Kateqoriyalar
Faydalı Məlumatlar

Ağızda pamukçuk (monoliazis)

Yenidoğulmuşlarda bu proses tez tez rastlanır.Belə ki,uşaqlarda yanağın içində,dilinin üstündə,damaqda əmələ gəlir.Səbəbi isə anan döşündən keçə bilən  Candida albicans-dır. Bundan başqa səbəb kimi  uşaqlarda doğumda əmələ gələn hormonal dəyişikliklər və ya antibiotik istifadəsidir. Döş giləsinin ucunda ağımtıl səpkilərin olması, çat olması və s. kimi hallarda monoliazisdən şübhələnmək lazımdır. Uşaqlarda bu ağımtıl sahələr həzm və tənəffüs sisteminə kimi yayıla bilər. Uşaq şüşələrinin və əmziklərin istifadəsi də buna səbəb ola bilər.Bu ağımtıl ərplə örtülən lezyonlar sərt və yumşaq ola bilər. Bəzən bu lezyonlar qopdukda uşaqlarda qanama belə baş verə bilər. Əgər müalicə olunmazsa onda bu zaman uşaqlarda narahatçılıq,subfebril qızdırma və iştahasızlıq,döşdən imtina kimi şikayətlər ola bilər.

Ana döşünü təmiz saxlamalıdır. Xüsusilə döş giləsinin ana südü ilə silinməyi çox effektlidir.Belə ki,ana südünün tərkibində olan yağlar və digər maddələr göbələk infeksiyasının yaşamasına mane olur.Sabunla və ya hər hansı digər qıcıqlandırıcı maddələrlə yuyulması olmaz.

Süni qida ilə qidalanan uşaqlarda daha çox rast gəlinir və bu proses müalicə tələb edən bir durumdur.Müalicəsi antifunqal damcılar və bikorbanatlı su ilədir. Lazım olarsa döş giləsinə antifunqal kremlərdən istifadə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir