Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Həkim qəbuluna yazıl
    • Əlaqə
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

“Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi

  • Ana Səhifə
  • 2019
  • Fevral
  • 5
  • “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
“Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
Fevral 5, 2019

“Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi

Reflyuks xəstəliyi nədir, xəstələrin şikayətləri nələrdir?

Reflyuks xəstəliyi, digər adı ilə qastro-ezofageal reflyuks xəstəliyi– mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən qida borusuna doğru geri gəlişi ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr adətən döş sümüyünün arxasında yanma (qıcqırma) şikayəti ilə müraciət edirlər. Bəzən döş sümüyünün arxasında yanmadan başqa, qida parçalarının və suyun ağıza qayıtması şikayəti də olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi ölkəmizdə də çox rast gəlinir. Ölkəmizdə aparılmış bir elmi tədqiqatda cəmiyyətimizin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi olduğu aşkar edilmişdir.

Yaranma səbəbləri nələrdir ?

Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun  müddət, çox miqdarda mədənin turşu tərkibli içəriyi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunun selikli qişasında  zədələnməyə yol açır və bu da yanma hissinin əmələ gəlməsinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda aşağı qida borusu sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktur mövcuddur. Bu struktur turşunun qida borusuna geri qayıtmasının qarşısını alaraq mədənin içində qalmasını təmin edir. Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi aralıqlar ilə zəifləyir və mədənin turşu tərkibli içəriyi qida borusuna geri qayıdır. Bu vəziyyət çox hallarda idiopatikdir, yəni səbəbi bəlli deyildir. Qida borusunun diafraqma dəliyinin sürüşən yırtığı, piylənmə xəstəliyi, bəzi dərmanların xroniki qəbulu, bəzi sistemli kollagen xəstəliklər reflyuks xəstəliyinin digər səbəbləridir.

Diaqnoz necə qoyulur ?


Alınmış ayrıntılı anamnestik məlumatlar, fiziki müayinə əlamətləri diaqnozun qoyulmasında həkimə çox kömək edir. Bariumlu qida borusu-mədə-on iki barmaq bağırsaq qrafiyası – xəstə barium içərkən, radioloqun  flyuoroskopiya altında bariumun aşağıya – qida borusuna və mədəyə keçişini araşdırdığı bir instrumental müayinə metodudur. Qasroskopiya – ucunda işıq olan elastik bir boru (endoskop) ağızdan qida borusuna və mədəyə doğru irəlilədilir və qida borusu və mədə görülərək müayinə edilir. Ezofaqus alt uc manometriyası və PH-metriya – burundan çox incə elastik bir boru qida borusunun alt ucuna göndərilərək buradakı təzyiq və yuxarı çıxmış turşu miqdarı ölçülür.

Ağırlaşmaları hansılardır ?

Əgər reflyuks xəstəliyi müalicə edilməzsə ciddi ağırlaşmalar meydana gələ bilər. Qida borusunda daralma, qanaxma və selikli qişada xərçəng qabağı bir sıra dəyişikliklərə (Barrett ezofaqus, displaziyalar) səbəb ola bilər. Xəbərdaredici simptomları bunlardır:
• Udqunmada çətinlik (disfagiya)
• Qanqusma
• Boğulma hissi, öskürək, səs qısıqlığı
• Çəkinin azalması

Müalicə tədbirlərində məqsəd nədir ?


  • Simptomların ortadan qaldırılması
    • Qida borusu alt ucundakı iltihabı – ezofagiti müalicə etmək
    • Ezofagitin təkrarlamasının və ya ağırlaşmalarının inkişafının qarşısını almaq


Müalicə tədbirləri hansılardır ?


Bir çox xəstədə reflyuks xəstəliyi həyat tərzində edilən dəyişikliklərlə və dərman müalicəsi ilə kontrol altına alınır.

Həyat tərzi dəyişiklikləri:
• Siqaret buraxılmalıdır. Çünki, tütün qoruyucu mexanizmlərə zərər verir. Mədədə turşunun əmələ gəlməsinə təkan verir və qida borusu ilə mədə arasındakı əzələlərin zəifləməsinə yol açaraq turşu reflyuksuna yol açır.
• Qazlı və turşulu içkilərdən istifadə edilməməlidir.
• Alkoqol, şokolad, kofein, qəhvə, çay, yağlı, ədviyyatlı yeməklərdən və pomidor kimi turşuluğu artıran yeməklərdən qaçınılmalıdır.
• Arıqlamaq məsləhət görülür. Bir neçə kiloqramlıq kiçik çəki azalmaları belə dramatik müsbət nəticələr verir.
• Yatmamışdan ən az 3 saat qabaq yemək yeyilməməlidir.
• Çarpayının baş ucunun qaldırılması gecə ərzində turşu reflyusunun və qida hissəciklərinin ağıza gəlməsinin qarşısını alır.
• Sıx kəmər və geyimlərdən istifadə edilməməlidir.

Dərman preparatları ilə müalicə nələrdir ?

Sadəcə həyat tərzi dəyişiklikləri ilə qabağı alına bilməyən qastro-ezofageal reflyuks xəstəliyinin müalicəsində dərman müalicəsi çox əhəmiyyətli bir yer tutur. Dərman müalicəsində yer alan anti-asit qrupu dərmanlar qida borusununun aşağı sfinkterinin tonusunu artıraraq və mədə turşuluğunu azaldaraq müalicəvi təsir göstərirlər. Sadəcə həkim tövsiyyəsi ilə istifadə edilməlidirlər. Mədə turşuluğunu azaldan H2 reseptor blokatorları və proton nasos ingibitorları deyilən dərman preparatları da həkim nəzarəti altında istifadə edilməlidirlər. Konservativ müalicə ilə xəstələrin bir çoxunda qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının qarşısı alınır. Bu dərmanlarla bərabər qida borusundan mədəyə doğru keçişi asanlaşdıran “prokinetik” təsirli dərman  preparatlarının da müalicədə yeri vardır.

Cərrahi müalicə nə zaman lazımdır ?
Əgər konservativ müalicə ilə xəstələrin şikayətləri keçmirsə və qanaxma, Barrett ezofaqus, darlıq kimi ağırlaşmalar yaranmışsa cərrahi müalicə üsullarından istifadə olunmalıdır. Cərrahi müalicə üsulları turşu reflyuksunun qarşısını almağa xidmət edən qida borusu ilə mədə arasındakı təbii sfinkter mexanizmasının düzəldilməsinə xidmət edir. Ən şox istifadə olunan Floppy-Nissen fundoplikasiya əməliyyatının həm açıq, həm də laparoskopik şəkli tərəfimizdən HB Güvən Klinikasında müvəffəqiyyətlə icra olunur.

Dr.Niyazi Eminov, Ümumi Cərrahiyyə Uzmanı.

Kateqoriya: Faydalı Məlumatlar
5
Sosial mediada paylaş Twitter Facebook Google

Comments (5)

  1. Eldar

    11 Noy 2019 - 14:26

    Salam əleykum. Əməliyyatla müalicə neciyə başa gəlir ? Təşəkkürlər

    Reply
  2. Mesme

    14 İyl 2020 - 09:12

    Salam. Emeliyyat neçəyə başa gəlir?

    Reply
    • HB Güven Klinik

      11 Sen 2020 - 15:50

      Salam. Sizin sualınıza cavab email adresinizə göndərildi. Müraciətiniz üçün təşəkkür edirik.

      Reply
    • İlqar

      05 Noy 2020 - 03:44

      Salam.zond udmagin qiyməti neciyədi?

      Reply
      • HB Güven Klinik

        18 Noy 2020 - 10:55

        Salam. Sizə məlumat göndərildi. Müraciətiniz üçün təşəkkür edirik.

        Reply

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (144)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Ginekologiya (3)
    • Kardiologiya (1)
    • Pediatriya (3)
    • Psixoterapiya (2)
    • Qastroentrologiya (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Vitaminlər həmişə xeyirlidirmi?
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”
Süd vəzisinin iltihabi xəstəlikləri
Endoskopik müayinələr: Qastroskopiya və Kolonoskopiya

Son Şərhlər

  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • İlqar on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • AGA on Kolonoskopiya nədir ?

Arxiv

  • Yanvar 2021 (2)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti qadin xesteliyi

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Vitaminlər həmişə xeyirlidirmi?
08th Yan 2021
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”
05th Yan 2021
Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az