onun kontrol müayinəsində əmgəyin ölçüsünə diqqət yetirir. Hər ay o kiçilməyə doğru gedir və son nəticədə 1 yaş-1 yaş 2 aylığında bu bağlama tamamlanır. Bağlanma zamanı gecikirsə, əgər ləngimə varsa, onda mütləq bunu tezləşdirmək üçün qanda calsium yoxlanılır və əskiklik varsa, həm calsium preparatı, həm də D vitamininin birgə verilməsi tövsiyyə olunur.
Bəzən də əksinə olur ki, əmgək vaxtından tez bağlanmağa başlamış olur. Bu bizə biraz narahatlıq yarada bilir. Biz başın ölçüsünə nəzarət edirik ki, hər ay 1-1,5 sm ölçü olaraq başın çevrəsi böyüməyə davam edirsə, o əmgəyin kiçik olması bizə o qədər də ciddi bir problem yaratmır. Başın çevrəsinin böyüməsi norma daxilində davam edirsə, bizi narahat etməyəcəkdir. Sadəcə biz valideynlərə xəbərdarlıq edirik ki, yüksək hərarət fonunda beyin sıxılmasından irəli gələrək ola bilər ki, qısa müddətli hipertermik qıc olma olsun, keçsin. Vaxtından əvvəl bağlanması zamanı belə bir şey ola bilər. Gec bağlanmanın da səbəbi calsium və D vitamininin əksikliyi ola bilir. Buna görə də körpə kontrolda saxlanılmalıdır. Ehtiyac olarsa, Pediatr tərəfindən calsium və D vitamini təyin oluna bilər.
Dr. Sevinc F. Məmmədova, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.