Dünən HB Güven klinik və Florence Nightingale Hospitals tərəfindən təşkil edilmiş “Nefroloqların Elmi-Praktiki konfransı” baş tutub. Konfransın açılış mərasimində AMEA-nın müxbir üzvü , uroloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdаr elm xаdimi, Azərbaycan Tibb Universitetinin urоlоgiyа kаfedrаsının müdiri Sudeyif İmamverdiyev ölkəmizdə bu cür tədbirlərin keçirilməsinin vacibliyini, Urologiya və Nefrologiya sahəsində yeniliklərin səhiyyə sahəmizə verdiyi əhəmiyyətdən bəhs etdi. Türkiyədən dəvət olunmuş Orqan Nəqli Cərrahı Prof. Dr. Barış Akın və Nefroloji Uzmanı Prof. Dr. Tevfik Ecder konfrans müddətində Nefrologiya sahəsinin yeniliklərini özündə əks etdirən məruzələri ilə çıxış etdilər.
Kateqoriyalar