Klinikamızın Travmatoloqu, TED, Professor Dr. Çingiz Əli-Zadə Azərbaycan Tibb Universitetinin (1968-1974) məzunudur. Daha sonra N. Piroqov adına 2-ci Moskva Dövlət Tibb Universitetində Tibb üzrə Fəlsəfə Doktoru (PhD) (1985) dissertasiyası müdafiə etmişdir. Həmçinin TED, Professor Dr. Çingiz Əli-Zadə A. Vişnevski adına Moskva Cərrahiyyə İnstitutunda (2003) Doktorluq disserasiyası müdafiə etmişdir. 2008-ci ildən Professor elmi adını almışdır. Ölkəmizdə İrinli Travmatologiya elminin banisi sayılan Professor Dr. Çingiz Əli-Zadə 230-dan çox nəşrin və tezisin, 14 patentin, o cümlədən 7 Avrasiya patentinin sahibidir. 2006-cı ildə Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasını (ATOA) təsis edib və 2009-2012-ci illərdə onun prezidenti kimi rəhbərlik etmişdir.
Professor Dr. Çingiz Əli-Zadə 2018-ci ildə Kanada/Montrealda keçirilən SICOT konqresində Fundamental ortopediya və travmatologiyada “Fundamental Elm” mükafatının laureatı olub.
Professor Dr. Çingiz Əli-Zadənin təqdimatı 2019-cu ildə Macarıstanda konfransda 1-ci yerə və 2020-ci ildə Türkiyədə TOTBİD (Türk Ortopedi ve Travmatoloji Birliği Derneği) konfransında 1-ci yerə layiq görülmüşdür.
EBJIS, SICOT, SICOT MSI Komitəsinin və WAIOT GA üzvü olan Professor Dr. Çingiz Əli-Zadə hazırda HB Güvən klinikasında fəaliyyət göstərir.