2003-cü ildə Sumqayıt Özəl Türk Litseyini bitirən Ruslan Əliyev 2003-2009-cu illərdə Azərbaycan Tibb Universiteti I Müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra 2009-2010-cu illərdə Sumqayıt şəhər 1 saylı xəstəxanada Nevropatoloq ixtisası üzrə internatura keçib. 2013-cü ildə Ege Üniversiteti Xəstəxanasında Psixiatriya ixtisası üzrə uzmanlıq təhsilinə başlayıb və 2018-ci ildə məzun olaraq uzman psixiatr dərəcəsini əldə edib. Psikiyatrik Komorbiditenin Sol Ventrikül Destek Cihazı Takılan Hastalarda Morbidite ve Mortalite Üzerine Etkisi adlı elmi iş müəllifi olan Ruslan Əliyev Türkiye Psikiyatri Derneği, 49. Ulusal Psikiyatri Kongresi, Ulusal Alkol ve Madde Bağımlılığı Kongresi, Sigara bağımlılığında Bilişsel Davranışçı Tedavi kursu, Türkiye Psikiyatri Derneği 18. Yıllık Toplantı ve Klinik Eğitim Sempozyumu, Türkiye Psikiyatri Derneği, 19. Yıllık Toplantı ve Klinik Eğitim Sempozyumu, Aile ve Evlilik Terapisi Eğitimi kimi bir çox seminar, kurs və konqreslərdə iştirak edib.
Uzman Dr. Ruslan Əliyev hal-hazırda HB Güven Klinikasında Uzman Psixiatr olaraq çalışır.