HB Güvən klinikasında əhaliyə yüksək səviyyədə diaqnostik və cərrahi tibbi xidmət göstərilir. Klinika müasir tibbi təchizat sistemləri ilə təmin edilmişdir. Şöbələr tibbin ən son müasir avadanlıqları ilə təchiz olunmuşdur.
Klinikanın Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla, 3 böyük və 1 kiçik əməliyyat otağını özündə birləşdirir.
Klinikada bütün növ cərrahi əməliyyatlar– uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, uroloji, ginekoloji, proktoloji (mədə-bağırsaq cərrahiyyəsi), yırtıqların açıq və laporoskopik cərrahi müalicəsi, endokrinoloji, damar, abdominal, laporoskopik, burun-qulaq-boğaz, plastik (rekonstruktiv və estetik plastik), üz-çənə cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi, travmatologiya və ortopediya və s. əməliyyatlar uğurla həyata keçirilir.
Anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir. Şöbəmizdə bütün palatalar monitor, kondisioner, telefon, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub.Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və orta tibb personalları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin nəzarəti altında olurlar.
Dünya standartlarına cavab verən ən son müasir avadanlıqlarda təchiz olunmuş Laboratoriya şöbəsi də yüksək keyfiyyətdə qurulub. Burada biokimyəvi, mikrobiologiya, immunologiya, və digər bölmələr var. Klinikanın laboratoriya şöbəsində analizlər ən son texnologiya və metodlar istifadə edilərək yerinə yetirilir və bütün analizlər kontrol müayinədən keçirilir.
Klinikada diaqnostik və cərrahi istiqamətdə 25 şöbə fəaliyyət göstərir.
HB Güvən Klinikası xarici ölkələrdə ixtisaslaşmış professional həkim heyəti və müasir avadanlıqlarla təchiz olunmuş bölmələri ilə xidmətinizdədir.
Poliklinika iş saatları
Bazar ertəsi – Şənbə: 9.00 – 18.00
Tibbi Labaratoriya
24/7
Təcili Tibbi Yardım
24/7
© HB Güvən Klinik. By Onneks Lab