Kateqoriyalar
Cərrahiyyə Uşaq cərrahiyyəsi

Anesteziya qorxusu

Əməliyyata gələn xəstələrin 90 faizi əməliyyatdan daha çox narkozdan, yəni anesteziyadan qorxurlar. Bunun da əsas səbəbi əməliyyatla bağlı müəyyən qədər fikrə sahib olsalar da, anesteziya ilə (narkozla) bağlı bilmədikləri bir şeylə qarşılaşacaqları üçün “qulaqdan dolma” bilgilərə daha çox üstünlük verirlər.

Ümumiyyətlə, qorxularının biz neçə səbəbi ola bilər. 

Bir qisim xəstələr əməliyyat sırasında narkozdan oyanacağını və ağrı hiss edəcəyindən qorxur. Bir qismi isə, daha çoxu isə, əməliyyat bitdikdə narkozdan oyanmayacağını düşünür.

Əməliyyatdan öncə anestezioloq xəstə ilə görüşür

Xəstələr əməliyyat masasına gələnə qədər bizimlə görüşür. Cərrah tərəfindən bizə göndərilən xəstələrlə qısa bir söhbətimiz olur. Bu həm xəstəni tanımaq, həm də anesteziya qorxusunu yenmək üçün onlarla söhbət eləmək fürsəti tanıyır bizə. Biz bu xəstələrin xroniki xəstəliklərini öyrənirik, istifadə elədiyi dərmanları, daha əvvəl keçirmiş əməliyyatlarını, allergiyasının olub olmadığını. Bir sıra laborator və fiziki testlər etdikdən sonra xəstəyə uyğun anesteziya seçimi edirik və xəstəyə əməliyyat sırasında və sonrasında əmələ gələcəyi, ya da qarşılaşacağı, hiss edəcəyi hisslər haqqında bilgi veririk.

Əməliyyat otağına gələn xəstə istər-istəməz stressli olur. Bu stressə qalib gəlmək üçün onlara sedativ təsirli, yəni sakitləşdirici dərman verdikdən sonra əməliyyat önü hazırlıq keçir. Buna nələr daxildir? Xəstənin bütün əməliyyat boyunca izləyəcəyimiz monitorizasiya prosesini aparırıq. Bu: ürəy, yəni xəstənin nəbzi, təzyiqi, eyni zamanda qanda oksigen dəyərini ölçmək üçün monitora bağlanılır və əməliyyatın sonuna qədər bu qalır.

Və xəstəyə artıq seçdiyimiz anestiziyanı tətbiq etmək zamanı gəlir. Dediyim kimi, bu həm əməliyyatın gedişinə, həm də çox da olmasa, qismən xəstənin vəziyyətinə görə seçilir bu anesteziya və xəstənin fiziki dəyərlərinin   

Anesteziyaya hazırlıq

Ümumiyyətlə, anesteziyanı 2 böyük qrupa ayırsaq: ümumi anesteziya və lokal anesteziya, yəni yerli anesteziya olaraq 2 qrupa bölünür.

Bütün cərrahi əməliyyatlar ümumi anestiziya ilə icra oluna bilər və çox böyük bir hissə əməliyyatlarda sadəcə ümumi narkozla icra oluna bilir.

Ümumi narkoz nədən ibarətdir? Xəstəyə açılmış damar yolu daxilindən, yəni venaya vurduğumuz anestezik dərman maddələri vasitəsilə xəstənin dərin anestezi yuxusu yaradır.

Bu yuxu nədən ibarətdir? Bu, bildiyimiz normal yuxulardan çox fərqlənir, əslində xəstələrin qorxduğu nöqtə də budur. “Mən yatıram, yuxuya gedirəm və birdən yuxudan oyana bilərəm.” Amma anestezi yuxusu normal yuxudan çox fərqlənir. Belə ki, xəstənin huşu tamamilə itir, xəstənin refleksləri ortadan qalxır və xəstənin, yəni əməliyyat sahəsindən gələ biləcək hər hansı bir ağrı impulsunun beyinə getməsini blokada edirik biz bu dərman vasitələri ilə. Dolayısı ilə, normal yuxuda xəstə ətrafdakı qıcıqlardan, yəni hər hansı bir ağrıdan, hər hansı bir səsdən oyana bilərsə də, anesteziyada bu, mümkün deyil. Çünki bunun kontrolu tamamilə anesteziya həkiminin əlindədir. Yəni bu kontrol tamamilə bizdədir.

Anestezioloq əməliyyat boyunca xəstəni izləyir

Xəstələrin bəzisi düşünür ki, əməliyyat sırasında xəstələri yatızdırırlar və bir dəfə anesteziya dərman maddəsi tətbiq etdikdən sonra anesteziya həkimi və ya anesteziya tibb bacısı başından ayrılır və o, onu yəni “kaderine” tərk edir. Qətiyyən belə deyil. Əməliyyatın başlanğıcından sonuna qədər başında anesteziya həkimi və ya həmin anesteziya tibb bacısı olur və dərman maddələrimiz də əməliyyat bitənə qədər davam edir.

Biz daha çox əməliyyatda, yəni başlanğıcında damar daxilində dərman vasitələri istifadə etsək də, əməliyyatın davamı üçün qazlardan, bu dünyanın hər yerində belədir, adətən, çox zaman qazlardan istifadə edirik.

Anesteziya müddəti əməliyyat müddəti qədərdir

Narkozun müddəti əməliyyatın müddətinə bağlıdır. Yəni əməliyyat 1 saat davam etsə, 1 saat olacaq, anesteziya müddəti 5 saat davam etsə, 5 saat… Ta ki əməliyyat bitənə qədər. 

Əməliyyat bitdikdən sonra verdiyimiz dərman maddələrini kəsirik, qazı kəsirik, əgər geriyə döndürə biləcəyimiz, yəni dərmanların antidotu varsa, onu tətbiq edirik xəstəyə və yavaş-yavaş bütün itirdiyi reflekslərinin, əzələ gücünün geri gəlməsini təmin edirik.

Anesteziyadan “gec oyanmaq” var, “oyanmamaq” yoxdur

Bəzi xəstələrin dediyim kimi qorxusu da narkozdan oyanmamaqdır. Narkozdan oyanmamaq sadəcə narkoz davam etdiyi müddətcə ola bilər. Əgər narkozu verdiyimiz dərmanları kəsiriksə, oyanmamağı mümkünsüzə yaxın bir haldır. Amma sadəcə burada fərq oyanma müddətlərindən asılıdır. 

Sürətli metabolizmaya malik cavan xəstələr, qısa əməliyyatdan daha tez oyanır. 5 dəqiqə, 10 dəqiqə içərisində əvvəlki vəziyyətinə geri dönür və biz onu oyandırıb göndəririk.

Əgər əməliyyat çox uzun çəkibsə və ya xəstə yaşlıdırsa və ya hər hansı bir xroniki xəstəliyi var, deyək ki, böyrək xəstəliyi var, qaraciyər xəstəliyi var və bununla bu xəstə yanaşı xəstəliklər olanda dərman maddələrinin bədəndən atılması yavaşladığı üçün nisbətən gec oyanır digər qruplara nəzərən. Amma qətiyyən bu 1 gün, 2 gün deyil, yəni bir yarım saat içərisində oyana bilər, 15 dəqiqəyə oyana bilər.

 “Narkozu qusmamaq” qorxusu əsassızdır

Xəstələrin burada əməliyyat sonrasındakı bir qorxusu da: “Narkozu qusmadım. Mən o narkozu qaytarmadım, “Mən narkozdan oyanmadımmı?” Qeyd etmək istəyirəm, xüsusilə, vurğulamaq istəyirəm ki, narkotik dərmanlar, anestezik dərmanlar istifadə elədiyimiz dərmanların hamısı mədə vasitəsilə atılmır. Bunlar qaraciyər, böyrək və ağciyər vasitəsilə xaric olunur. Yəni sizin atacağınız narkotik dərmanlar, anestezi dərmanlar hamısı böyrəkdən, qaraciyərdən və ağciyərdən atılır. Mədə ilə heç bir əlaqəsi yoxdur.

Bəs niyə bəzi xəstələr əməliyyat sonrası narkozdan sonra qusur, bəziləri qusmur. 

Bu, tamamilə dərman maddələrinin beynin qusma mərkəzinə təsiri ilə əlaqədardır. Biz bütün xəstələrə narkozdan ayrılmadan öncə qusma əleyhinə preparatlar tətbiq edirik. Çox xəstədə də qarşısını alırıq. Amma bəzən bəzi xəstələrdə bu daha az təsir elədiyi üçün qusma prosesi əmələ gələ bilir.

Anesteziyadan oyandıqda şiddətli ağrı hiss edilmir

Digər bir qorxu da əməliyyat sonrasında “Mən özümü necə hiss edəcəyəm? Mən necə oyanacağam? Ağrım olacaqmı?” Bütün xəstələrə, bütün rutin olaraq əməliyyata girən hər xəstəyə əməliyyat sonrasında ağrısını azaltmaq üçün ağrıkəsici tədbiq edirik və palataya gedən xəstələrin də klinik orderlərinə biz bunu tətbiq edirik ağrıkəsici ilə. Təbii ki, müəyyən miqdarda ağrısı olacaq, amma böyük bir ağrı gözləmirik.

Narkoz miqdarı istəyə görə yox, ehtiyaca görə hesablanır

Ümumi anesteziyanın digər bir qismi də “sedasiya” dediyimiz, bu xəstələr daha çox bunu endoskopiya və kolonoskopiyalardan tanıyır. Daha az dərman maddəsi istifadə edərək, yəni Bu dərman maddələrini də dediyim kimi, ümumiyyətlə, bəzi xəstələrin yenə bir qorxusu var: “Mənə narkozu az verin” və ya da “Mənə narkozu çox verin.” 

Yəni bu azlıq, çoxluq xəstənin istəyinə görə ayarlanmır. Bu xəstənin: çəkisi, boyu, cinsi, yaşa, İdeal Kütlə İndeksinə görə, yəni “Body Mass Index”ə görə hesablanır, ona görə tətbiq olunur.

Yerli keyitmə və ya regional anesteziya

İkinci bir anesteziya növümüz isə regional anesteziya. Daha çox el arasında bilinən – “beldən verilən narkoz”. 

Xəstələrin çox-çox böyük bir qismi, yəni deyərdim ki, 99 faizi beldən olan narkozdan, yəni “spinal anesteziya”dan çox qorxur. Yenə də deyirəm, yanlış biliklər sayəsindədir. Tam tərsi spinal anesteziya xəstənin huşunun, reflekslərinin, əzələ gücünün itmədən əməliyyatı çox rahatlıqla keçirə biləcəyi bir narkoz növüdür.

Spinal anesteziyada çox incə, yəni atravmatik, çox minimal bir iynə vasitəsilə onurğa fəqərələri arasından keçdiyimiz və onurğa beyin mayesinə verdiyimiz dərman maddələri ilə sırf həmin nahiyəni inervasiya edən sinir bloklaşdırırıq və xəstələrdə həmin nahiyədə ağrı hissinin olmamasına gətirib çıxarır. Eyni zamanda ağrıyla bərabər hərəkət hissi də məhdudlaşır.

Regional anesteziyanın üstünlükləri

Bunun üstün cəhətindən biri ondan ibarətdir ki, əməliyyat bitdikdən sonra heç bir ağrıkəsici istifadə etmədən, ağrıkəsiciyə ehtiyac qalmadan xəstənin ağrı hiss etmədiyi üçün bir xəstə əməliyyat sonrasında 1-2 saat müddətində ağrıkəsicisiz özünü çox rahat hiss edir. Təbii ki, sonra bu blokadanın müddəti keçdikdən sonra artıq sinirlər özünü bərpa elədikdən sonra yavaş-yavaş ağrı kəsiciyə ehtiyac olacaqdır.

Spinal anesteziya iynəsi normal iynədən daha incədir

Xəstələrin çox böyük qismi qorxur ki, bu spinal anesteziya etdiyimiz bel fəqərəsinin hansı ki, beldən girdiyimiz yerdə çox ağrı olacaq və ya bir əməliyyat sonrasından ömrünün axırına qədər bir ağrı qalacaq onda və ya bel yırtığı əmələ gələcək. Qətiyyən belə deyil. Yəni orada istifadə etdiyimiz iynənin incəliyi, qalınlığı belə deyim qan alma zamanı istifadə olunan iynənin qalınlığından qat, qat aşağıdır. Yəni bunun ağrı əmələ gətirməsi və ya bir travma, yəni bel yırtıq əmələ gətirəcək qədər mümkün deyil bunun olması.

Hərəkət və hissiyatın blokadası qalıcı deyil

İkinci bir qorxular da ondan ibarətdir ki: “Ayağımı hərəkət etdirə bilmirəm. Mən beləmi qaldım? Mən iflicmi qaldım?” Qətiyyən elə deyil. Dediyim kimi, 3-4 saatlıq müddətlik sadəcə bu blokada müddəti ondan ibarətdir. Bəli, o müddətdə hərəkət etdirə bilməyəcək və hiss edə bilməyəcək, amma əməliyyat sonrasında öncəki vəziyyətinə geri gələcək.

Xəstə huşu açıq olsa da, öz əməliyyatını görmür

Diğər bir qorxurlar ondan ibarətdir ki: “Mənim huşum açıq olacaq və mən əməliyyatı görəcəm.” Heç bir xəstəyə göz görə-görə, öz gözləri görə-görə əməliyyatı elətdirmirik. Xəstə ilə əməliyyat arasında yaşıl bir örtü örtülür və xəstə qətiyyən əməliyyat nahiyəsini görmür.

Eyni zamanda xəstə, təbii ki, başqa bir mühitdədir, əməliyyat olduğunu bilir, bir az stressdə də olduğu üçün xəstələrə də sakitləşdirici müəyyən dərmanlar edərək əməliyyatımızı… Yəni o zaman istədiyi vaxt yatıb, istədiyi vaxt dura bilir. Özü nəfəs ala bilir, özü hərəkət edə bilir, yəni üst tərəf olaraq, təbii ki.

Və əməliyyat bitdikdən sonra da tamilə rahat heç bir, yəni, bu ürək bulanma hissi də olmur bu xəstələrdə, baş dönmə hissi də olmur, olduqca rahat otağına təhvil veririk belə xəstələri.

Uşaqlarda anesteziya

Digər bir qorxu isə uşaq anesteziyası ilə bağlıdır. Valideynlər təkcə ana-ata deyil, nənə, baba, hər kəsin bir fobiyası olur: “Uşaq balacadır”, “Uşağa narkoz necə təsir edər?” “Beyin funksiyasına təsir göstərərmi, yaddaşını zəiflədərmi?” Hələ ki, dünya praktikasında belə bir qeyd olunmayıb. Beyin funksiyalarına müvəqqəti təsir edir çünki anesteziya dərmanları. Bəli, təsir elədiyi müddətdə huş itir, bəlli təsir etdiyi müddətdə müəyyən qədər amneziya – yəni yaddaşsızlıq da olur, amma o müəyyən qədər. O dərman bitdikdən və dərman bədəndən atıldıqdan sonra heç bir yaddaşsızlıq, heç bir beyin funksiyası pozğunluğu yoxdur. Tam əvvəlki vəziyyətinə geri dönür və xəstə oyanır.

Uşaqlara əməliyyat zamanı soyuq olmur

Valideynlərin qorxusu, təbii ki, bundan ibarətdir ki: “Birdən əməliyyatxana soyuq olar, uşağımıza soyuq olar.” “Üstü daha incədir falan…” 

Bildirmək istəyirəm ki, əməliyyatxanada bütün xəstələr isidilir, yəni onların temperaturu da… Çünki anestezik dərmanların atılımı da temperaturdan asılı olduğu üçün isidirik bütün xəstələrimizi. 

Uşaqlar palatada yatızdırılıb sonra əməliyyatxanaya aparılır

Eyni zamanda uşaqların anadan ayrılıb bilmədiyi bir insanların arasına, bilmədiyi bir ortaya gəlməsi onlar üçün böyük bir travma olacağından ötrü xəstələri palatada, uşaqları xüsusilə, palatada sedativ dərmanları verərək çox sakit, anasından çox rahat ayrıla biləcək dərəcədə sedasiya verib və əməliyyatxanaya qaldırırıq. 

Bu zaman xəstələr qətiyyən ağlamır, damar yolunun açılmağında heç bir problem olmur və eyni şəkildə uşaqlara da, yəni dərmanlar dozaya görə: kilosuna, çəkisinə görə hesablanaraq verilir və yenidən əməliyyat bitdikdə narkozdan 5-10 dəqiqə müddətinə ki, əgər xroniki xəstəliyi, çox böyük bir xəstəliyi yoxdursa, uşaqlarda metabolizma daha sürətli olduğu üçün tez bir zamanda oyanırlar və valideynlərinə tez bir zamanda qovuşurlar. 

Sadəcə uşaqlarda narkotik anesteziya belə deyim, qazın təsirindən bir balaca narahatlıq ola bilər. Amma bu, qətiyyən ağrı deyil. Valideynlər çox vaxt bunu ağrı olaraq nəzərə alır. Amma o anestezik qaz da ağciyərlərdən atılandan sonra uşaq tamamilə normal, hətta çox yaxşı yuxu yatan bir vəziyyətdə palatasında qarşılaşırıq əməliyyat sonrası dövrdə baxdığımızda.

Heç kimə məcbüri anesteziya növü seçdirilmir

Praktikamda qarşılaşdığı bütün xəstələr əməliyyata girəndə çox qorxur, oyanandan sonra deyir ki: “Doktor, çox yaxşı, çox rahat bir yuxu yatdım.” 

Çünki istifadə elədiyimiz son dövrdə ən populyar dərmanlardandır, yəni son atılım müddəti qısa və çox yan təsirləri olmayan dərmanlar olduğu üçün çox rahat yatırlar və həqiqətən, onlar da ifadə edirlər. “Doktor, mən çox gözəl yuxu yatdım, ömrüm boyunca belə yuxu yatmamışdım.”

Ya da spinal anesteziya ilə qorxaraq gələn xəstələr “Beldən narkoz istəmirəm” deyən xəstələri, yəni müəyyən qədər danışıb, razı saldıqdan sonra: “Doktor, nə yaxşı ki, mən spinal anesteziya oldum, mən çox rahat hiss edirəm özümü. Mən hər kəsə tövsiyə edəcəm” şəklində ayrılır bizdən.

Yəni təbii ki, zorla heç bir kəsə anesteziya növünü seçmirik, amma məncə, həkimin məsləhətlərinə uysalar, daha yaxşı olacaq. Həm də yəni bir xroniki xəstəlikləri də nəzərə alaraq anesteziya növünü tərcih edirik.

Digər dediyim lokal anesteziklər də daxildir bura, yəni yerli keyləşdiricilər və sinir blokadaları müəyyən qədər, hissəvi olaraq sinirləri keyləşdirmə məqsədilə. Dünya praktikasında artıq ümumi anesteziyaya mümkün olduğu qədər az yer verib regional anesteziyaya, yəni əməliyyat yeri imkan verdiyi qədər, xəstənin vəziyyəti imkan verdiyi qədər, regional anesteziya istifadə olunmağı daha geniş yer ayrılıb. Məncə, xəstələr də bundan qorxmasa, daha yaxşı olacaq.

Uzman Dr.İlahə İmanlı, Anestezioloq-reanimatoloq

2 replies on “Anesteziya qorxusu”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir