Klinikamızda müasir tələblərə cavab verən tibbi texnika, avadanlıq və dərmanlarla təchiz olunmuş Anestezialogiya-Reanimatalogiya şöbəsi xidmət göstərməkdədir.
Əməliyyatxanada geniş profilli, eləcə də kiçik işləmələr, cərrahi müdaxilələr əsnasında hər növ ağrı hissinin aradan qaldırılması üçün anesteziya uyğulanır.
Anestezioloq əməliyyat qərarı verilən xəstələrdə əməliyyat öncəsindən başlayaraq əməliyyat əsnasında və sonrasında xəstələrə , cərrahi müdaxilə istisna olmaqla, bütün cavabdehliyi daşıyır, onların müalicəsi ilə məşğul olur.
Klinikamızda anestezioloqların əməliyyatdan xaricdə də əhəmiyyətli vəzifələri vardır.Bunların içərisində reanimasiya,ağrı tedavisi,acil(təcili yardım) şöbəsində həyat qurtarıcı müdaxilələr və müalicələr yer alır.
Klinikamızın əməliyyatxana və reanimasiya şöbələrini həkim heyəti və tibbi personalı müxtəlif profilli əməliyyatlar və müdaxilələri yüksək uğurla aparmaqdadır.