Kateqoriyalar
Hematologiya

Herediter trombofiliya

“Herediter trombofiliya” genetik olaraq keçən tromboza meyillilik yaradan xəstəlikdir.  İnsan bədənində, ümumiyyətlə, normada tromb əmələ gəlməsinin qarşısını alan “təbii antikoaqulyant” dediyimiz proteinlər vardır, hansı ki: protein C, protein S, antitrombin III, faktor V Leiden, protrombin G20210A və s.  Ən çox mən bunları saydım, çünki daha çox bunların mutasiyası yarandıqda xəstələrdə tromboza meyillilik yaranır.

Kateqoriyalar
Ginekologiya

Erkən hamiləlik qanaxmaları

Hamiləliyin ilk bir ayında tez-tez suallar gəlir ki: “Doktor, qanaxmam var. Normaldırmı?” Ümumiyyətlə, erkən hamiləlikdə baş verən qanaxmalar fizioloji adlandırdığımız normal və fizioloji olmayan qanamalar ola bilər. Erkən hamiləlikdə dölün uşaqlığın iç divarına tutulması zamanı kiçik kapilyarlardan minimal qanamalar ola bilər ki, el arasında buna “yerləşmə qanaması” deyilir. Belə qanaxmalar çox az miqdarda və qısa […]

Kateqoriyalar
Pediatriya

Uşağa “sistem köçürmək”

Uşaqlarda venadaxili mayelərin, venadaxili dərmanların vurulması haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, bizim toplumda, Azərbaycanda bir çox analarımız elə fikirləşir ki, venadaxili mayelər uşağın hər bir halında, hər xəstələndikdə, iştahsız, immuniteti aşağı olan, tez-tez xəstələnən uşaqlara vurulmalıdır. Amma əslində bu belə deyil.