Pediatr, dietoloq Dr. Leyla Vəli Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. Daha sonra Bakı şəhər 3 saylı Uşaq Klinik Xəstəxanasında pediatriya üzrə internatura keçib. Çin, Türkiyə, Rusiya kimi ölkələrdə klinik dietologiya, qida idarəetməsi, idman qidalanması, dietologiya, pasiyent psixologiyası üzrə kurs və təlimlərdə iştirak edib, sertifikatlar və mükafatlar almışdır. Türkiyənin İzmir şəhərində, Azərbaycanda şəxsi sağlamlıq mərkəzində dietoloq olaraq çalışıb. Hazırda HB Güvən klinikasında pediatr, dietoloq olaraq fəaliyyət göstərir.