Kateqoriyalar
Ginekologiya

Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləliklər bütün hamiləliklərin 0,5-1,5 faizini təşkil edir. Bunlar da daha çox, 95 faiz boruda görülür. Ona görə də xalq arasında bu boru hamiləliyi kimi adlandırılır. Əslində sadəcə boruda yerləşmir, uşaqlıq daxilindən kənarda ən çox gördüyümüz yer borudur. Borudan sonra yumurtalıqda da izlənə bilər, uşaqlıq boynunda da izlənə bilər, qarın daxilində, abdominal dediyimiz hissədə də hamiləlik ola bilər, həm uşaqlıq daxilində, həm də uşaqlıq xaricində eyni zamanda hamiləlik görülə bilər. 

Buna görə də mütləq biz hamilə qalan qadınlar ilk dəfə evdə test etdilər və pozitiv olduğunu gördüyündə mütləq 5 həftədə də olsa, ilk müayinəsinə getmək lazımdır. İlkin ultrasəs müayinəsi ilə əgər uşaqlıq daxilində hamiləlik kisəsi izlənmirsə, mütləq Beta hCG dediyimiz hamiləlik hormonuna baxmaq lazımdır. Əgər hamiləlik hormonu vajinal baxdığımız zaman 1000-in, 1500-ün üstündədirsə, o zaman biz hamiləlik kisəsini görməliyik. Görmürüksə, o zaman biz xarici hamiləlikdən, ektopik hamiləlikdən şübhələnməliyik. 

Xüsusilə, biz birinci sidik testi ilə yoxlayırıq, sidik testində pozitiv olması üçün qandakı dəyərin 25-in üstündə olması lazımdır. Ancaq qandakı dəyər 5-in üstündə olduqda isə biz normal, adi qanda baxdığımızda hamiləliyin pozitiv olduğunu görə bilirik. 48 saat ara ilə mütləq Beta hCG testini təkrarlamaq lazımdır ki, əgər bizim uşaqlıqdan kənar hamiləlik şübhəmiz varsa, o zaman Beta hCG dediymiz hamiləlik hormonu normal artmır. Normal artması dediyimiz 48 saat içində ən az 2 qatına qatlanması lazımdır bu dəyərin. Dəyər normal şəkildə artırsa, o zaman bizim şübhələrimiz azalır və 1000-in, 1500-ün üstünü keçdiyimizdə biz mütləq vajinal ultrason zamanı hamiləlik kisəsini görməliyik. Görmürüksə, o zaman biz adneksləri, çanaqda, başqa bir yerdə kütlə varmı? Bunu araşdırmalıyıq. 

Uşaqlıqdan kənar hamiləliyin əlamətləri nələrdir?

3 əsas əlamət var. Bir, aybaşı gecikməsi var, ancaq hamiləlik kisəsi görünmür. İki, bu Beta hCG dəyərlərimiz normal şəkildə artmır və qadında bir şəkildə qanama başlayır, ləkələnmə olur. Üçüncü isə, ağrı, əgər ciddi bir ağrı varsa, biz o zaman artıq bu boru hamiləliyidirsə, boruda kisənin partlamasından, borunun partlamasından şübhələnirik və daxili qanaxma verə bilər, daha çox ağrılar bu yöndə olur. Mütləq şəkildə diaqnostika üçün həkimə müraciət etmək lazımdır. Hamiləlik kisəsi uşaqlıq daxilində görülməlidir. 

Kimlərdə boru hamiləliyi görülə bilər?

Əslində hər kəsdə boru hamiləliyi görülə bilər. Amma bəzi insanlarda, özəlliklə, daha çox görülür. 

Daha öncəsində hər hansı bir boru cərrahiyyəsi keçirmiş insanlar, xüsusilə, deyək ki, daha öncə borularını yoxlatdırıb, borunun birində genişləmə olub və bununla bağlı bir cərrahiyyə keçirib. Bu insanlarda boru hamiləliyi riski yüksəkdir və ya daha öncə qarın boşluğunda partlamış bir apandisitdən cərrahiyyə keçiribdir və ya kistdən cərrahiyyə keçiribdir. Bu insanlarda boruların keçiriciliyinin pozulma ehtimalı yüksəkdir və boru hamiləliyi riski də yüksəlmiş olur. 

Və ya cinsi yolla infeksion keçirmək, xüsusilə, xlamidiya infeksiyonu. 

Çanağın iltihabi xəstəliklərini keçirmiş insanlarda, hətta bir dəfə keçirdiyimizlə bir neçə dəfə keçirdiyimiz arasındakı risk faktoru daha da artmış olur. Çünki boruların bağlanma ehtimalı artır. 

Daha öncədən vərəm xəstəliyi keçirmiş, xüsusilə, genetal orqanların vərəmini keçirmiş insanlarda və ya daimi spiral istifadə edən insanlarda rast gəlmə ehtimalı artır və ya bu son zamanlarda artan süni mayalanma və ya aşılama, bunların hamısında nisbətən də olsa, boru hamiləliyi və ya uşaqlıqdan kənar hamiləlik riski artmışdır. 

Digər bir ən önəmli risk faktoru isə daha öncədən boru hamiləliyi keçirmiş xanımlardır. Bir dəfə boru hamiləliyi keçirmiş xanımların digər insanlara görə 30% artmış ehtimalı var, təkrardan boru hamiləliyi keçirməyə. Ancaq bunu heç bir şəkildə öngörmək mümkün deyil, qarşısını almaq mümkün deyil. Əlbəttə ki, daha öncədən seçilən müalicə üsulu da buna təsir etmiş olur. 

Xarici hamiləliyin müalicəsi necə aparılır?

Xarici hamiləliyə vaxtında diaqnoz qoyulubsa, müalicə edə bilirik. Xüsusilə də, dərman müalicəsi ilə. Bunun üçün artıq cərrahi bir müalicəyə son zamanlarda çox ehtiyac qalmır. Əgər vaxtında diaqnoz qoyulubsa ki, sizdə boru hamiləliyi və ya yumartalıq hamiləliyidir. Mütləq şəkildə, əgər Beta hCG dəyərləriniz 5000-in üzərində deyilsə və ya hamiləlik kisəsində uşağın ürək döyüntüsü görünmürsə, o zaman mütləq dərman müalicəsi sınamaq olar. Bunu tək doz və ya multi doz şəklində həkiminiz bunu sizlə danışaraq edə bilər və oradakı müalicənin gedişatına, əsasən ki, Beta hCG dəyəriniz nə qədər düşüb. 

Digər bir müalicə isə cərrahi müalicədir. Cərrahi müalicəni ancaq, əgər bir xəstənin hermodinamikası stabil deyilsə, yəni bunda qanama əlamətləri varsa, içqanama dediyimiz, qan təzyiqi düşüb, nəbzi yüksəlibsə, içəridə biz çox miqdarda qan görürüksə, artıq biz o borunun partladığını ehtimal edirik və ya xəstənin təcili cərrahiyyə gərəkdiyini düşünürük. 

Cərrahi üsulda da 2 növ var bizim üçün ya borunun tamamən çıxarılması, ya da salpinqostomiya dediyimiz, sadəcə boruda bir kəsik apararaq içərisinin təmizlənməsidir. Buna, əlbəttə ki, cərrahiyyə zamanı qərar verilir. Çünki əgər boru partlayıbsa və aktiv bir qanama varsa, o zaman borunu saxlamaq doğru bir qərar olmayacaqdır, xəstənin qanama riskindən dolayı. 

Yox əgər vaxtında diaqnoz qoyulub, ancaq dərman müalicəsinə cavab verməyəcək bir vəziyyətdədirsə, o zaman cərrahiyyə edilərək, xüsusilə, laparoskopik cərrahiyyədən biz bəhs edirik uşaqlıqdan kənar hamiləliklərdə. 

Salpinqostomiyada isə əgər dərman müalicəsinə ehtiyac yoxdur, dərman müalicəsi dönəmindən keçib, ancaq cərrahi olaraq da partlamıyıb. O zaman sadəcə kisə çıxarılaraq cərrahiyyəyə son verilə bilər.

Uzm. Dr. Günel Ziyadova, Cərrah mama-ginekoloq

38 replies on “Uşaqlıqdan kənar hamiləlik”

Salam hekim necesiz? Hekim men avqustun 27si xq verdim 1660.5 oldu. Sizcə mən neçə həftəlik hamileyrm? Birde həkim yungul qrip oldum. 37 qizdirmam oldu 1 2 defe asqirmaq falan ziyan etmez uşağa?? İndiden çox sağolun həkim.

Son adet 11 avqust 7 sentyabr adet gormusem normal sekilde adetin 10 cu gunu acix cehrayi rengde axinti geldi 12 ci gunu artiq qan ama adet kimi deyil 21 sent test musbet gosterdi 22 si xq analizi 3871 usaqliqdan hecne gorunmedi ama boru hamileliyi dende subhelenmedi doktor 24 yene xq verdim 1559 duwmuwdu 4 gun sonra 344 axrinci analiz 28 sentyabr olub ama helede qanama lekelenme terzinde olur gur adet kimi olmamisam sinemde hessaslix qalib bu boru hamielliyi ola bilermi yoxsa duwuk olub

Salam son adet dekabr üçü görmüşəm 23 beldə ağrılarım başladı hamiləlik simptomlarıda vardı bir on gün olarki simptomlar itdi sadəcə ürəy bulanma ürəy tələsmə birdə keçmiyən bel ağrısı. yanvarın 10 xq verdim nəticə 33,1çıxdı bu normaldımı?

Salam həkim.Mənim aybaşı uzanmalarım olur.ilk başlayanda az az qan gəlir.daha sonra çoxalır.sonrada gah azalır gah çoxalır və belə 1ay,1aydan çox qan gəlir mənnən.İndidə 1aydan çoxdu az qan gəlir.Hormon analizi verdim normal çıxdı,usm normal çıxıb.cüzi ağrılar olur bədınimdə.Nədən olar?

SALAM HEKIM MEN ESLINDE MENSTRUASIYAYA GORE 9 HEFTE HAMILE OLMALIYAM AMMA USM 6 HEFTE GOSTERIR.HEKIM DEYIR INKISAFDAN QALIB.MEN XQ ANALIZI VERDIM BIRINDE 6378 CIXDI 1 HEFTE SONRA YENIDEN VERDIM 11965 CIXDI.EGER INKISAFDAN QALSA IDI XQ YUKSELERDIIMI.AMMA UREK DOYUNTUSU HELE YOXDUR.

Salam. Əsas olan qandır, qanda çıxmırsa, hamiləlik deyildir.
Uzman Dr. Günel Ziyadova, Cərrah Mama-Ginekoloq

Salam men yanvarin 19 u xesdelenmiwem 22si sagalmiwam fevralin 6 si agir qaldirannan sonra qan gelib ve helede davam edir tund qehveyi gelir testler hamsi 2 xetdi qan analizine getdim ve usm girdim usmde sari cisim yoxdu qan analizi 9.1 cixib hekim deib nece gun kecsin yene analiz ver.sizce hamileliye wubhe var ?ya bele az muddetde analiz gosderr bilmez?

Salam.Men 24 qan alalizi verdim hamilelik cixdi.Bu gun getdim Uziye gostermedi.2 heftleik hamilelik gorsenmiye bilerr?cox narahatam

Salam həkim zəhmət olmasa cavab yazın çox xaiş edirəm uşaq durbalıqdan neçə günə mayalanıb uşaqlıqa düşür mən iyulun 6sda aybaşı görmüşəm bu ayda heçnə yoxdu testlər bulanlıq gösdərir qorxuram durbalıqda böyüyər nə edə bilərəm köməklik edin zəhmət olmasa

Salam mrn boru hamileliyi kecirmiwem sag boruda. Laparaskapiya oldum boru yerindedir indi sol terefden hamile qalmag isteyirrm yene boruda qalmag sansi yuksekdir mende?

Salam hekim menm son mens 6yanvar olub test solgun gosterdi hekim boru hamileliyine oxsatdi borubdeyiskenlik var dedi aybasi agrisi kimi agrim var indi usma getmeliyem agbasi olsam ehtyac var yene getmeye yoxsa ?

Salam,abort olunandan həmən sonra qan analizi hamiləlik göstərə bilərmi?məs ;test bir neçə gün hamiləlik göstərir

Salam 2aydi aileliyem.sonuncu aybasi 14 fevralda olub her 28gunden bir olur. Evvel sarimtil ifrazat gelirdi.4 gundu qanli ifrazat gelir. Bu normaldir?bu arada sari ifrazat olanda hekime muraciet etdim ilkin baxis zamani hersey qaydasindadi dedi.analiz goturdu 4 infeksiya cixdi xlamidiya mikoplazma ureaplasma gardnerrella

Salam hekim mən aybaşı vaxtımdan 4 gün keçdi test müsbət oldu.Sonra ayın yeddisi qan geldi yenidən test etdim ikinci xətt çox solğun idi.Usm getdim heçnə görünmədi aybaşı oldum səbəb nə ola bilər ?

Salam hekim mən ayın 27_28 aybaşı olmalı idim gecikmə oldu ayın 3 u test etdim iki xətt çıxdı.ayin 7 si məndən qan geldi yenidən test etdim bu dəfə ikinci xətt çox solğun idi.Usm getdim heçnə gorsenmedi . Aybaşı oldum ama ağrılar olmadı çox həmişəki kimi oldu bəzən laxta oldu.Sebeb ne ola bilər həkim?Düşükdu ?

Mende iki defe hamilelik olub.Xq artmiyib hec vaxt .testde iki xett cixib.uzide dol usagliga dusmuyub.Bu neden ola biler?

Salam.Men 24 qan alalizi verdim hamilelik cixdi.Bu gun getdim Uziye gostermedi.2 heftleik hamilelik gorsenmiye bilerr?cox narahatam

Salam,həkim.Deməli,28fevralda aybaşı oldu,artıq 6gün davam etdiyinə görə,həkimə getdim, xq verdim,100 çıxdı, boru hamiləliyindən şübhələndiyi, təkrar xq də 90 oldu,martın 14ü.həkim dedi,daha narahatlığa əsas yoxdur inkişaf edən hamiləlik yoxdu,şükür.Axıntı da 14 martda kəsildi.Martın 24də aybaşı başladı,amma 8gündür davam edir,normalda 5gün olur.2gün əvvəl də test etdim ,solğun da olsa,çıxdı.Boru hamiləliyindən sonra aybaşının davam etməsi normaldırmı?Səbəb nədir belə olmağına?gələn həftə həkimə gedəcəm inşallah. Belə olması normaldırmı?Əgər bədəndən təmizlənməmişdisə,martın 14 ü axıntı kəsilmişdi,axı.24dən aybaşı vaxtımda başladı,davam edir.Xahiş edirəm, dəyərli vaxtınızı ayırıb,cavab yazasınız.Çox sağ olun.

Salam.sonuncu aybasi 24fevral olub.2heftedir aybasi gecikib,test de neqativ gosterir,USM zamani matqada hec ne yox idi sag yumurtaliqda sari cisim gorunur dedi hekim,sinede hedsiz hessasliq var.HCG 47,8dir bu boru hamileliyi ola bilermi?

Salam,doktor.axrinci aybasim.03.03.2022.test edirəm 2 xətt çıxır .dünən USM getdim.olcu N sm.cixdi.usaqliq boşluğu D-0.4sm hamiləlik izlənilir yazılıb ama həftəsi yazılmayıb.normaldi??

Salam xanim men yanvar ayinda aile qurmusam. Fevraldaayin 5de aybasi olmusam. Martda ise 2de.aprel ayi 1den agrilarim basladi ama hec bir aybasi olmadi. Test etdim. Hecne gorunmedi. Heledeaybasi olmamisam. Agrimyoxdur ama urekbulanmam halsizligim bas gicellenmesi var. Buhamilelik ola biler? Testgostermeye biler hamilelim olsa?

Doktur men mart ayinin 16aybasi olmali idim 17si oldum aybasi qutranan sunra mende kopmeler medede qarnimda agirlig bas verdi aprel atinin 12aybasi 7gun oldum ancaq azaciq qan gelirdi sunrdan qarin agrilari bas verdi mende sunra dos vezilerim sisdi 2hefde kecnen sunra dosumden su halinda axintilar gelir boru hamileliyi ola bilermi ?

Salam. Menim sonuncu mensturasiyam fevralin 19u olub. Mart ve aprel ayinda olmadi.4 defe test etdim tek xett duwdu. Sizce hamilelik olarmi?

Salam.2mayda xestelenmeliydim.mayin 1i qəhvəyi leke rozivi rəngdə 1 2damci geldi qəhvəyi lekede dayandı xestelenmedim.bu hamilelikdi?

He indi dusdu
Hekim, boru hamileliyinde maksiumum xq neqeder olur? Mende 3593 cixmisdi 2 gun sonra borum partladi.progestron catismazligindan boruda qala bilermi?boru goturuldukden neqeder muddet sonra hamilelik mumkun?

Salam.
Yaşım 40. 08.03.22, 05.04.22, 02.05.22 aybaşı taroxlərim. 10,12,14,16 may əlaqədə olmuşam. 21.05.22 cüzi qəhvəyi selik gəldi. 2 damcı. Hamilə qalma ehtimalını var bu ay?

Salam mende iyunun 28i-iyulun 2i muddetinde menustrasiya dövru oldu. Iyulun 5i olunan testin neticesi ikinci xett bulanig şekilde pozitiv oldu. Iki gun sonra yene eyni şekilde pozitiv oldu. Sag terefde birterefli agri olur. Apandasit və yumurtaligda kist emeliyati keçirtmisem bir il evvel. Boru hamileliyi ola biler?

Salam.Menim sonuncu aybasim 14.06.20222 olub demek olarki 15nundu gecikir.Her ay normal 28 30 gunden bir aybasi oluram.Bu ay olmadi.Test yoxladim dusmedi.20gundurki 37 qizdirmada var.Boru hamileliyi ola bilermi?men cox emeliyyatlar olmusam.Boru hamileliyinde mutleq teste dusur??

Salam men 26si xesdelenmeliydim ama olmadı test pozitv cixdi ama qarnmda ağrılar var uzide hecne gorsenmedi ama qanda xq 4808cixdi hekim deyir normaldi bes uzi now gorsedmirdi?

salam hekim kecen ay mensturasiyam gecikdi test yoxladim 2 xet cixdi xetler olduqca normal idi hamilelikden xeber verirdi ama dunen birde yoxladim 2ci xett solgun rengde idi bunun sebebi nedir sizce ??usaqliqdan kenar hamilelikdirmi ..??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir