Kateqoriyalar
Ortopedia-travmatologiya

Körpə uşağı əməliyyat etmək olarmı? Kimin sözünə inanaq?

Çalışaçayıq xəstə yaxınları, valideynlər arasında tibbi maarifləndirmə işlərinin bəzi nüanslarına toxunaq.

Nəzərə alsaq ki, mən uzun illərdir pediatrik ortopediya ilə məşğulam, təbii ki, xəstədən başqa valideynlərlə: ata – ana ilə ünsiyyətdə oluruq, baba – nənə ilə, bəzən 2 baba – 2 nənə ilə ünsiyyətdə oluruq. 

Xəstəni müayinə edirik, xəstəyə diaqnoz qoyub müalicə təyin edirik. Əməliyyatmı, digər konservativ müalicəmi? Bu arada valideynlər tərəfindən daha çox sorğu suallara tutuluruq. 

Verilən sualların əksəriyyəti bu ixtisasa aid olmayan doktorlar tərəfindən deyilmiş bəzi sözlərdir. “Əməliyyat yaşı tezdir.” 

“Niyə əməliyyat olunmalıdır?” 

“Nə olub ki? Uşaqdır hələ…” 

“Anesteziyanın (‘narkoz’ dediyimiz bir şeylərin) əlavə təsirləri ola bilər!” 

Filan, filan…. 

Bu yanlış fikirləri insanların beynindən çıxarmaq lazımdır

Əsassız, elmi dayanağı olmayan bir sıra fikirləri valideynlərə deyirlər və valideynlər də bunu sual şəklində bizə qaytarırlar və uzun zaman da vaxtımızı bu fikri valideynlərin beynindən çıxartmağa sərf edirik.

Yetərincə izah edirik, bəzən valideyni – hər-halda artıq bizdən asılı bir şey deyil –  inandıra bilmirik və valideynlər ortada olan dediyimiz uşaq xəstəliyini tam qeyri-peşəkar, qeyri-professional bir doktora həvalə edirlər və sonra da bizim yanımıza döndükdə belə aradan qaldırması mümkün olmayan bir ağırlaşmalarla rastlaşırıq.

Oxuyun, araşdırın, doğru yolu seçin

Bu barədə valideynlərə xüsusən demək istərdim “Baxın, əlimizdə sosial media var, internet var. İnternetdə xeyli, dediyimiz hər bir şey var.”

Hər zaman xoşlayıram xəstəyə, yazılı şəkildə xəstə valideynlərinə bir diaqnoz verim və rica edirəm “Evdə araşdırın, oxuyun”. Araşdırıb oxuyurlar, baxın, bunlara baxmayaraq belə bütün o elmi internetdən aldıqları, oxuduqları materiallara yenə də “etibarmı etmirlər” deyək? Yenə yanlış yol seçirlər. Amma bu bizim gələcək nəslimizin, uşaqların sağlamlığında böyük problem yaradır.

Həkimlərin yanlış məlumatlandırması problemi

Bu məsələnin digər tərəfinə də baxmaq lazımdır. Məsələnin digər tərəfində nə durur? Məsələnin digər tərəfində valideynlərin eyni olaraq internetdən, sosial şəbəkələrdən, bəli, diplomlu doktorların, amma bu ixtisasa aid olmayan doktorlar, bəzən də bu ixtisasa aid olan, belə desək, ortoped doktorların belə elmə-bilimə, tibbin tələblərinə, “protokol” dediyimiz bir şeyə uymayan müalicələrdən danışırlar, valideyni inandırırlar.

Təbii, valideyn iki seçim arasında qalır: “Hansı doktor doğru deyir, hansı yanlışı deyir?” Bu problemlər var. 

Və bəzən də travmatologiya, ortopediya ixtisasına aid olmayan bir doktorlar bu xəstəliklərin müalicəsinə dair fikir yürüdürlər. Təkrar edirəm, tibbin qanunlarına uymayan, yəni heç bir yerdə adı olmayan bir müalicələr təklif edirlər.

Məlumat alarkən kimdən aldığınızı araşdırın

Valideynlərə bir şey də söyləməliyəm. Təbii, sosial mediada bu doktorlara baxdınız… Lütfən araşdırın: “Doktor bu ixtisası bilirmi?” Özünüzə bir sual vermək lazımdır… Keyfiyyətli doktorlarımız var, ixtisas sahibləri onların fikrini alırsınız. Mənim yanında deyirsiniz. 3-5 doktor adı çəkirlər. Yetişmiş, professional doktorlar var. Amma 3-5 doğru deyən doktorun sözü deyil, təəssüf ki, qeyri-ixtisas sahibi, sosial mediada reklamı desək “güclü” olan bir doktorun müalicəsinin” arxasınca gedirlər. Bu da yanlış bir şeydir.

Yanlış müalicə fəsadlara səbəb olur

Son zamanlar budların anadangəlmə çıxığı, anadangəlmə əyri pəncəlik, serebral iflic dediyimiz xəstəliklərdə dayaq hərəkət aparatında qalan bir sıra qüsurların, onurğa patologiyaların, döş qəfəsi deformasiya patologiyalarının (deformasiya şəklində ortaya çıxan bir xəstəliklər qismini deyirəm) bunların çox yanlış müalicəsi ilə rastlaşırıq. 

Baxın, dünyada “Bu xəstəlik irəli getməyəcək, şanslıdırsa qabağını alacayıq”, deyəcək bir müalicə metodunun elmi isbatı var isə və bu hər yerdə yazılıb pozulub, bunu 3-5 doktor, keyfiyyətli doktorlarımız söyləyibsə, valideyn bunu qoyub, hansısa bir tibb müəssisəsimi deyilmi, orada “Mən bu xəstəliyin tam çarəsini bilirəm” deyilən bir sözə inanırlar.

Maarifləndirmə aparmağa davam edəcəyik 

Bildiyimiz qədər maarifləndirmə işlərini yenə aparırıq. Faydası varmı? Amma hər halda bir doktor olaraq, bir ziyalı . Yəni valideyn olaraq məsuliyyət onların boynuna düşür, uşaq qərar verən deyil ki. Yəni, onları bir də maarifləndirməyi borcumuz hesab edirik.

Bir də təkrar edirəm, çalışın hər bir müalicə qaydalarında, filanında və sairə doktorun elmi olaraq güvəndiyi müalicə növlərini seçin.

Op. Dr. İlham Hacıyev, Ortoped-Travmatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir