Kardiologiya tibbin ürək-damar sisteminin quruluşu, funksiyası, xəstəlikləri, bu xəstəliklərin etiologiyası (səbəbləri), patogenezi (inkişaf mexanizmi), müayinə və müalicə üsullarını öyrənən sahəsidir.
Klinikamızda ürək-damar sisteminin bütün xəstəliklərinin müayinə və müalicəsi kardioloqlar tərəfindən müasir tibbin ən son imkanları ilə uğurla aparılmaqdadır.
HB Güvən klinikasının Kardiologiya şöbəsində müayinə və müalicə edilən xəstəliklər:
- Ürəyin işemik xəstəlikləri.
- Arterial hipertenziya.
- Arterial hipotenziya.
- Xroniki ürək çatışmazlığı.
- Neyrosirkulyator distoniya.
Klinikamızda ürək-damar sistemi xəstəliklərinin diaqnostikası üçün aşağıdakı instrumental və laborator müayinə üsullarından istifadə edilir:
- Fasiləsiz EKQ (Holter monitorinq).
- Fiziki yük sınağı (Tredmil).
- Damarların doppleroqrafiyası.
- Rentgen müayinə.
- KT – kompüter tomoqrafiya.
- Laborator diaqnostika (qanın ümumi analizi, revmotestlər, koaquloqramma, xolesterin, HDL, LDL, VLDL, triqliseridlər,ümumi lipidlər, troponin, KFK-MB, LDH, qanda qlükoza)