Kateqoriyalar
Ginekologiya

Menopauza

Menopauza insan həyatında fizioloji dövrdür. Sadəcə həyatımızın başqa bir dövrün bitdiyini, başqa bir dövrün başladığını göstərir. 

Ümumiyyətlə, menopoz deyə bilməyimiz üçün ən az 1 il, 12 ay heç aybaşı qanaması görməməlidir qadın. 1 il heç görmədiyinidə biz o zaman deyirik ki, bu qadın menopauza  girmişdir. 

Əlbəttə ki, burada yaş faktoru önəmlidir, genetik faktorlar önəmlidir. Bütün dünyada ortalama  menopauza  yaşı 47-48 yaşdır. Hətta, mən Azərbaycanda görürəm ki, bu yaş daha yüksəkdir, yəni 50-nin üstündə də gördüyüm qədəri ilə, amma incəlikləri ilə bir çalışması varmı bundan əmin deyiləm. 

Bir də premenopauza  dediyimiz dövr var. Bu menopauzadan əvvəlki dövrü – 2 və ya 3 ili əhatə edir. Burada artıq bəzi şikayətlərin başladığı, aybaşının ya nisbətən, tamamən azalmağa başladığı, ya da bəzi qadınlarda polimenoreya dediyimiz aybaşının normaldan artıq olmağa başladığı bir dönəmdir. Burada eyni zamanda qadınların nisbətən ruh halında bir dəyişiklik, bir az əsəbi olma, günün bəzi saatlarında, xüsusilə, axşama doğru ani istilik basmalar olur. 

Sonra bir tərləmə duyğusu olur, sonra isə “buz kəsirəm” deyir xəstələrimiz daha çox. Bunlar sizin bədənizdə hər hansı bir hormon dəyişikliyinin başladığını göstərir. Ancaq dediyimiz kimi bu  fizioloji dövrdür. Hər qadın bunu yaşayacaqdır. Bu bizim əslində olması gərəkən bir şeydir. Bunun olmaması bizim üçün anormaldır və gələcəkdə çox qanamanızın olması sizi əllilərin üstündə bir yaşda, xüsusilə, belə şikayətlə gələn xanımlarımız olur. 

“Mən qız vaxtı necə olurdumsa, elə də aybaşı görürəm” deyirsə bunlar patoloji şikayətlərdir, bunların altında uşaqlığın hər hansı bədxassəli xəstəlikləri dura bilər. Buna görə diqqətli olmaq lazımdır. Artıq 45-in üstündəki xanımlarda aybaşı azalmasını biz normal olaraq qəbul edəcəyik. 

Digər şikayətlər  premenopauza dövründə, xüsusilə, vaginal bölgədə olan quruluqdan, əlaqə zamanı olan ağrı hiss edilməsindən bəhs edə bilərlər və ya dərisinin daha quru olduğundan, saç tökülməsi kimi şikayətlər ola bilər. Bunlar hamısı fiziolojik dövrdür. 

Erkən menopauza

Bəs biz kimdə bu dövrü anormal dəyərləndirə bilərik? 

40 yaşın altındakı bir qadın aybaşısının artıq 5-6 ayda bir, 7-8 ayda bir olduğunu, tamamən seyrəldiyini söyləyirsə və sadaladığımız digər şikayətlərin istilik basmanın və digər şikayətlərin olduğunun söyləyirsə, o zaman burada araşdırmaq lazımdır. 40 yaşın altında aybaşısı kəsilən qadınlara biz erkən menopauza deyirik. 

Erkən menopauzanın isə bəzi səbəbləri də vardır, xüsusilə, keçirən cərrahilər, yumurtalıqla bağlı keçirilən cərrahilər vacibdir və ya genetik faktorlar çox-çox vacibdir. Xüsusilə, ailəsində anasında, xalasında, bacısında erkən menopauza hekayəsi olan bir qadın mütləq daha erkən yaşlarda bir ginekoloqa müraciət edib onda erkən menopauza şansı varmı və ya riski varmı bunu araşdırmaq lazımdır. Ancaq bunlar əvvəlcədən müəyyən edilə bilir. 

Anti Müllerian hormonu dediyimiz bir hormon var. Bizim həyatımız boyunca nə qədər yumurta rezervimiz var bunu göstərən bir testdir. Sadəcə bir qan testi verməklə sizin bundan sonra nə qədər yumurta rezerviniz qalıb, erkən menopauza riskiniz varmı buna baxdıra bilərsiniz. Bu çox rahat və sadə bir testdir və gerisini yəni necə daha qarşısını ala bilərsiniz bunu müəyyənləşdirmək olar. 

Daha çox gələn suallardan biri “Mən necə edim ki, mənim aybaşım tez kəsilməsin və uzun müddət mən aybaşı görüm?” 

Əgər bir qadın 40 yaşın altındadırsa, biz ona mütləq şəkildə hormon müalicəsi dediyimiz, müalicələrə başlayırıq ki, yəni o erkən menopauza girməsin. 

Çünki erkən menopauza girdiyimizdə həm dediyimiz kimi dərimizdə, saçımızda, bədənimizdə dəyişiklik əmələ gəlir. Digər bir tərəfdən qadınlarda ürək-damar sistemi xəstəlikləri artmağa başlayır, digər bir yandan isə sümük və oynaq sistemində sümük əriməsi başladığı üçün problemlər erkən görülməyə başlayır. 

Bunlar olmasın deyə biz 40 yaşın altındakı qadınlara mütləq müalicə edirik. Hətta 45-ə yaşa qədər də bu müalicəni artıra bilirik, əgər hər hansı bir əks göstəriş yoxdursa. Yox əgər bir qadın 47-48 yaşında və ya 50-li yaşlardadırsa, “aybaşım kəsilməsin deyə dərman içim” düşünürsə, bu isə tamamən yanlışdır. Bu dəfə alacağı müalicələrin digər orqanlara zərəri vardır. Onun üçün 47 yaşın üstündəki bir qadına aybaşı kəsilməməsi üçün müalicə etmək doğru sayılmır. 

Birdə digər bir sual, “Bu istilik basma şikayətlərini azaltmaq üçün nə edə bilərəm?’

Əslində dediyimiz kimi bu bir fizioloji dövrdür, xüsusilə, istilik basma şikayəti aybaşı kəsilməsindən 2 il əvvəl başlayıb, hətta aybaşı kəsildidən 5-6 il sonrasına qədər davam edə bilər. Bunların ən yaxşı, ən normal müalicəsi əlbəttə ki, hormon verməkdir, amma dediyimiz kimi bunu hər yaşda biz bunu verə bilmirik. 

Verə bilmədiyimiz yaşlarda isə fitoestorgen dediyimiz bəzi, bitki tərkibli preparatlar və bəzi dərman tərkibli preparatlar var ki, bunları verməklə biz nisbətən istilik basmalarını və o həyəcan halını, çox tərbasmanı və xüsusilə, əsəbilik halını nisbətən ortadan qaldırmaq olar. 

Bir də bəzən qadınlar arasında yanlış bir fikir var ki, “Menopauzaya girdikdən sonra artıq ginekoloqa getməyə ehtiyac yoxdur”. Bu isə tamamən yanlışdır. Xüsusilə, qadınlarda görülən onkoloji xəstəliklərin əksəriyyəti irəli yaşlarda görülən bir xəstəlikdir. Buna görə hər qadın, ümumiyyətlə hər yaşdakı bir qadının illik bir dəfə ginekoloq müayinəsindən keçməsi məsləhətdir. Xüsusilə, 21 yaşdan 65 yaşa qədər Pap Smear dediyimiz bir test var ki, uşaqlıq boynundakı dəyişikliyi aşkarlayır. O testdən mütəmadi olaraq 3 ildən bir təkrarlanaraq 65 yaşa qədər davam etməsi lazımdır və menopauzada olan qadınlar, xüsusilə, 40 yaşının üstündəki hər qadına 2 ildə bir mamoqrafiya dediyimiz süd vəzilərində hər hansı bir dəyişikliklər varmı, onları aşkarlamak üçün testlər etmək, bir də deyək ki, 50 yaşın üstündə, 60 yaşın üstündəki qadınlarda isə sümük əriməsi başladığı üçün sümük densitometriyası dediyimiz bir test var ki, 2 ildə bir mütləq sümüklərdə nə qədər ərimə var, nə qədər kalsium dəstəyi, nə qədər D vitamin dəstəyinə ehtiyac var, bunu müəyyənləşdirmək lazımdır. Mütləq illik müayinələrinizdən, ginekoloji kontrollarından keçin, özünüzə yaxşı baxın.

Uzm. Dr. Günel Ziyadova, Cərrah mama-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir