Kateqoriyalar
COVID-19 İnfeksion xəstəliklər şöbəsi Laboratoriya

COVID-19 testlərinin növləri və aralarındakı fərqlər

COVID-19-in diaqnostikasında istifadə olunana testlər aşağıdakılardır:

1. SARS-CoV-2 PZR (PCR)

Molekulyar test olaraq adlandırılan bu COVID-19 testi, polimerazalı zəncir reaksiyası (PZR-PCR) adı verilən laborator metod istifadə olunaraqvirusun genetik materiyalını (DNT və ya RNT) müəyyən edir.

Burun-udlaqdan(nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 12-24 saat ərzində hazırolur.

İstifadə olunan diaqnostik metodlar arasında həssaslıq və spesifikliyi ən yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləyici test olaraq qəbul olunmuşdur.

Yalnız bu (PZR) testlərin nəticəsi TƏBİB-in portalına qeyd olunur.

2. SARS-CoV-2 Antigen testi

Bu COVID-19 testi, virusdakı müəyyən zülalları təyin edir.

Burun-udlaqdan (nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 2 saatərzində hazır olur.

Həssaslıq və spesifikliyi molekulyar metod ilə müqayisədə daha aşağıdır.

Nümunə növü PZR ilə eyni olduğu üçün (yaxma) insanlar bəzən bunu PZR analizi ilə eyni bilir və nəticəsinin portala salındığını düşünür. Lakin SARS-CoV-2 Antigen testinin nəticələri portala qeyd olunmur. Bu test yalnız skrininq məqsədi iləistifadə olunur, məlumat xarakterlidir.

3. Anti- SARS-CoV-2 IgM

Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləritəyin edir. Adətən infeksiyanın kəskin fazasında müsbət olur.

Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur.

Nəticəsi portala qeyd olunmur.

4. Anti-SARS-CoV-2 IgG

Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləritəyin edir. Adətən xəstəliyin sağalma fazasında müsbət olur.

Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur.

Nəticəsi portala qeyd olunmur.

2 replies on “COVID-19 testlərinin növləri və aralarındakı fərqlər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir