Kateqoriyalar
Kardiologiya

Müalicəyə baxmayaraq enməyən təzyiq

Aparılan təzyiq müalicəsinə nəzərən təzyiq niyə enmir? Nəzərə alsaq ki, təzyiq xəstəliyindən müalicə alan xəstələrin sadəcə 1/5 lazım olan hədəfə, yəni 120/80 hədəfinə çata bilir, bu yəqin ki, onlar üçün çox aktual bir sualdır. Təzyiq xəstəliyi o zaman deyilir ki, arterial təzyiq 140/90-dan yuxarı olur. Əgər bundan yuxarıdırsa biz ona hipertoniya xəstəliyi deyirik və müalicə […]

Kateqoriyalar
Psixoterapiya

Bipolyar pozuntu

Bipolyar pozuntunun adından yola çıxarsam, “bi” 2 deməkdir, “polyar” qütb deməkdir. 2 qütbü olan xəstəlikdir.  Bir qütbündə xəstəlik özün enerjinin artması ilə, yuxuda ehtiyacın azalmağı ilə, çox danışmaqla, çox pul xərcləməklə, çox aktiv olmaqla… Məsələn, gündəlik işlərdə həddindən çox iş görməklə və yaxud da bir hədəfə istiqamətlənmiş davranışların miqdarında kəskin artma ilə büruzə verən və […]

Kateqoriyalar
Qastroentrologiya

Axalaziya

Axalaziya səbəbi dəqiq məlum olmayan xəstəliklər qrupundandır.  Patogenezində distal ezofageal sfinktr və ezofaqus gövdəsindəki mentrik pleksusdakı inhibitor neyronların seçici degenerasiyası nəticəsində distal ezofageal sfinktr və ezofaqus gövdəsindəki kontraksiyonların itməsi və buna bağlı olaraq da distal ezofageal sfinktrın gevşəməsinin pozulması nəticəsində yaranan ezofaqusun primer (birincili) motor xəstəliklərindəndir. Axalaziyanın insidansı ildə 100 mində 1,8 – 12,6 nəfərdir.  […]

Kateqoriyalar
Ortopedia-travmatologiya

Çiyin ağrıları

Bu gün sizlərə çiyin ağrıları haqqında bəhs etmək istərdim. Xəstələrin həkimə müraciət etməsinin ən çox bel ağrıları, diz ağrıları və üçüncü yerdə çiyin ağrıları olur. Xəstələr çiyin ağrıları ilə həkimə müraciət edirlər. Çiyin ağrıları müxtəlif səbəblərdən ola bilər. Bunlara əsasən: irəli yaşlarda olan artroz, keçirilmiş müəyyən travmalar fonunda yaranan artroz, yaşlı xəstələrdə olan oynaq artrozu […]

Kateqoriyalar
Uşaq cərrahiyyəsi

Uşaqlarda anadangəlmə böyrək genişlənmələri

Uşaq doğulduqdan sonra səbəbsiz qızdırmalar ortaya çıxır. Bu səbəbsiz qızdırmaların səbəbi “sidik yolları infeksionu” deyilən və sidik saxlamazlığı fonunda “böyrək reflüksu”. “Böyrək sidik axarı reflüksu” deyilən bir xəstəlik var. Hansı ki, bu xəstəlik səbəbsiz qızdırma ilə başlayır. Ana bətnində isə ultrason müayinədə bu xəstələrin böyrək genişlənmələri olduğu üçün doğulandan sonra uroloji mütəxəssisə müraciət edərək “Genişlənmənin […]

Kateqoriyalar
Oftalmologiya

Hipermetropiya, Miopiya və Astiqmatizm

Gözü bir optik mühit kimi təsəvvür eləsək, hər bir gözün özünəməxsus sındırma qüvvəsi var və bu sındırma qüvvəsi elə hesablanır ki, gözümüzə düşən işıq şüaları tor qişada toplansınlar və onda bizdə aydın görmək əmələ gəlir. Bəzən olur ki, ya gözün ölçülərindən asılı olaraq, ya bu sındırma qüvvəsinin artıq və yaxud da əksik olmasından asılı olaraq […]

Kateqoriyalar
Ginekologiya

Süni mayalanma ilə bağlı suallar və cavablar

Süni mayalanmanın hansı mərhələləri var? Qeyd etmək istəyirəm ki, süni mayalanmanın özü qadınlara iynə vurduğumuz və ultrasəs müayinə icra etdiyimiz stimulyasiya mərhələsi ilə başlayırıq.  Sonrakı mərhələdə yetişmiş yumurta hüceyrələrinin toplanması icra olunur və toplanma zamanı biz yumurta hüceyrələrini emrioloqumuza təhvil veririk.  Orada embrioloq yumurtaları qadının yoldaşının spermatozoidləri ilə mayalandırır və 3 və yaxud da ki, […]