Ortopediya və Travmatologiya son illərdə texnologiya və elmin inkişafı nəticəsində bəlkə də ən sürətli irəliləyən və dəyişən tibbi bir sahədir. HB Güvən Klinikasının Ortopediya və Travmatologiya şöbəsi dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə sizə xidmət etməkdədir.
Artroskopik diaqnostika və cərrahi əməliyyatlar:
- Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması).
- Artroskopik menisk yırtıqların bərpası.
- Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması.
- Oynaq qığırdağı zədələnmələrinin artroskopik müalicəsi.
- Artroskopik Ön çarpaz bağın təmiri.
Hər növ travmalar (sınıq və çıxıqlar):
- Minimal invaziv osteosintez (qapalı intramedulyar çiviləmə)
- Açıq reduksiya və İnternal fiksasiya.
- Eksternal fiksasiya.
Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi:
- Diz oynağının endoprotezləşdirilməsi.
- Bud-çanaq oynağının endoprotezləşdirilməsi (süni oynaqlarla) əvəz edilməsi.
Onurğa cərrahiyyəsi:
- Fəqərə sınıqları.
- Skolioz və kifozların cərrahi müalicəsi.
Əl cərrahiyyəsi-Mikrocərrahiyyə:
- Vətər, sinir, damar təmiri.
- Ətraflarda kəsilmiş hissələrin bərpası.
- Bərpaedici vətər və sinir əməliyyatları.
Yuxarı ətraflarda vətər iltihabi xəstəlikləri:
- Lateral və medial epikondilitlər
- 1-ci barmaq açıcı vətərin iltihabı (De Quervain sinoviti)
- Tətik barmaq (şıqqıldayan barmaq)
Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması:
- Yuxarı və aşağı ətraflarda.
Uşaqlarda anadangəlmə patologiyaların konservativ və cərrahi müalicəsi:
- Anadangəlmə bud-çanaq oynağı tam və ya nataman çıxığı.
- Əyripəncəlik (Pes Equinovarus).
- Əyriboyunluk (Tortikolis).
- Yastıayaqlıq.
- Barmaqlarda anadangəlmə xəstəliklər (Polidakdiliya, sindakdiliya və s.)
Uşaq serebral iflici konservativ və cərrahi müalicəsi:
- Vətər və əzələ uzatmaları.
- Vətər və əzələ köçürülmələri.
- Sümük deformasiyaların düzəldilməsi.
Ayaq Cərrahiyyəsi:
- Ayaq baş barmaq çıxıntısı (Halluks valgus)
- Yumşaq toxuma əməliyyatları.
- Sümük toxuması əməliyyatları.