Dr. Pərviz Hacıyev 2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb Fakültəsini bitirərək həkim ixtisasına yiyələnib. 2010-cu ildə keçirilən TUS (tıpta uzmanlık sınavı – tibbdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan Ankara Universiteti Urologiya Kafedrasına daxil olaraq rezidentura təhsilinə başlayıb və 2015-ci ildə rezidentura təhsilini başa vuraraq Uzman Uroloq ixtisasını alıb. 2015-ci il YDUS (Yan Dal Uzmanlık) imtahaninda Türkiyə üzrə 2-ci yeri əldə edib və Ankara Universitetində Uşaq Urologiyası üzrə yandal təhsilinə başlayıb. 2019-cu ildə 3 illik Uşaq Urologiyası Yan dal təhsilini bitirərək Uşaq Urologiyası Uzmanı ünvanını alıb.
2014-cü ildə Avropa Uroloqlar Cəmiyyətinin(EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində Uşaq Urologiyasi üzrə elmi – praktiki təcrübə keçib.