Kateqoriyalar
Pediatriya Psixoterapiya

Uşaq hər şeyi ağlayaraq istəyirsə, necə davranmalıyıq?

Valideynlərin hər daim olan suallarından biri odur ki, “Uşağım hər istədiyini ağlayaraq bildirir. Bu zaman nə etməliyik və bu hər hansısa bir isterik hallarda nə kimi problemlərə gətirib çıxara bilər?”

Əslində çox normal bir haldır, normal bir hiss kimi qəbul edirik. Çünki körpəlikdən başlayaraq uşaqlarımız ağlayaraq nəyisə əldə etməyi öyrənirlər. Ta bələkdə uşaqlarımızın ağladığı halda biz bilirik ki, acırlar, bezini dəyişdirmək lazımdır, ağrıdığı hər hansı bir hissəsi var.

2-3 yaşlarından başlayaraq artıq uşağın nitqi olmasına baxmayaraq, buna bir növ valideynlərimiz şərait yaratmırlar ki, istədiyini nitqi ilə bildirsinlər. Ağladığı halda ana və ya ata dönür, “Nə oldu, nə istəyirsən?” kimi diqqət göstərməyə başlayırlar.

Uşağın beyni bir növ buna fokuslanır ki, “Ağlamaq = mükafat”. 

Uşaqlarımızın bu davranışı düzəlmir və get-gedə isterik hallara yol aça bilir. 

Valideynlərimiz tamamilə əks reaksiya göstərməlidirlər bu zaman. İsterik hallarda, ağladığı zaman göz kontaktı qurmamaq, otağı tərk etmək və qətiyyən diqqət göstərməmək lazımdır. 

Amma susduğu halda diqqət mərkəzində uşaq olmalıdır və istədiyi hər nədirsə, nitqi vasitəsi ilə bildirməsinə zəmin yaratmaq lazımdır. 

Bu kimi problemə fikir vermədiyimiz təqdirdə isterik hallar aqressiyaya, qaytarmaq kimi somatik hallar baş verə bilər, uşaq diqqət cəlb eləsin, istədiyini əldə etsin deyə hədsiz dərəcədə şiddətli ağlamaqları, aqresiyalar arta bilər. Buna görə vaxtında üzərinə düşmək və uşağın fokuslandığı sistem nədirsə, onu tamamilə dəyişdirmək lazımdır.

Ya hər zaman bu yolda getməlisiniz, ya da başlayırsınızsa yarımçıq qoyduğunuz halda 1-2 dəfə və yaxud evdə ananın bu cür sistemi yönəltdiyi halda atanın başqa cür rəftar eləməsi və evdə olan şəxslərin: dayənin, nənə, babanın tamamilə başqa cür rəftar eləməsi nəticəsizliyə gətirib çıxardır.

Ayşən Rəfiyeva, Psixoloq

2 replies on “Uşaq hər şeyi ağlayaraq istəyirsə, necə davranmalıyıq?”

Salam menim uwagim menim yanimda sakit olur atasi eve gelende tamam ferkli uwaq olur çünki atasi telefon verir ataya qarwi yaxsidi mene qarwi kin nifret edir xai edrem bir meslehet vererdiz uwaqin 6yawi var mektepe gedr mektepde dersde cox dabwir uwaqlara qarwi tupurur tepik atr paltarlarn cekir ne qeder deyrem bele etme olmaz seni mellime ceza verer bawa salram qorxuduramda xeyri yoxdu mellimede valdeynlerde wikayet edrler ne edeceymi bilmirem özmü piss ana kimi görem her istediyn var gucumle zamanla elemiwem men uwaqla nece danwimki bunlari tergitsin sagolun..

Salam. Burada ailə münasibətlərində əlbir olub qaydaları birlikdə seçib tutarlı olmaq lazımdır. Təbii ki, ailədə fərqli qaydalar olduqda uşaqda davranış pozuntusu üzə çıxa bilir. Psixoloqla ailə görüşməsi də edə bilərsiniz.
Ayşən Rəfiyeva, Psixoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir