Şəbnəm Soltanlı 2014-cü ildə Bakı Dövlət Universitetinin Psixologiya ixtisası üzrə bakalavr, 2018-ci ildə isə İtaliya, Padua Universitetinin Koqnitiv Neyroelm və Klinik Neyropsixologiya ixtisası magistr pilləsi üzrə bitirib. 2018-2019-cu illərdə Belçika, Leuven Katolik Univesitetinin Tibb fakültəsinin Neyro və Psixofiziologiya laboratoriyasında 1 il beynin dopamin sisteminin çalışma mexanizmi mövzusunda tədqiqat işi aparmışdır. Hazırda Ege Hospitalda psixoloq olaraq fəaliyyət göstərir.