Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

HB Güven Klinikası Ginekologiya Mərkəzi

Mərkəzimiz qadın xəstəlikləri, hamiləlik, hamiləlikdən əvvəl və sonrakı problemlərin həllində müasir tibbin bütün yeniliklərini tətbiq etməkdədir.

Həkim qəbuluna yazıl
Ginekologiya mərkəzimizdə aparılan müayinə və müalicə metodları

Ginekoloji xidmətlər

Borularda rekonstruktiv əməliyyatlar. Histerektomiyalar (abdominal və vaginal). Polipektomiyalar, UDV (spiralın) çıxarılması. Endometriyanın biopsiyası. Uşaqlıq daxili arakəsmənin ləğvi. Uşaqlıqdan kənar hamiləliklərin konservativ və cərrahi müalicəsi. Bartolinit, kondilomaların müalicəsi. Uşaqlıq boynu xəstəliklərin müalicəsi.

Sonsuzluq və Süni Mayalanma

Cütlüklərin 1 il boyunca nizamlı və qorunmadan cinsi əlaqədə olmasına baxmayaraq, hamiləliyin baş verməməsi sonsuzluq adlanır. Sonsuzluq qadın, kişi və hər ikisi ilə bağlı problemlərdən baş verə bilər. Sonsuzluqda sırf qadına bağlı səbəblər 40-55%, kişiyə bağlı 25-40%, hər ikisinə bağlı səbəblər isə 10-15% təşkil edir. Sonsuzluq səbəbini araşdırmaq üçün əvvəlcə cütlüklər tərəfimizdən müayinə prosedurlarından keçirilir və daha sonra nəticəyə uyğun müalicə üsulu seçilir.

Hamiləlik və Hamiləlik təqibi

Hər bir xanım üçün önəmli dövrlərdən biri olan hamiləlik dövrünü nəzarət altında keçirmək olduqca vacibdir. Hamiləliyi problemsiz davam etdirmək və əlbəttə nəticə olaraq sağlam övlad dünyaya gətirmək üçün hamiləlik həkim tərəfindən təqib edilməlidir. Bunun üçün xanımlar hamiləliyi öyrəndiyi vaxtdan sonadək nizamlı şəkildə həkimə ziyarət etməlidir. Klinikamızında uzman həkimlər tərəfindən 10 ayadək hamiləlik təqibi zamanı həm ana, həm də körpənin sağlamlığı üçün mütəmadi testlər, müayinə və müalicə prosedurları tətbiq edilir.

Laparoskopiya

Laparoskopiya alət ilə edilən laparoskopik əməliyyat sonsuzluq diaqnozu və müalicələrində, Endometriozis xəstəliyi müalicələrində, borularla bağlı tıxanmaların açılması və ya zədəli boruların çıxarılması əməliyyatlarında, miom müalicələrində, yumurtalıq kistalarının müalicəsində, sterilizasiya əməliyyatlarında (hamiləlikdən qorunma məqsədli boruların bağlanması). Histerektomiya əməliyyatlarında (rəhmin çıxardılması), Pelvik problemlər adlandırılan, rəhm sallanması, sidik qaçırma, sidik kisəsinin sallanması, vagina sallanması, xroniki ağrı müalicələrində tətbiq edilməkdədir.

Histeroskopiya

Endoskopik metodlar içərisində ən geniş yayılmış histeroskopiya sonsuzluğun, anormal vaginal qanaxma səbəblərinin araşdırılması, uşaqlıq daxilində tapılan polip, mioma və s. bu kimi problemlərin müayinə və müalicəsi, anadangəlmə qüsurların diaqnozunu təsdiqləmək üçün diaqnostik məqsədlərlə icra edilən üsuldur.

Açıq Cərrahiyyə

Yumurtalıq kistalarının, miomaların çıxarılması, uşaqlığın, yumurtalıqların alınması, uşaqlığın artımlarla birlikdə çıxarılması, boruların açılması və s. kimi prosedurlarla bağlı aşağıdakı əməliyyatlar açıq üsul ilə icra edilir: Myomektomiya Uşaqlığın ekstirpasiyası ( tah +- bso) Kistektomiya Boru sterilizasiyası Uşaqlıqdankənar hamiləlik əməliyyatı Yumurtalıq torsiyonu əməliyyatı Salpingooferektomiya.

Həkimlərimiz

Dr. İlhamə Eldarova | Cərrah mama-ginekoloq

Sağlık Bilimleri Üniversitesi Ümraniye Eğitim ve Araştırma Hastanesi Kadın Hastalıkları ve Doğum bölümü üzrə məzun olub. 2011-2014-cü illərdə ETMGİ/Mama-ginekologiya üzrə rezidentura təhsili, 2014-2018-ci illərdə Ümraniye Eğitim ve Araştırma Hastanesi uzmanlık eğitimi alıb. Dr. İlhamə Eldarovanın UZMANLIK TEZİSİ: Endometrium kanseri hastalarında frozen sonucuyla nihai patoloji sonuçlarının karşılaştırılması olub, TEZ DANIŞMANI -Doç.Dr. R.Nida Bayık olmuşdur. İngilis, rus, alman, türk dili bilikləri var. Hal-hazırda HB Güven klinikasının ginekologiya şöbəsində Cərrah mama-ginekoloq olaraq çalışır.

Dr. Məhbubə Mirzəyeva | Həkim mama-ginekoloq

Məhbubə Mirzəyeva 2004-cü ildəAzərbaycan Tibb Universitetinin müalicə- profilaktika fakultəsini bitirişdir. 2005- ci ildə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında internatura kursu keçib. 2005-ci və 2015-ci illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə institutunda “Mamalıq və Ginekologiya “ üzrə ixtisaslaşma kursu keçib. 2005-2014-cü illərdə Xudat şəhər xəstəxanasında həkim-ginekoloq vəzifəsində çalışıb. 2014-cü ildə Gazi Universiteti Kadın Hastalıkları və Doğum kafedrasında kursu keçib, 2015-ci ildə Diaqnostik Tibbi Sonografiya cəmiyyətinin təşkil etdiyi Hamiləlik və Ginekoloji Ultrasonoqrafiya kursunda iştirak edib. Hazırda HB Güven Klinikasının Ginekologiya şöbəsində mama-ginekoloq olaraq fəaliyyət göstərir.

Həkim qəbuluna yazılmaq və ya ətraflı məlumat üçün, zəng et (012) 959

Ünvan
Media
Anormal uşaqlıq qanaxmaları
May 22, 2019

Anormal uşaqlıq qanaxmaları

Xəzər TV-in efirində yayımlanan “Həkim işi” verilişinin qonağı olan klinikamızın cərrah mama-ginekoloqu Uzman Dr. İlhamə...

Sonsuzluq nədir, nədən yaranır və müalicəsi
May 22, 2019

Sonsuzluq nədir, nədən yaranır və müalicəsi

Klinikamızın Cərrah mama-ginekoloqu uzman Dr. İlhamə Eldarova Sonsuzluq nədir, nədən yaranır və müalicəsi mövzusunda ARB...