Kateqoriyalar
Daxili xəstəliklər Kosmetologiya

SPF krem seçimi

Özünə qulluq vasitələri seçərkən ilk nədən başlamaq lazımdır?

İlk öncə baxım vasitələrindən SPF kremlərinin alınmasını tövsiyə edirəm.

Bunlar tərkibinə görə 3 cür olur: mineral – yəni fiziki, tərkibinə görə daha mürəkkəb – kimyəvi və qarışıq – yəni hər ikisinin həm fiziki filterlərin, həm də ki mineral filterlərin qarışığından ibarət olan SPF kremlər. Bəs bunların bir-birindən fərqi nədir?

SPF kremlərin fərqi

Kimyəvi filterlər daha mürəkkəb tərkibə malikdir. Onlar üzə çəkildiyi zamandan 20-30 dəqiqə sonra işləməyə başlayır.

Amma fiziki filterlər, yəni mineral filterlər isə tərkibində bunlar o qədər sadədirlər ki, 1-2 vasitə olur – “sink oksit” və “titan dioksit” deyilən komponentlər olur və bunlar üzə çəkildiyi zaman dərhal təsir göstərir. Ona görə daha çox üstünlüyü biz fiziki filterlərə veririk.

Lakin dəri tipindən asılı olaraq, məsələn, yağlı, kombinə, akneli dərilərdə, təbii ki, bu tərkiblər baxılmalıdır və ona uyğun SPF kremlər seçilməlidir.

SPF kremlərini hansı mövsümdə istifadə etməliyik?

Çox insanlar düşünür ki, SPF kremlər yalnız günəş şüaları intensiv olan zaman, yəni yaz-yay aylarında istifadə olunmalıdır. Bu, təbii ki, çox yanlış bir yanaşmadır.

SPF kremlər ilin bütün fəsillərində istifadə olunmalıdır. Məsələn, götürək maşında gedirik, qış aylarıdır və biz düşünürük ki, SPF çəkməmişik, üzümüz günəş şüalarından qorunur. Bu, yanlış bir fikirdir. Çünki maşının şüşəsindən belə günəşin zərərli şüaları üzümüzə mənfi təsir göstərə bilər.

SPF kremlərin faydası

SPF kremin faydaları nədir və nəyə görə biz SPF kremi çəkməyi tövsiyə edirik?

Həm günəş şüalarından üzümüzü qoruyur, həm piqmentasiyaların əmələ gəlməsinin qarşısını alır, həm dərimizin yanmağının qarşısını alır və təbii ki, dərimizi nəmləndirir. 

Ona görə də SPF kremlərdən istifadə etməyi tövsiyə edirik ilin bütün fəsillərində.

Dr. Nurlana Ələkbərova, Həkim-kosmetoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir