Kateqoriyalar
Oftalmologiya

“Göz təzyiqi” zamanı nə etməli?

Qlaukoma çox hiyləgər xəstəlikdir. Hətta “gizli düşmən” deyirlər.

Birinci növbədə tərifini qeyd edim: Qlaukoma – yüksək gözdaxili təzyiqlə müşahidə olunan, xroniki proqressivləşən bir xəstəlikdir. Düzgün müalicə olunmayan zaman xəstənin görməsini itirməyə səbəb olan bir xəstəliklərdən biridir. 

Statistik göstəricilərə müraciət etsək, dünyada təxmini 73-74 milyon qlaukoma ilə tutulan xəstələr var. Onlardan 7 milyona yaxın şəxslər 2 gözündən görməsini itirib kor olubdur. Bu demək olar ki, korluğa səbəb olan xəstəliklərdən birinci yeri tutur və əlilliyə gətirib çıxarır.

qlaukomanin-goze-tesiri

Kimlər qlaukomaya tutula bilər?

Qlaukomanın bir neçə risk faktorları var:

  • yaşın 40-dan yuxarı olması (Ona görə bütün 40 yaşdan yuxarı olan şəxslərə məsləhət görülür heç olmasa ildə bir dəfə gözdaxili təzyiq ölçülsün.)
  • irsi meyillilik. (Ailədə hər hansı valideyndə və yaxud hər hansı qohumda varsa, bu nəsillərlə keçə bilər.) 
  • miopiya, 
  • şəkərli diabet,
  • orqanizmdə olan hemodinamik dinamik pozğunluqlar,
  • ümumi arterial təzyiqin yüksəlməsi

bunlar hamısı qlaukomaya səbəb ola bilər.

Qlaukomanın əlamətləri nələrdir?

Qlaukomanın əlamətləri çox vaxt özünü büruzə vermir. 

İstisna qapalı bucaqlı qlaukomadır. Mən bu klassifikatsiya haqqında deyəcəm bir neçə söz. Çox vaxt xəstələr görmənin dumanlanmasından, görmə önündə uçuşan ləkələrdən, işıq mənbəyinə baxdıqda göyqurşağına oxşar halqalardan şikayət edirlər. Ümumilikdə gözdə gərginlik, yorğunluq, yüngül dərəcədə ağrı qeyd edirlər.

Həkimə müraciət etmə səbəbi ya gecə vaxtları, ya axşam vaxtları görmənin xeyli zəifləməsi, yəni axşam alaqaranlıqda özlərini idarə edə bilmirlər və yaxud da görmənin kəskin azalması səbəb olur.

Qlaukomanın diaqnozu necə qoyulur?

Onu demək istəyirəm ki, qlaukoma diaqnozu qoymaq üçün tək gözdaxili təzyiq ölçmək yetərli deyil. Bunun üçün lazımdır göz daxili təzyiq – “tonometriya” ilə bərabər göz dibinə baxmaq, görmə sinirini mütləq analizatordan keçirmək, sonra görmə kəskinliyi yoxlamaq, bir də gözün ön kameranın bucağını yoxlamaq – “qonioskopiya” adlanan bir müayinə.

Bütün bu müayinələri topladıqdan sonra onların nəticəsinə əsasən qlaukoma diaqnozu qoyula bilər. Çünki bir çox xəstəliklər gözdaxili təzyiqin yüksəlməsi ilə müşahidə olunur keçir, amma “qara su” xəstəliyinə gətirib çıxarmır, qlaukoma xəstəliyinə… Yəni görmə sinirini atrofiyaya uğratmır.

Bir də onu qeyd eləmək istəyirəm çox vacib bir  müayinə üsulu perimetriya – görmə sahəsinin yoxlanması… Görmə sahəsi elə bir müayinədir ki, xüsusi aparatda aparılır – kompüter perimetr vasitəsilə. Bir neçə mərhələdən sonra dəyişikliklər başlayır. Yəni görmə sayının daralması xəstəliyinin başlanğıcında özünü büruzə vermir, irəliləyən, yəni inkişaf etmiş mərhələlərdə özünü bildirir.

Qlaukomanın növləri nələrdir?

Qlaukoma birincili və ikincili olur. 

  • Birincili – yəni ilk göz xəstəliyi kimi başlayır. 
  • İkincili – hansısa bir xəstəliyin ya nəticəsi, ya ağırlaşması şəklində olur. 

Bir neçə mərhələsi olur. 

  1. başlanğıc,
  2. inkişaf eləmiş 
  3. ifrat dərəcədə inkişaf etmiş və 
  4. terminal 

qlaukoma olur. 

Qlaukoma açıq bucaqlı və qapalı bucaqlı olur. Yəni bu ön kameranın bucağının vəziyyətinə bağlı bir klassifikasiya aparılır. 

Və yaşa bağlı klassifikasiya aparılır. Yəni 

  1. anadangəlmə – infantil, 
  2. yuvenil, yəni orta yaşlarda və 
  3. qocalıq dövründə 

yaranan qlaukoma.

Qlaukoma müalicə olunmazsa, korluğa səbəb ola bilər

Qlaukoma xəstəliyin müalicəsində müntəzəm müalicə, yeni kəsilməyən bir müalicə çox vacibdir. Bu xroniki bir xəstəlikdir, proqressivləşən xəstəlikdir və belə xəstəliklər müntəzəm müalicənin aparılmasını tələb edir. 

Xəstə müalicə edirsə, görmə sahəsini, görmə sinirini, görmə funksiyalarını qoruya bilir və həyat keyfiyyətini artırmaqla bərabər keyfiyyətli davam etdirə bilir. 

Xəstə müntəzəm müalicə olunmursa, xroniki xəstəlik proqressivləşir və tədricən görmə azaldaraq, yəni xəstə görməsi itirərək kor olur.

Müalicə bir neçə üsulla aparılır: 

  • medikamentoz 
  • lazerlə 
  • cərrahiyyə ilə. 

Qlaukomanın dərmanla müalicəsi

İlk növbədə, əlbəttə ki, medikamentoz, yəni dərman vasitəsilə müalicə başlanılır. Orada bir neçə molekullar istifadə olunur. Mən dərmanların adlarını sadalamaq istəmirəm, ticari adda olan dərmanlar çoxdur. 

Bir tək onu qeyd etmək istəyirəm ki, gözdaxili təzyiq daimi gözdə ifraz olunur və müalicə də buna əsaslanır. Bu ya artıq dərəcədə ifraz olunan göz daxili mayenin azaldılmasına yönəlir və yaxud göz daxili maye xaric edilən yollarının rahatlaşdırılması yolu ilə aparılır. Dərman seçimi buna bağlıdır.

Qlaukomanın lazerlə və cərrahi əməliyyatla müalicəsi

Medikamentoz müalicə bir effekt vermirsə, ya lazer müalicəyə əl atılır və yaxud cərrahiyyə yolu ilə gözdaxili təzyiq düşürülür. 

Bunlar hamısı onun üçün aparılır ki, gözdaxili təzyiq qalxmasın, görmə sinir öz funksiyasını itirməsin, atrofiyaya uğramasın və xəstə görməsini itirməsin.

Həyat tərzinin qlaukomaya təsiri

Bir neçə söz xəstənin həyat tərzindən qeyd etmək istəyirəm.

Onu demək istədim ki, xəstələr həyat boyunca siqaret və yaxud yüksək də dozalarda alkoqol işlətməməsi məsləhətdir. 

Düzgün qidalanmalıdır. 

İş yerini, iş rejimini elə qurmalıdır ki, göz çox yorulmasın, orqanizmi çox yorulmasın. 

Bir də stresdən qorunmalıdır ki, bunlar hamısı bu xəstəliyin get-gedə artmasın, proqressivləşməsinə gətirib çıxartmasın.

Op. Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq cərrah

44 replies on ““Göz təzyiqi” zamanı nə etməli?”

Ev şəraitində müalicə üçün nə lazımdır mənim gözüm durmadan atır bu da məndə əsəb gərginliyi yaradır. Təşəkkürlər öncədən

Salam mənim gozumun ust hissəsi kəsgin agriyir bunun ucun ev səraitində nə etməliyəm və səbəbi nə ola bilər?

Salam. Ağrı gözdə nadirən olur, çox vaxt göz daxili təzyiq qalxanda və ya iltihab olanda olur, digər göz ağrısı səbəbləri nevroloji olur. Göz müayinəsindən keçməyi məsləhət görürəm, ev şəraitində öz başına müalicə almaq təhlükəlidir.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam hekim məndə gözde ağrılar birdə görmə yaxşı deyil torlu görürəm bunu səbəbi nə ola bilər.

Salam. Ağrılar çox vaxt ya göz təzyiqinin yüksəlməsindən, ya da iltihab prosesindən olur. Torlu görmənin səbəbi çox olur; – eynək problemləri, katarakta, qlaukoma, göz dibi qişaların problemləri.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam. Mənim gözümdə telefona televizora, kitaba çox baxanda, çox stres əsəb keçirəndə agrilar olur və şiddətlənərək baş agrisina çevrilir heçnə etməyəndə. Bunun mənə gözümdə spazma oldugunu dedi həkim, həm spazma üçün həm də göz qurulugu üçün müalicə almisam amma çox xeyri olmayib. Bu spazmadir yoxsa göz təzyiqidir?

Salam. Adətən dediyiniz şikayətlər əzələ spazmının (gərginliyin) nəticəsində nevroloji olur, göz təzyiqinin artması simptomlarına oxşamır. Vaxtaşırı göz idmanları, spazm müalicəsi aparılmalı və gözlərin düzgün işlətmə rejimi qorunmalıdır (qadjet və vidjetlərlə fasiləli işləmək, yuxu vaxtını azaltmamaq və s. məsləhətdir).
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam necəsiz? Mənim gözlərim anidən qızarır qıpqırmızı olur və açıb yumanda pis ağrımağa başlayır. Səbəb nə ola bilər?

Salam, göz təzyiqinin oynaması da ola bilər, nevroloji səbəbdən də ola bilər (beyindəki görmə trakti ilə bağlı ola bilər).
Dr.Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam. Aniden gözüm bulaniqlasir ,harasa baxdiqda halqavari lekeler görurem ve 15-20 deyqe sonra bu hal azalır ve keskin baş ağrısı ve urekbulanma baslayir..bu hal 7-8 aydan bir tekrarlanır esasen isti aylarda baş verir.bunun sebebi ne ola biler?

Salam. Səbəb ya ani göz təzyiqin artması və buna bağlı simptomların yaranması ola bilər, ya da arabir qlaukomosiklitik kriz keçirirsiz. Bunu ayırd etmək üçün gərək göz müayinəsindən keçəsiniz, tutma zamanı yoxlansanız daha yaxşıdır.
Dr.Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam mənim gözüm bugün məktəbdə bulanıq oldu yazılara baxırdım amma tam görənmirdim biraz sonra isə keçdi və baş ağrısı başladı bunun səbəbi nə ola bilər?

Salam. Adətən belə görmə bulanması gözdə quruluğun və ya göz təzyiqinin artması ilə bağlıdır. Hər iki halda da oftalmoloqun müayinəsi lazımdır ki, düzgün müalicə təyin olunsun.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam oğlumun 13 yaşı var.əsəbləşib məktəbdə.sol gözü qaşı atır.keçmir.göz təzyiqi dedi həkimlər.keçib gedərmi müalicə ilə.əsəbə qarşı müalicə yazdl

salam hekim. təzəlikce gozumun koku agriyir və ici yanir. gozumun ici isti olur. amma agri boynumnanda vurur. neden ola biler.? öncədən təşəkkürlər.

Salam. Gözdə yanma və istilik göz quruluğundandır, süni gözyaşı damcılar tökmək lazımdır. Gözün kökündə ağrılar adətən nevrolojidir (xüsusən də boynunuzda da hiss edirsinizzsə), bu halda nevropatoloqla məsləhətləşin.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam. Gözdə yanma və istilik göz quruluğundandır, süni gözyaşı damcılar tökmək lazımdır. Gözün kökündə ağrılar adətən nevrolojidir (xüsusən də boynunuzda da hiss edirsinizzsə), bu halda nevropatoloqla məsləhətləşin.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam. Gözdə yanma və istilik göz quruluğundandır, süni gözyaşı damcılar tökmək lazımdır. Gözün kökündə ağrılar adətən nevrolojidir (xüsusən də boynunuzda da hiss edirsinizzsə), bu halda nevropatoloqla məsləhətləşin.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam.mən bir ilə yaxındırki,şəkər xəstəsi olduğumu öyrənmişəm.hal hazırda orta dərəcəlidi dərmanlarla stabil saxlaya bilirəm.amma son zamanlarda gözlərimdə bərk yorğunluq var.həç bir ağrı yaşamıram amma.sadəcə günün istənilən saatında gözümdə yorğunluq olur hər daim yatmaq istəyirəm.6,7 saat yatsam belə yənə bir az uzanan kimi və ya yemək yeyən kimi gözlərimə elə bil ağırlıq köçür.yatmaq istəyirəm.bunun səbəbi göz təyziqi ola bilər?
iş rejimim,qidalanmam heçdə ürək açanda deyil. Stressdəki oz yerində.

Salam. Sadaladığınız şikayətlər göz təzyiqi simptomları deyil. Çox vaxt belə şikayətlər gözdə quruluq olanda olur və ya bədənin ümumi problemlərinə görə (nevroloji səbəblər, qanazlığı, ümumi təzyiqin qeyri-stabil olması, Vitamin D çatışmazlığı, qalxanvari vəzin xəstəliyi (zob) və s.). Süni gözyaşı damcılar bir neçə gün tökə bilərsiniz (aptekdə sərbəst cürbəcür adlarla satılır), şikayətləriniz keçsə, demək ki, göz quruluğundandır. Əgər şikayətləriniz davam edərsə, demək ki, terapevtə və ya nevropatoloqa müraciət etməlisiniz ki, ümumi problemləri araşdırsınlar.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Artıq 2-3 dəfədir ki, gözum ayışır, qızarır. Təzyiqi ölçdükdə baxıram ki, təzyiq qalxıb. Əvvəllər təzyiq qalxanda baş ağrısı verirdi. Səbəbi nədir?

Salam. Təzyiq qalxanda qızarma damar reaksiyasıdır, ümumi təzyiqin oynaması nəticəsində olur. Amma təzyiq qalxmayanda qızarma və yanma olursa, – bu quruluğun əlamətidir, süni gözyaşı damcıları tökmək lazımdır.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam,..gozlerimde seher oyananda cirk var idi,,baxdim guzguye qipqirmizidi.hemde gicgahimda biraz agri var..goz tezyiqi elametidi?

Salam menim sol gozum 1 hefteye yaxindiki ici cox qizarib agri hem gozume hem basima verir hemde qasinir sebebi neden ola biler

Salam mende ayda bir defe gozum aniden bulanig olur ve goz kenarinda her iki gozumdede ag nese axir ele bilirem..simsek caxan kimi isiqlar gelir 15 deq sora kecib gedir

Salam. Görmə dumanlanmasının və ağ rəngdə ifrazatın səbəbi göz quruluğu ola bilər, o qorxulu deyil və süni gözyaşı damcıları tökməklə aradan götürülür. “Şimşək çaxması” simptomu təhlükəlidir, gözün dibindəki torlu qişada yaranan dəlik, yırtıq, qopma əlaməti ola bilər, mütləq oftalmoloqun müayinəsindən keçmək lazımdır. Bəzən işıqların parıldaması (əgər gözdə problem çıxmasa) nevroloji simptom da ola bilər, onu isə nevropatoloq yoxlayır.
Keçmiş olsun.
Dr Fəxriyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam mənim gözlərimdə hər ikisində arada bir tutur sanki göz ətraflarda dalğalar var …görmənin tamlığını pozur bu dalğalar ……nə etməliyəm

Salam, bu həm göz tərəfindən, həm də nevroloji ola bilən simptomdur. Öncə oftalmoloqun müayinəsindən keçməlisiniz, əgər gözlərdə bir problem çıxmasa, nevropatoloqun konsultasiyasını almalısınız.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam mənim sağ gözümə yan tərəfdən anidən elə bil işıq seli gəlir gedir. Elə bil ildirim kimi 1saniyəlik olur əsasən günorta və günortadan sonra daha çox olur 1həftə əvvəl gün ərzində 1və 2dəfə olurdu. 3gündu tez tez olur . Bu nə ilə əlaqədar ola bilər?

Salam. Bu torlu qişanın və ya şüşəyəbənzər cismin patologiyasının birinci əlamətidir, mütləq göz dibi müayinəsindən keçin. Keçmiş olsun.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Salam, hekim hər iki göz dibində davamlı ağrı olur göynüyür zonkluyur. sonra vurur basıma.3 ildir bunun əziyətin çəkirəm. sağ gözüm zəifliyibdi. bu nədən olar? nevro hekimə də getdim carəsi tapılmır.

Salam. Göstərdiyiniz şikayətlər daha çox nevroloji simptomatikaya xasdır, üçlü sinirin nevralgiyası və ya miqrenlə bağlı ola bilər.
Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir