Kateqoriyalar
Endokrinologiya Pediatriya

Uşaq endokrinoloquna nə zaman müraciət etməli?

Simptomları qeyd edəcəyəm. Bu simptomlara uyğun endokrin xəstəliyi ola bilər. Ona görə “Nə zaman endokrinoloqa müraciət etməlisiniz?” onu bilmək lazımdır. 

Uşaqlarda diabet əlamətləri

Əgər uşağınızda ağız quruluğu, çox su içmə, çox sidiyə çıxma və çəki itirmə problemi varsa, endokrinoloqa müraciət etmək lazımdır. Çünki burada Tip 1 diabet xəstəliyi, yəni şəkərli diabet xəstəliyi və şəkərsiz diabet xəstəliyi olma ehtimalı var. 

Eyni zamanda hər hansı bir yeri kəsilirsə və ya yara əmələ gəlirsə, yaranın yaxşılaşmağında gecikmə olursa, yaxşılaşmırsa, o zaman mütləq uşaq endokrinoloquna müraciət etmək lazımdır. Yəni şəkərli diabetdə bu əlamətlər olur.

Uşaqlarda boy qısalığı problemi

Uşağınızda əgər boy qısalığı varsa, sonra, çəkisində artım olmursa, bu da boy hormonu əksikliyinin əlamətləri ola bilər. Mütləq araşdırılmalıdır. 

Başqa xroniki xəstəliklərlə də əlaqəli olur boy qısalığı, eyni zamanda çəki azlığı… Buraya nələr daxildir? Xroniki böyrək çatışmamazlığı, bağırsaq xəstəlikləri və eyni zamanda hormonal problemlər.

Uşaqlarda qalxanabənzər vəz problemləri

Uşağınızın saçları tökülürsə, dərisi çox qurudursa, çəkisində artım olmursa, yenə boynunda artım olmursa, mütləq qalxanabənzər vəz hormonları yoxlanılmalıdır və bir endokrin tərəfindən araşdırılmalıdır.

Uşaqlarda Addison xəstəliyinin əlamətləri

Böyrəküstü vəz xəstəliklərindən danışsaq… Əgər uşağınızın bədənində, müxtəlif yerlərində rənglərin tündləşməsi olursa, əsasən də, bədəninin diz nayihəsində, dirsək nayihəsində və qatlanan yerlərində, bu Addison xəstəliyinin əlamətlərindən biridir.

Eyni zamanda bir xəstəlik keçirdiyi zaman, məsələn, deyək ki, qrip xəstəliyi keçirdi və ya koronavirus keçirdi, bunları çox ağır keçirir və xəstəxanaya yatacaq qədər ağır olur, mütləq araşdırılmalıdır. Addison xəstəliyi olma ehtimalı var. 

Eyni zamanda Addison xəstəliyində halsızlıq, yorğunluq, qusma və koma əlamətləri olur.

Uşaqlarda cinsi inkişafın gecikməsi 

Əgər uşağınızda cinsi inkişaf problemi olduğunu düşünürsünüzsə, məsələn, 14 yaşına qədər qızlarda süd vəzisinin böyüməməsi, adət düzənsizliyi və ya adət görməmə problemi varsa, cinsi inkişafın gecikməsi sindromlarından biri ola bilər. Burada da Turner sindromu var, cinsi inkişafın gecikməsinə səbəb olan və ya hipofizin hormonlarının sintezində problem olur, onunla bağlı ola bilər. Mütləq endokrinoloqa müraciət etmək lazımdır.

Uşaqlarda erkən cinsi inkişaf

Ondan başqa cinsi inkişafın vaxtından əvvəl başlaması. Bunlar nədir? Oğlanlarda 9 yaşdan, qızlarda 8 yaşdan öncə ikincili cinsi əlamətlərin ortaya çıxması. Və bu da hormonal cəhətdən uşağın araşdırılmasını gərəkdirən vəziyyətlərdən biridir. Burada erkən cinsi inkişaf əlamətləri başlayıbsa, erkən cinsi inkişaf həqiqi erkən cinsi inkişaf ola bilər. Mütləq araşdırılmalıdır.

Erkən cinsi inkişafın başqa əlaməti də tüklənmənin başlamasıdır.

Oğlanlarda 9 yaşdan öncə, qızlarda 8 yaşdan öncə həm qasıq nayihəsinin, həm qoltuqaltı nayihəsində tüklənmənin başlaması, eyni zamanda tər qoxusunun gəlməsi… Bunlar cinsi inkişafın başladığının əlamətləridir və bu da böyrəküstü vəzi ilə əlaqəli ola bilər. Böyrəküstü vəzin müxtəlif xəstəliklərində olur, “böyrəküstü vəzin hiperplaziyası” dediyimiz, yəni hormonal balansın pozulması, vaxtından əvvəl aktivləşməsi, cinsi hormonların çox sintez olunması nəticəsində olan bir prosesdir.

Uşaqlarda qıcolma əlamətləri

Uşaq yeni doğulubsa və yenidoğulma dönəmində epilepsiya tərzi tutmalar keçirirsə, bunlara “epilepsiya tərzi qıcolma” dediyimiz, el arasında “sudurqa” deyirlər. Əgər “sudurqa” keçirirsə, bu “hipoqlikemiya”, yəni qan şəkərinin düşmə əlaməti ola bilər. Bu da “hiperinsulinizm xəstəliyi”nin, yəni insulin miqdarının çox olmasının nəticəsində baş verir və ya başqa səbəblərdən olur. Mütləq araşdırmaq lazımdır.

Və bəzən xəstələr günlərlə xəstəxanada yatır, diaqnozu qoyula bilmir, çünki şəkərinə baxılmır uşağın və bu şəkildə diqqətdən qaça bilir. Mütləq araşdırıb baxmaq lazımdır.

Uşaqlarda D vitamini çatışmazlığının əlamətləri

Əgər uşağınızda və sizdə nevroloji əlamətlər varsa, məsələn, əllərinizdə və ya ayaqlarınızda qıcolma olursa, halsızlıq, yorğunluq hiss edirsinizsə, yaddaş zəifliyi hiss edirsinizsə, bu D vitamini çatışmazlığı əlamətləri ola bilər.

Eyni zamanda kalsium mübadiləsi pozulması, əgər kalsium qanda aşağı olduğu zaman bu proseslər baş verir. Mütləq qanda kalsium, D vitamini yoxlanmalıdır və endokrinoloq tərəfindən araşdırılmalıdır.

2 replies on “Uşaq endokrinoloquna nə zaman müraciət etməli?”

Salam menim oğlumun 9yaşı var çox arıqdır ştahası azdı boyu yaşıdlarından çox balacadı uze müayinəsindən olmuşuq ama bir problem yoxdu bagırsaqlarında köp var ama qanı aşağıdı qurdun elanetleri var

Salam. Boyun kiçik olması, vücudun arıq olmasının bir neçə səbəbləri var: genetik faktorlar, dəmir çatışmamazlığı, hormon pozğunluqları, fərqli infeksiyalar, allergiya xəstəlikləri və s.
Ona görə də təbii ki, müayinə olunmalı, müəyyən analizlər verilməli, səbəbi araşdırılmalıdır və səbəb tapıldıqdan sonra da müalicə edilməlidir.
Uzman Dr Altay Abdullaoğlu, Pediatr Neonatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir