Kateqoriyalar
Endokrinologiya

Düyünlü zob

Düyünlü zob tiroid vəzində toxumadan fərqli morfologiya və mənşəyə malik həcmli düyünlərin inkişafı ilə xarakterizədir. 

Ən sıx səbəbi dünyada yod çatışmazlığıdır. 

Bu gün mən tiroidin ən çox rastlanan xəstəliklərindən olan “düyünlü zob” haqqında danışacağam.

İlk öncə onu qeyd edim ki, tiroid vəzi boynun ön hissəsində, qırtlaq nahiyəsində yerləşir. Ölçüsünün kiçik olmasına baxmayaraq orqanizmdə bir çox orqan və toxumaların normal funksiyalarını yerinə yetirməsində önəmə sahibdir.

Düyünlü zob tiroid vəzində toxumadan fərqli morfologiya və mənşəyə malik həcmli düyünlərin inkişafı ilə xarakterizədir. 

Ən sıx səbəbi dünyada yod çatışmazlığıdır. 

Düyünlü zob bəzən təsadüf nəticəsində aşkar olunur

Adətən, fiziki müayinə zamanı ortaya çıxa biləcəyi kimi rutin müayinələrdə, bəzən xəstələrdə boyunda şişlik və ya ağrı şikayətləri ilə də ortaya çıxa bilər. Ayrıca başqa məqsədlərlə çəkilən radioloji müayinələdə də təsadüfən ortaya çıxa bilər.

Günümüzdə tiroid düyünləri ən çox rast gəlinən problemlərdəndir və son zamanlarda ultrasəs müayinəsindən daha çox istifadə olunması ilə əlaqədar olaraq prevalansı daha da artmışdır.

Yaş artdıqca sıxlığı artmaqdadır. 

Ölçüləri kiçik millimetrlik, yəni simptom vermədən, simptomsuz olandan böyük simptomatik olan ölçülərə qədər dəyişə bilər. 

Bir və ya bir neçə ədəd ola bilər.

Düyünlü zob xəstəliyinin risk faktorları

Risk faktorları: genetik faktorlar, qadın cinsiyyət, ionizə radiasiyaya məruziyyət, quatrogen dərmanların və ya maddələrinin istifadəsi, doğumun sayı, stress, Bədən Kütlə İndeksi, metabolik sindrom və s. sayıla bilər.

Tiroid düyünlərində ilkin yanaşma düyünlərin 5%-də görülən tiroid xərçəng riskini “ekarte”, yəni istisna edilməsidir. Bunun üçün klinik dəyərləndirmədə ilk olaraq 3 suala cavab vermək lazımdır:

  1. Tiroid düyünü hiperfunksionaldırmı,
  2. Tiroiddə xərçəng riski varmı, bu düyündə.
  3. Əgər ətraf orqanlara kompressiyası varmı? Varsa, əmələ gətirdiyi simptom və əlamətlər nələrdir?

Düyünlü zobun müayinəsi

Xəstənin anamnezində uşaqlıq dönəmində şüa terapiyası alması və ailəsində tiroid xərçəngi hekayəsi olması və ya uşaqlıq və yeniyetmə dövründə ionizə radiasiyaya məruz qalıb qalmaması sorğulanmalıdır. Müayinədə isə xəstələrdə vəzin ətraf toxumalara kompressiyasına bağlı olaraq xəstədə boğulma hissi, yad cisim hissi, tənəffüsdə çətinlik və ya udqunma aktında çətinləşmə, səsinin tutulması kimi simptomlar varmı bu baxımdan diqqət edilməlidir.

Düyünlü zob çox vaxt ağrısız olur

Vəz nahiyəsindəki ağrı nadirən rast gəlinir. Əsasən, ağrı vəzdə olan iltihab prosesləri və ya düyün içərisində qansızma olduğunda və ya düyün çox sürətli böyüdüyü zaman müşahidə olunur. Ancaq yenə də əgər düyün sürətli böyüyürsə, biz bəd xassəli törəmələr ola biləcəyini düşünməliyik. Yenə də bəzən tiroid xərcənglərinin illərlə vəz içərisində səssiz düyün olaraq qala biləcəyi də unudulmamalıdır.

Ayrıca sərt, ətraf toxumaya fiksə düyünlər və boyun nahiyəsinə potolojik limfadenopatiyaların görülməsi də bizə bədxassəli törəmələrin ola biləcəyini düşündürməlidir.

Qanda tiroid hormon analizinə baxılır

Düyünlərdə təsbit edildikdə ayrıca qanda tiroid stimulə edici hormon dəyərinə baxılmalıdır, baxılaraq düyünün hiperfunksiyalımı, hipofunksiyalımı, yoxsa eutiroidmi olduğu təsbit edilməlidir.

Əgər hiperfunksiyalı olduğunu görərsək və düyünün ölçüsü 1.5 sm-dən böyükdürsə, bu xəstələrə tiroidin sinteqrafiyası çəkilir. Əgər sinteqrasiyası nəticəsində “isti düyün” olduğu təsbit edilərsə, bu xəstələrdə tiroidin incə iynə biopsiyasına ehtiyac qalmır. Ancaq hipotiroid və ya eutiroid halında olan düyünlərin irəli incələnməsi bənzər şəkildə aparılır.

Tiroid vəzin ultrasəs müayinəsi

Ultrasas müayinəsi düyünün vəz içərisində lokalizasiyası, ölçüsü, görüntüsü, tərkibi haqqında hiperexogenliyi, eyni zamanda mikrokalsifikasya möhtəviyyatı, halo varlığı və ya yoxluğu haqqında, kənar düzəni haqqında ekstratiroidal sahəyə yayılımı haqqında, patolojik ola biləcək limfoadenopatiyaların varlığı haqqında bizə yardım göstərən bir vasitədir.

Və ultrasəs müayinəsində düyünün bədxassəli ola biləcəyini göstərən şübhəli özəlliklər düyünün hipoexogen olması, mikrokalsifikasya möhtəviyyatlı, halo yoxluğu, düzənsiz kənarın olmazsa kimi özəlliklərdir.

Ehtiyac halında incə iynə aspirasiya biopsiyası edilir

Əgər şübhəli özəllikləri təsbit edilirsə, düyünə tiroidin incə iynə aspirasiya biopsiyası tövsiyə olunur. Biopsiya nəticəsi “benign”, yəni bədxassəli gəlməyən xəstələrdə, təqibində ultrasəs müayinəsinin özəlliklərinə görə qərar verilir. 

Belə ki, əgər düşük və orta riskli düyündürsə, bu xəstələrə 6-12 ay sonra təkrar ultrasəs müayinəsi tövsiyə edilir və lazım olarsa, tiroidin incə iynə biopsiyası edilir. 

Ancaq yüksək riskli xəstələrdə isə təkrari biopsiya, dərhal və ya 3 ay içərisində təkrar edilir.

Araşdırmalarda, 5 illik dinamik izləmdə tiroid düyünlərin 1/3-də ölçüsünün böyüdüyü, 1/3-də ölçülərinin kiçildiyi, 1/3-in isə ölçülərinin sabit qaldığı görülmüşdür.

İncə iynə biopsiyası xüsusi hazırlıq tələb etmir

Tiroidin incə iynə biopsiyası sadə və güvənilir bir yöntəmdir. Əsasən, düyünün yerinin doğru təsbit etmək üçün ultrasəs altında edilir. Xüsusi bir hazırlıq gərəkdirmir. Xəstələrə sadəcə qan sulandırıcı dərman istifadə edirlərsə, bir neçə günlük ara verməsi gərəkə bilir.

Tiroidin incə iynə biopsiyası tiroid vəzindən toxumu örnəyinin alınmasını təmin edir. Örnək içi boş şprislərə alınaraq patoloji laboratoriyaya göndərilir. Prosedur zamanı xəstənin sakit durması, öskürmədən, udqunmadan çəkilməsi prosedurun daha qısa müddətdə bitməsini təmin edir.

Prosedur sonrası iynə yerinə plastr ilə bağlanılır, xəstə normal həyat fəaliyyətinə davam edə bilir və bir neçə saat sonra plastrı çıxarda bilər. 

Bəzi xəstələrdə 1-2 gün iynə yerində ağrı ola bilər. Ehtiyac halında xəstələr ağrı kəsici istifadə edə bilərlər.

Tiroid düyünləri nə zaman müalicə edilir?

Tiroid düyünləri nə zaman müalicə edilir?

Əgər hipertiroidi vəziyyəti var isə, tiroidin incə iynə biopsiya nəticəsi xərçəng və ya xərcəng şübhəsiz olaraq nəticələnmişdirsə, xəstədə düyünün ətraf toxumalara kompressiyasına bağlı olaraq simptomlar ortaya çıxmışsa və ya gələcəkdə düyünün sürətli böyüməsinə bağlı bu simptomlar ortaya çıxa biləcəksə və xəstədə ciddi kosmetik və psixoloji qayğılar yaradırsa, bu hallarda müalicə edilə bilər.

Uzman Dr. Könül Əhmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir