Kateqoriyalar
Allerqologiya

Günəş allergiyası – Solar övrə

Günəş allergiyası ən çox yay aylarında xəstələri narahat edən allergik bir problemdir.

Günəş allergiyası dedikdə nəyi nəzərdə tuturuq?

Solar övrə – yəni, günəşin şüaları nəticəsində dəridə yaranan: qızarıqlıq, qabarıqlıq, qaşıntılı səpkilər.

Bu səpkilər dərinin müxtəlif nahiyələrində yarana bilər. Günəşlə təmas olan, yəni günəşin toxunduğu açıq dəri səthində və ya günəşin heç dəymədiyi, paltarın altında qalan dəri səthində də qızarıqlıq, qabarıqlıq özünü büruzə verə bilər.

Günəş allergiyasının ağırlıq dərəcələri

Dərəcələrinə görə müxtəlifdir. 

Yüngül dərəcələrdə xırda səpkilər olur və ya xəritə şəkilli… Bunlar bir neçə saatdan sonra itirlər. 

Amma ağır dərəcələrdə qızarıqlıq, qabarıqlıq, qaşıntı davam edir. Xəstələrdə dəridə yanğı hissi ola bilər. Ağır formalarda ürəkbulanma, baş ağrısı, başgicəllənmə, qusma kimi hallar da baş verir. Hətta diareya kimi hallara da gətirib çıxara bilər.

Günəş allergiyasının diaqnostikası

Günəş allergiyasını, yəni solar övrəni başqa dermatoloji xəstəliklərdən ayırd etmək lazımdır. Çünki dəridə başqa problemlər, səpgilər ola bilər və ya başqa allergenlərin səbəbindən yarana bilən bir səpkilər ola bilər. 

Bunun differensial diaqnostikası vardır. Yama testi vardır, fototestlər vardır ki, günəş lampaları ilə UV şüalar veririk və bununla dərinin günəş şüalarına qarşı olan reaksiyasını öyrənirik. Qan testləri vardır ki, bunlar vasitəsilə günəş allergiyasının diaqnozu qoyulur.

Günəş allergiyasının müalicəsi

Yüngül hallarda biz sadəcə qorunma tövsiyə edirik. Açıq rəngli paltarlar geyilməsi, dərinin açıq sahələrinin daha az olmasını tövsiyə edirik. Yüngül antihistaminik preparatları tövsiyə edirik.

Lakin xəstəlik dərinləşdikdə, məsələn, səpgilər uzun müddət keçmirsə və yanaşı sistematik bir problemlər yaranırsa, o zaman kombinasiyalı preparatlara üz tuturuq və bunların müalicəsi qısa müddətlik bir müalicə deyildir, yay boyu sürə bilər və ya yaya hazırlıq kimi də müalicə tövsiyə edirik. Çünki xəstələr ən çox yaydan öncə, məsələn: “Biz istirahətə getmək istəyirik, doktor, amma məndə, məsələn, neçə illərdir ki, günəş allergiyası var. Yay aylarında daha çox məni narahat edir”. 

Yaydan öncə müalicə planı qururuq. Əgər ehtiyac olarsa, günəşlə təmas zamanında da müalicə davam etdirilir.

Dərman səbəbindən olan günəş allergiyaları

Günəş allergiyasının yaranma səbəblərindən biri də istifadə olunan preparatlardır, yəni dərman preparatlarıdır. Dermatit halına da gətirib çıxarda bilər, ləkələr yarana bilər. Xəstələr məsələn, ləkələri də nəzərə almalıdırlar ki, bu günəşlənmədən ola bilər.

Günəş allergiyasına qarşı profilaktika

Günəş allerigiyasından əziyyət çəkən xəstələrə səhər saat 10:00 – günorta saat 15:00 arası günəşlə təmasın maksimum az olmasını tövsiyə edirəm. Qapalı mühitdə olsunlar və ya məcburi çıxacaqlarsa, açıq rəngli geyimlərdən və daha qapalı geyimlərdən istifadə etsinlər. 

SPF kremlər vardır, günəşdən qoruyucu kremlər vardır ki, onların istifadəsi də tövsiyə olunur.

Günəş allergiyasını problem edib heç vaxt günəşə çıxmamaq kimi bir durum da olmasın. Çünki bildiyimiz kimi dəridə vitamin D-nin yaranmasının yeganə yolu günəşlənməkdir. 

Ona görə bu problemi özlərində dərinləşdirib, böyüdüb daha da, belə deyək, psixoloji bir duruma gətirməsinlər. Allerqoloqa və ya dermatoloqa müraciət edə bilərlər və bundan bunu müalicə ilə yanaşı günəşlənməyə davam edə bilərlər.

Dr. Nigar Təhməzova, Allerqoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir