Dr. Rima İbadova

Nevroloq

Klinikamızın nevroloqu Dr. Rima İbadova  2000-2006-cı illərdə Tibb Universitetində təhsil alıb. Daha sonra Uşaq Nevroloji Xəstəxanasında İnternatura, Ankara Qazi Xəstəxanasında Nevropatoloq və EEQ mütəxəsisi kursları keçib.

Bir çox xarici ölkələrdə konfrans və kurslarda (USA, Harvard Universiteti, Boston Uşaq Xəstəxanası -Michael.J. Bersnan Uşaq Nevrologiyası Kursu, USA, Boston Uşaq Xəstəxanası- Neyroinkişaf Pozğunluqları Simpoziumu, Avstriya, Salzburq – Uşaq Nevrologuyası və Nevrologiya seminarları, İtaliya, Venesiya Beynəlxalq Universiteti- San-Servolo Epilepsiya yay məktəbi, Fransa, Lion- Avropa Pediatrik Nevrologiya Konqresi və s.) iştirak edib.

EPNS, İLAE, EAN – Avropa Pediatrik Nevrologiya Cəmiyyəti və Beynəlxalq Epilepsiya Əleyhinə Liqa, Avropa Nevroloji Assosiasiyasının üzvüdür.
Bir sıra xəstəxanalarda çalışdıqdan sonra hazırda HB Güven klinikasında nevroloq kimi fəaliyyət göstərir.