Kateqoriyalar
Daxili xəstəliklər

Sklerodermiya xəstəliyi olan qadınlar hamilə qala bilərlərmi?

Sistemik sklerodermiya xəstəliyi və bu sistemik sklerodermiya xəstələrinin… hamiləlik olarmı bunlara? Bir ginekoloqun və bir revmatoloqun müşahidəsi altında gedərsə, necə ola bilər? Mümkündürmü?  Əlbəttə ki, düzgün şəkildə müalicə olunarsa, xəstə hamiləliyə remisiya ilə girərsə, yəni, şikayətləri azalmış şəkildə girərsə, uğurlu şəkildə hamiləlik də sonlandırıla bilir.  Düzdür, bu nisbət biz istədiyimiz səviyyədə olmur, adətən. Çünki xəstə […]

Kateqoriyalar
Psixoterapiya

Xəstəliklərimiz niyə xronikləşir?

Ümumiyyətlə, xəstələrin psixoloji vəziyyətini nəzərə alanda və yaxud da bizim mentalitetimizin psixologiyasını nəzərə alanda və yaxud da xəstəxana şəraitinin istər maddi, istər mənəvi cəhətlərin nəzərə alanda daha çox görsənən problemlərdən biri budur: “Biz xəstəliyin yüngül formasında həkimə çox getmək istəmirik.”  Çünki bizim ağlımızda və yaxud da yaxınlarımızın ağlında bir şey var “Xəstəlik öz-özünə keçib gedəcək.”  […]

Kateqoriyalar
Endokrinologiya

Şəkərli diabetdə xolesterin dərmanlarının qəbulu

Şəkərli diabet xəstələrində ölümün əsas səbəbi, ürək-qan-damar xəstəlikləridir.
Böyük damarların zədələnməsinin qarşısını almaq üçün şəkərilə yanaşı, mütləq kardiovaskulyar risk faktorlarını da kontrolda saxlamalıyıq. 

Kateqoriyalar
Endokrinologiya

Haşimoto tiroiditi

Normalda insan orqanizminə kənardan yad bir cisim girərsə, orqanizmin immun sistemi həmin yad cismə qarşı mübarizə aparmağa başlayır.
Haşimoto tiroiditində immun sistemin “savaşçı hüceyrələri” orqanizmimizin öz doğma toxumasını, öz doğma orqanını – tiroid vəzini yad bir toxuma kimi qəbul edir və ona hücum edərək onun hüceyrələrini dağıtmağa çalışırlar.

Kateqoriyalar
Ginekologiya

Qadın sonsuzluğunun səbəbləri

Ən aktual problemlərdən biri olan qadın sonsuzluğu barəsində danışmaq istərdim.  Sonsuzluq 1 il requlyar qorunmasız cinsi əlaqənin olmasına baxmayaraq hamiləliyin baş tutmamasıdır.  Əgər qadının yaşı 35-ə qədərdirsə, bu müddət 1 il götürülür, əgər 35-40 arasıdırsa, 6 ay götürülür, əgər qadının yaşı 40-dan yuxarıdırsa və reproduktiv istəyi varsa, onda dərhal həkimə cütlük müraciət eləməlidir.  Sonsuzluğa, ümumiyyətlə, […]

Kateqoriyalar
COVID-19 İnfeksion xəstəliklər şöbəsi Laboratoriya

COVID-19 testlərinin növləri və aralarındakı fərqlər

COVID-19-in diaqnostikasında istifadə olunana testlər aşağıdakılardır: 1. SARS-CoV-2 PZR (PCR) Molekulyar test olaraq adlandırılan bu COVID-19 testi, polimerazalı zəncir reaksiyası (PZR-PCR) adı verilən laborator metod istifadə olunaraqvirusun genetik materiyalını (DNT və ya RNT) müəyyən edir. Burun-udlaqdan(nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 12-24 saat ərzində hazırolur. İstifadə olunan diaqnostik metodlar arasında həssaslıq və spesifikliyi ən yüksək […]

Kateqoriyalar
USM

Qaraciyər elastoqrafiyası nə zaman aparılmalıdır?

Qaraciyər elastoqrafiyası əsasən hepatit virusu olan xəstələrdə, şəkərli diabet xəstələrində, artıq çəkili obez xəstələrdə, mütəmadi olaraq energetik içkilərdən, alkoqollu içkilərdən istifadə edən pasiyentlərə məsləhət görərdim. Bu müayinə tam zərərsiz olduğu üçün yeni doğulmuş uşaqdan yaşlı insana qədər hər bir kəsdə aparılması mümkündür. Müayinə tam ağrısız, kəsiksiz aparılır. Heç bir yan təsiri (fəsadı) olmur. Bu müayinənin […]

Kateqoriyalar
Daxili xəstəliklər Kosmetologiya

SPF krem seçimi

Özünə qulluq vasitələri seçərkən ilk nədən başlamaq lazımdır? İlk öncə baxım vasitələrindən SPF kremlərinin alınmasını tövsiyə edirəm. Bunlar tərkibinə görə 3 cür olur: mineral – yəni fiziki, tərkibinə görə daha mürəkkəb – kimyəvi və qarışıq – yəni hər ikisinin həm fiziki filterlərin, həm də ki mineral filterlərin qarışığından ibarət olan SPF kremlər. Bəs bunların bir-birindən […]

Kateqoriyalar
Ginekologiya

Süni doğuş nə zaman icra olunmalıdır?

Ginekoloqlar nə zaman doğuşu süni şəkildə başlatmalıdır? Bu mövzunu ona görə seçdik ki, bizə, xüsusilə, çox sual gəlir ki,  “Niyə həkim tərəfindən süni doğuş başladılır, süni sancı verilir?” “Zərərlidirmi?” “Kimlərə edilməlidir?” “Nə kimi faydası var?” Bunu belə deyim, bir cümlə olaraq… Doğuş o zaman bir həkim tərəfindən, ginekoloq tərəfindən başladılır ki, hamiləliyin davamı ana üçün […]

Kateqoriyalar
Psixoterapiya

Tıxananacan çoxyemə pozuntusu

Tıxananacan çoxyemə xəstəliyi artıq çox aktual mövzulardan biridir. Çünki qida qəbulu pozuntuları arasında artıq son illərdə ilk yerlərdən birini tutur. Əsasən, bu pozuntu nə ilə xarakterizə olunur? Əfsuslar olsun ki, insanlar yemək qəbulu zamanı kontrolu itirir öz üzərində və həddən artıq böyük bir miqdarda qida qəbul edir. Bu qida qəbulu kontrolsuz baş verdiyinə görə bəzən […]