Xəstəliklərin yaranması, inkişafı, müalicənin effektliyi psixoloji amillərlə sıx bağlılıq təşkil edir. Bu o deməkdir ki, hər bir pasientin müalicəsinə kompleks yanaşmaq lazımdır. Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı, psixoterapiyanın da aparılması uğurlu nəticələrin əldə olunmasına səbəb olar. Psixi xəstəliklər zamanı pasientin yaxınları adətən ona necə davranmalı və yanaşmalı olduqlarını bilmirlər.
Psixoloji xidmətlər:
- Fərdi psixoterapiyalar
- Evlilik terapiyaları
- Ailə psixoterapiyaları
- Qrup psixoterapiyaları
- Krizisə müdaxilə ilə əlaqədar konsultasiyalar
- Psixoloji rəyin hazırlanması
- Təhsil periodunda qarşılaşılan problemlər (məktəbə adaptasiya, imtahan həyəcanı, məktəb-valideyn-uşaq münasibətləri və s.)
- Uşaq-valideyn münasibətləri
- Valideynlərin psixoloji maarifləndirilməsi
- Uşaq və yetkinlərdə qarşılaşılan psixoloji problemlər: həyəcan pozuntuları (fobiyalar, OKP, ümumi həyəcan pozuntusu), əhval pozuntuları (depressiya), şəxsiyyət pozuntuları, yemə pozuntuları, müxtəlif növ asılılıqlar, travmalar, PTSD (Postravmatik Stress Pozuntusu), uşaqlarda davranış pozuntuları, Gender identifiklik pozuntusu, ayrılıq təşvişi kimi problemlərə yönəlik psixoterapiyalar
- Transaksional Analiz terapiyası
- Tematik Apperseptiv Testi (şəxsiyyətin formalaşması prosesini tədqiq edən projektiv test, TAT)
Cinsi funksiya pozuntularının müalicəsi:
- Vaginizm
- Erkən boşalma
- Erektil disfunksiya (impotensiya)
- Cinsi zəiflik və istəksizlik
- Orqazm pozuntuları
- Qadınlarda vaginal quruluq və cinsi əlaqə zamanı ağrı kimi problemlərin psixoterapiyası
Zərərli vərdişlərin müalicəsi:
- Alkoqolizm
- Narkotik vasitələrdən asılılıq
- Detoksifikasiya və reabilitasiya