Kateqoriyalar
Nevrologiya

Miqren tipli baş ağrıları

Baş ağrıları içərisində, ümumiyyətlə, ən çox yayılan qrupu nəzərə alsaq, “primer baş ağrıları” daha çox rast gəlinir. 

Ömründə bir dəfə də olsun başı ağrımayan insan yoxdur və baş ağrıları bizim nevroloji poliklinikasında ən çox müraciət olunan xəstəliklər qrupudur.

“Miqren tipli baş ağrıları” isə primer baş ağrılarının içərisində “gərginlik tip” baş ağrısından sonra ikinci rast gəlinən baş ağrısı qrupudur. 

Miqrenin əlamətləri

Miqrenin əsas əlaməti pasiyentin birtərəfli – ya alın, ya gicgah bölgəsidə pulsativ xarakterli, güclü, bəzən də yarım-kəskin ağrıların olmasıdır. 

Ağrılar olduğu zamanı: ürəkbulanma, qusma, işıqdan və səsdən narahat olma – fotofobiya, fonofobiya dediyimiz əlamətlərin olması və xəstənin ağrılarını aradan götürmək üçün müxtəlif ağrıkəsicilər qəbul etməsindən ortaya çıxan və nevroloji poliklinikada çox rast gəlinən bir baş ağrısı qrupudur.

Miqren diaqnozu və müalicəsi

Miqren tipli baş ağrıları klinik bir diaqnozla qoyulur. Yəni pasiyentin anamnezinə, əlamətlərinə fikir verərək o diaqnoz qoyulur. Klinik bir diaqnozdur. 

Miqren tipli baş ağrı olan pasiyenti baş-beyin MRT-si, laborotor müayinə, hətta ensefaloqram etsək belə hər şey normal çıxar, bir problem çıxmaz. Çünki bu klinik diaqnozdur.

Miqrenin müalicəsində hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının Baş Ağrısı Dərnəyinin protokolu miqreni müalicə etmək üçün 2 növ taktika bizə göstərir. 

Miqrenin profilaktik müalicəsi

Birinci taktika – miqren baş ağrılarının sayını azaltmaq. Buna deyirlər “profilaktik müalicə”. 

Bir insanın ayda 3 və 5-dən artıq başağrıları olursa, baş ağrısı olan günlərinin sayı 3 və 5-dən artıq olursa, biz o zaman profilaktik müalicə veririk. 

Profilaktik müalicə, miqren baş ağrılarının sayını azaltmaqdan ibarətdir. Burada müxtəlif qrup antidepressantlar, kalsium antaqonistləri, betta blokatorlar, antikolvusanlar qrup dərmanlardan istifadə edirik.

Miqrenin atak müalicəsi

İkinci məsələ – “miqren atakı”nın müalicə olunması. Yəni baş ağrılarının sayını azaltdıq, amma ayda 1-2 dəfə, xüsusən də, qadınlarda o mensturasiya tsiklindən 1 həftə qabaq, 1 həftə sonra zonqlayıcı xarakterli, şiddətli ağrıların olması və bu zaman biz başağrılarında miqrenin şiddətli ağrısını, güclü ağrısını azaltmalıyıq, ağrını götürməliyik.

Azaldan müalicə “profilaktik müalicə”dir, ağrını götürən müalicə isə “atak müalicəsi”dir. 

Onda da NPVS-lərlə bərabər, xüsusən, tərkibində triptan qrupu olan, miqrenə xas ağırkəsicilər verdiyimiz zaman bu baş ağrılarını aradan qaldırmış oluruq.

Miqren daha çox qadınlarda rast gəlinir

Miqren qadınla kişiyə nisbətdə daha çox qadınlarda rast gəlinir. 

Təəssüf ki, hələ indiyə qədər tam səbəbi məlum deyil. Amma hormonal bir dəyişikliklə sıx əlaqəli olduğunu bilirik və miqrenli baş ağrılı qadınlar 45-50 yaşdan sonra, yəni menstrasiya tsikli qurtarandan sonra, menopauza dönəminə girəndən sonra, klimaks dönəmində çox ciddi şəkildə əvvəlki illərlə müqayisədə baş ağrılarının azaldığını deyirlər və rahatlandıqlarını deyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir