Kateqoriyalar
Ortopedia-travmatologiya

Uşaqlarda, gənclərdə, orta yaşlı və yaşlı insanlarda diz ağrıları

Diz oynağı ağrılarına xəstənin yaşından asılı olaraq müxtəlif səbəblər irəli sürmək olar və ya görmək olar. 

Uşaqlarda diz ağrıları

Uşaqlarda ən çox diz ağrıları travmalar sonrası görülür. Diz ətrafı əzilmələr və s. yıxıldıqdan sonra. Uşaqlarda diz ətrafında ağrılar, xüsusilə, əgər o bölgədə şişkinlik də varsa, əlbəttə ki, ən çox qorxacaq şey diz ətrafında olan bədxassəli şişlərin olmasıdır. Bud sumüyünün aşağı qismində və ya baldır sümüyünün yuxarı qismi, diz nahiyyəsində olan bölgələrdə ən çox uşaqlarda bədxassəli şişlər, xüsusilə, “osteo sarkoma” və ya “Ewing sakoma” dediyimiz bədxassəli şişlər görülə bilər. Bunun üçün diz nahiyəsində şişkinliklə müşayiət edən problemləri ciddi nəzərə almaq lazımdır.

Digər bir diz nahiyəsində ağrılar, xüsusilə, uşaqlarda revmatoloji xəstəliklərdir. “Yuvenil revmatoid artrit” dediyimiz xəstəlik. Uşaqlarda müxtəlif oynaqlarda problem yarada bildiyi kimi, xüsusilə, diz nahiyəsində də şişkinlik, qızarıqlıq və ciddi şəkildə ağrıların olması ilə müşaiyət oluna bilər. Uşaq səhər yuxudan qalxdığında müxtəlif oynaqlarda sərtliyin əmələ gəlməsi, zamanla yavaş-yavaş açılması revmatoloji xəstəliklərdən şübhələnilə bilər. Bu zaman revmatoloji testlər, uşağınızdan götürülməsi həkim tərəfindən tövsiyə edilə bilər. Əgər revmatoloji problemdirsə, əlbəttə ki, revmatoloq tərəfindən müalicəsi davam etdirilə bilər.

Cavanlarda diz ağrıları

Cavan xəstələrdə diz nahiyəsi olan ağrılar haqqında danışdıqda, bunlarda da ön planda travmatik problemlər gəlir. Diz nahiyəsində, dizin içində yerləşən müəyyən anatomik strukturlar var ki, onlar haqqında, qısa danışmaq istəyirəm. Xüsusilə, dizin amartizasiya rolu oynadığını dediyimiz menisklər var, hialin qığırdaqlar. Bunların əsas funksiyası dizin müxtəlif yüklərə qarşı yastıq rolu oynamasıdır. Müəyyən rotasional dediyimiz çevrilmə hərəkətlərindən sonra, müəyyən idman aktivitilərindən sonra və ya yıxıldıqdan sonra menisklərdə zədələnmə ola bilər.

Menisk yırtıqları nə ilə müşayət olunur?

Diz oynağı nahiyəsindəki ağrı ilə müşayiyət oluna bilər. Xüsusilə, müəyyən hərəkətlərlə dizlərdə kilidlənmə şəklində özünü göstərə bilər. Və ya xüsusilə, dizinin müəyyən hərəkətlərin məhdudlaşması ilə, bükülüb açılmasındakı məhdudiyətləri ilə özünü biruzə verə bilər.

Orta yaşlı insanlarda diz ağrıları

Orta yaşlı insanlarda diz nahiyəsi olan problemlər, dizin içində və bayırında yerləşən dizin stabilliyini tənzimləyən bağ aparatında olan problemlərlə əlaqəli ola bilər. Ən sıx gördüyümüz, ön çarpaz bağ dediyimiz, bağın yaralanması şəklində görə bilərik. Ön carpaz bağ yaralanmalarında mütəmadi olaraq müəyyən yüklənmələrdən sonra, dizdə sanki boşa çıxmaq şəklində özünü göstərir. Diz hər boşa çıxdığında və ya stabilliyi pozulduqda dizin çox ciddi ağrıdığı görülür və eyni zamanda ondan sonra müəyyən müddətdə davam edən şişkinlik şəkildə özünü göstərə bilər.

Orta yaş və ya gənc xəstələrdə əməliyyat tövsiyə edilir. “Ön çarpaz bağın rekonstruksiyası” dediyimiz əməliyyat icra olunur.

Orta yaşlılarda iltihabi xəstəlikləri götürmək olar. Diz ətrafında kisəciklər yerləşir. Bu kisəciklərin menisklər kimi sanki amartizasiya rolu və qoruma rolu olduğu üçün xüsusilə, dizini yerə qoyan insanlar və ya dizini müəyyən bölgəyə çırpmış insanlarda dəri altında şişkinliklər əmələ gələ bilər. Kisəciklərin iltihabı – “bursit” deyirik biz, elmi adı “bursit”dir. Bu bursitləri sıx-sıx görə bilərik. Əgər infeksiya düşürsə, qızartı, şişkinlik, irinləmə şəkildə özünü göstərə bilər və infeksiya yoxdursa, hətta yumurta boyda şişkinlik şəklində dizin ön tərəfində özünü biruzə verə bilər. Və ya dizin arxa və yan tərəflərində olan kisəciklərin iltihabı nəticəsində dizdə şişkinlik və ağrı şəklində özünü göstərə bilər.

Bu tip problemlərdə tövsiyəmiz əsasən buz tətbiqidir, istirahətdir… Müəyyən dizliklər – hərəkəti məhdudlaşdıran dizliklər verilə bilər, bəzən də fizioteropektik prosedurlar istifadə olunur.

İrinləmə fonunda isə infeksionistlə məsləhətləşib, hətta antibiotik müalicəsinə də başlamaq ehtiyacı ola bilər.

Digər bir problemlərdən biri diz ağrılarına səbəb olan, xüsusilə, dizin revmatoloji iltihabi xəstəlikləridir. Revmatoid artrit, ən sıx gördüyümüz toplumda hardasa, 1 faizə qədər görülən bir xəstəlikdir.

Diz oynağında olan revmatoloji xəstəliklər zamanla diz qırağının yeyilməsinə səbəb olur. Eyni zamanda diz oynağının ətrafında olan oynağın iltihablanmasına səbəb olduğu üçün dizdə şişkinlik şəkilində özünü göstərə bilər, ciddi ağrılara səbəb ola bilər. Bunların birincili müalicəsini revmatoloqlar aparır. Bəzən ortoped-trovmatoloqlara da müraciət edə bilərlər. Xüsusilə, diz içinə inyeksiyalar edildikdə və dizin o şişməsinə səbəb olan oynaq səthinin ətrafını örtən zarın “sinovektomiya” dediyimiz artroskopik, endoskopik təmizlənməsi əməliyyatı üçün bizə göndərə bilər.

Daha irəli dönəmlərdə isə qığırdaq tamamilə yeyilibsə, xüsusilə, endoprotez əməliyyatları tövsiyə edilə bilər.

Digər bir diz oynaq ağrılarına səbəb olaraq da xüsusilə, diz oynağı ətrafında yerləşən xoş və ya bədxassəli şişlərdən danışa bilərik. Bu zaman, xüsusilə, müəyyən hərəkətlərdən sonra deyil, eyni zamanda gecə və sakit halda durğunluq halında belə ağrının olması ondan şübhələndirə bilər. 

Diz oynaq ətrafında sınıqlar və onlar müəyyən ağrılar verə bilər. Və yumuşaq toxuma zədələnmələri müəyyən fiziki və ya idman aktivitələrindən sonra görünə bilər.

Digər diz oynaqları ağrılarına səbəb olan problemlərindən biri, xüsusilə, diz qapağın anormal yerləşməsi səbəb ola bilər. Patil left femoral dediyimiz problem, xüsusilə, diz qapağının bayıra doğru meylliliyi olduğu üçün və ya diz oynağının oxunda olan anormallıqlar nəticəsində diz qapağının normadan çox bud sümüyü oynaq səthinə sürtünməsi nəticəsində və ya bayıra doğru qaçması, zorlanması nəticəsində zamanla diz oynağını əmələ gətirən oynaq səthlərində, xüsusilə, diz qapağının oynaq səthində qığırdaq yeyilməsi səbəb olur və yumşalması ilk öncə səbəb olub, xondramazi dediyimiz bir problem yarana bilir ki, bu da ağrılara səbəb ola bilər. Bunun üçün ən çox tövsiyə etdiyimiz şeylərdən biri, xüsusilə, diz oynaq ətrafı əzələlərinin gücləndirilməsidir.

Əgər oxda bir dəyişiklik varsa, əyrilik varsa, angular və ya bucaqvari bir deformasiya varsa, o deformasiyanın ortadan qaldırması üçün müəyyən əməliyyatlar – “korrektiv osteotomiya” dediyimiz əməlliyyatlar icra edilə bilər. Və ya müəyyən fizioterapik proseduralar icra edilə bilər. Əksər hallarda xəstələr bunlardan fayda görür.

Yaşlı insanlarda diz ağrıları

Daha irəli yaşlarda diz oynağının degenerativ dediyimiz və ya artroz xəstəlikləri ön planda olur. Xüsusilə, irəli yaşlarda artroz fonunda eyni zamanda bağ yağlanması degenerasiya və keyfiyyət dəyişikliyinə bağlı və ya menisklərin yırtılması şəklində də özünü biruzə verə bilər.

Amma ən sıx yaşlı xəstələrdə gördüyünüz problemlərdən biri, xüsusilə, diz oynağının degenerativ xəstəlikləridir və ya artroz xəstəliyidir.

Artroz xəstəliyinin erkən dönəmində verəcəyimiz müalicə metodlarının başında konservativ müalicə tuturuq. Əgər xəstənin kilosunda bir artıqlıq varsa, kilosunun azaldılması diz ətrafı əzələləri gücləndirilməsi, müəyyən səbəblərdən dizin hərəkətinin tənzimləmək üçün və ya bir-birinə qığırdaq oynaq səthinin sürtünməsini azaltmaq üçün rubrikant dediyimiz sürüşkənliyi artıran hialuron turşusu inyeksiyasının icra edilməsi, son dövrlərdə populyar olan, xüsusilə, böyümə faktorları ilə zəngin müəyyən qandan alınmış və ya piy toxumasından alınmış kök hüceyrə və ya PRP dediyimiz, papulyativ plazma dediyimiz inyeksiyalarının edilməsi bunlar faydalı ola bilər. 

Müəyyən provakativ hərəkətlər var ki, artrozdan sonra xəstələrin şikayətini artıra bilər. Xüsusilə, çoxlu pilləkən qalxıb düşməkdir, dizini yerə qoymaqdır, çömbəlməkdir. Bu tip hərəkətlər xəstələrə tövsiyə edilmir. 

Əgər çox irəli dönəmdə bir qığırdaq yeyilməsi varsa və konservativ müalicə fayda vermirsə, günlük həyat fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırsa, o zaman xəstələrə tövsiyə edəcəyimiz şeylərin başında operativ cərrahiyyə durur.

Operativ cərrahiyyədə orqansaxlayıcı müalicə olaraq ya ciddi əyrillər varsa və xəstənin dizinin bir bölgəsində, komparmanında bir artroz varsa, digər kompartmanına normal tərəfə yük düşməsi üçün yükün düşmə yönünü dəyişdirən yönləndirici əməlliyatlar “High tibial osteotomy” dediyimiz əməliyyatlar icra edə bilər, “korrektiv oseotomiya” deyirik biz buna. Dizin əyilmə bucağını dəyişdirərək dizin o problemsiz oynaq tərəfə yükünün düşməsi şəkildə olan əməliyyatlar onlarda icra edilə bilər.

Digər bir əməliyyat növləri isə bu işin kökündən həlli, endoprotez dediyimiz süni oynaqların icra edilməsidir. Süni oynaqların icra edilməsi üçün də göstəriş və əks göstərişlər vardır, əlbəttə ki. Amma bu göstərişlərin ən başında, xüsusilə konservativ müalicəyə fayda verməyən ciddi dizi ağrılarının olması və ya artrozla müşahidə edilən ciddi diz ağrılarının olması şəklindədir.

Uzm. Dr. Rəşad Zeynalov, Ortoped-travmatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir