İnsan orqanizmində bəzi viruslara qarşı, eləcə də COVID-19 virusuna qarşı daha çox 2 tip anticism əmələ gəlir. Bunlar İmmunoqlobulin G və İmmunoqlobulin M anticisimləridir.
İmmunoqlobulin M anticismi qoruyucu deyildir. Xəstəliyin daha çox 7-10-cu günündən sonra qanda pozitivləşməyə başlayır.
İmmunoqlobulin G anticismi isə xəstəliyin daha çox 14-cü günündən sonra qanda pozitivləşməyə başlayır və biz bunu qoruyucu anticism adlandırırıq.
Yəni İmmunoqlobulin M anticismi daha çox aktiv fazada aşkarlanır, İmmunoqlobulin G isə xəstəliyin artıq keçirildiyini göstərir.
Beləliklə, COVID-19 virusuna yoluxub sağalan şəxslərdə, həmçinin peyvənd olunduqdan sonra qanda SARS-Cov-2 İmmunoqlobulin G anticismlərin təyini aparıla bilir, pozitiv olur.
Yəni COVID-19 virusuna qarşı peyvənd olunduqdan sonra qanda SARS-Cov-2 İmmunoqlobulin G anticismlərin təyini aparılmalıdır.
Bu testi vermədən öncə ön hazırlıq tələb olunmur. Günün istənilən vaxtı verilə bilər, aclıq tələb olunmur.
Peyvəndin ikinci dozası vurulduqdan sonra, 14 gün keçdikdən sonra, SARS-Cov-2 İmmunoqlobulin G anticismlərin təyini aparıla bilər.
Dr. Dilarə Ələkbərli, Klinik biologiya mütəxəssisi
37 replies on “COVID-19 peyvəndindən sonra immunitet qazanılması necə yoxlanılır?”
Salam GOOGLDA vaksindən qabaq immunitet yoxlanılması axtradım .İlkin olaraq sizin klinikanı secdim!
Məndə dekabr ayının 20 də İGM və İGG pizotov cıxdı, bekə cıxır ki ikinci dəfə yoluxdum, birinci dəfə avqust ayında ancaq istilik, ikincidə isə öskürək və yenə də temperatur 37.5 dək oldu ayrı fəsadlar olmadı! İsraildən mənə dostlarım dedilər ki İsraildə bir dəfə tutana da vaksin vurmağa başlayıblar, amma ikisi yox tək bir vaksin! Mən də vurdurmaq fikrindəyəm artıq xestelendiyimdən 3 ay kecib! Ancaq vurdurmamışdan qabaq bədənimin COVİD 19 qarşı müqavimətini , immunitetimi necə yoxlaya bilərəm? İGG faiziylə və yaxud necə? Əvvəlcədən təşəkkürlər!
,,
Peyvənd öncəsi IgG titrinə baxmaq məsləhətdi. Covid-19 a təkrar yoluxma mümkün olduğu üçün IgG səviyyələrinin dəyişkən olması anlaşılandır. IgG səviyyəsi yüksək şəxslərə peyvənd olunmağı məsləhət görmürük. Peyvəndin məqsədi elə yüksək IgG titrləri yaratmaq üçündür. Hər bir halda IgG baxmadan birbaşa peyvənd olunmaginizin hər hansi bir təhlükəsi yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist
Necə və harada yoxlada bilərik onu?
Salam. Bizim klinikamıza müraciət edə bilərsiniz.
analiz qiymətlərini qeyd edərdiz zəhmət olmasa
Salam. HB Güven klinikasına zəng edərək daha ətraflı məlumat ala bilərsiniz.
Tel : (012) 959
Salam meni 14 gundu birci dozan vurdurdum amma bir yaxin isanan qan lazimdi ona qan verdim ve iki doza 7 gun sonra vurdrmaliyam olar ya yox
Salam. Bəli, ikinci dozanı vura bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam.oyrenmek istiyerdim ki Men aprelin 3de analiz verdim pozitiv cavabi mla 2 hefte mualice olundum ve sonra da prta agir veziyyetde 3 hefte xestexans şeraitinde nazal oksigenle mualice olunaraq neqativ cavabla aprelin 30-da xestexanadan cixdim. Indi hal hazirda 3 gundur ki bogazimda qiciqlanma qasinma var ondan
1-2 qabaq ses tutulmasi yundul olmusdu.Amma qozdirma bu nece good nde 36.5-36.4 olur. Cemi 1 defe hec yarim saat olmafi ki 37.0; oldu. Fusfu. Amma bir soz de deyim coxlu terliyirem. Hal hazirda burnum da acilib b qrip kimi. Qebul etdiyim
Erqoferon
Qeksasprey
Roybox+nimesil bir defe dunen qebul etdim.
Bu dermanlari da dunenden qebul etdim. Sizden sprusmaq istiyirem men ne analizi verim ve ya ikinci defe yoluxa bilerem? Sabah 4 ay olur ku xestexanadan ciisam
Salam. Bəli yoluxma mümkündür. Antitel yüksəkdirsə daha yüngül ötürəcəksiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam, nece ola biler ki, peyvend vurulur amma immun analizinden sonra antitela gostermir???
Salam. Peyvənd 70 faiz pasiyentdə immunitet yaradir. Qalan 30 faizdə antitellər yüksəlmir (Yəni peyvənd uğursuz sayılır).
Dr. Nəsib Həsənli, İnfeksionist
Mən aprel ayında vaksin vurdurmuşam,avqusta kovidə yoluxmuşam,amma kovid testi verməmişəm.İndi İgG testim pozitiv çıxıb.İgG referansdan nə qədər yüksək olmalıdır ki,yenidən vaksin vurdurmayasan.Bu testin nəticəsini kimə təqdim etmək lazımdır?İşdən yenidən vaksin tələb edirlər,nə edəcəyimi bilmirəm.
Salam. Vaksin üçün müəyyən olunan IgG səviyyəsi yoxdur. Analiz cavabı ilə sahə poliklinikasına müraciət edə bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist
Mende 9,06 cixib Mene olar vaksin vurdurmag?
Salam. Referans aralıqdan nə qədər yüksək olması əsasdır. IgG səviyyəsi yüksək olan şəxslərdə peyvənd əks göstəriş deyil.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam mən kovid keçirmişəm neçə ay sonra peyvənd oluna bilərəm
Salam. Xəstəlikdən 4 həftə sonra peyvənd oluna bilərsiniz. PZR ilə təsdiqlənmis covid olmusunuzsa 6 aylıq vaksin kartı avtomatik olaraq sizə verilir.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam men 15 gün olar xestelenmisem ama test vermemisem bilmirem covidem ya yox, ama butun elemaetler vardi evdede covid xestesi var. İndide menden peyvend senedi istiyirler men peyvend vurdura bilerem ya yox.
Salam. Bəli peyvənd oluna bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist
Mende 43du mene vaksin olar?
Salam. Men kecen il noyabrin axiri kovid oldum, 10-15% buzku suse. Yanvar ayinda lgG 10, sentyabrda 147 gosterdi. Bu o demekdir ki antitel yaranib? Vaksin vurmaq lazimdi? Onsuz da lgG 147, yeni coxdu
Salam. Hal hazırda yüksəkdirsə vaksin ehtiyacı yoxdur. Lakin yüksək antitel səviyyəsi peyvənd üçün əks göstəriş deyil.
Dr. Nəsib Həsənli, İnfeksionist
Mende 3 cu peyvendden sonra lg G 13947 oldu. Sizce bu normal sayila bilermi?
Salam. Bəli normaldır.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam meni 14 gundu birci dozan vurdurdum amma bir yaxin isanan qan lazimdi ona qan verdim ve iki doza 7 gun sonra vurdrmaliyam olar ya yox
Salam. Bəli, ikinci dozanı vura bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam. Mən bir ay bundan qabaq Covid-19 un əlamətlərini hiss etdim. Iy bilmə dad bilmə olmadı. Qızdırma oldu. Məndən yaxma götürüldü. Lakin həmin vaxt deyil. Hardasa üstündən bir həftə keçmişdi. Qızdırma falan yoxuydu. lakin iybilmə dadbilmə də yoxuydu. Məndə testin cavabı. Neqativ çıxdı. Indi üzərindən bir ay keçib. Mən vaksin vurdurmaq istəmirəm. Bilmək istəyirəm ki mən covide yoluxmuşam təzəlikcə ya yox. Bunun üçün hansı testi verməliyəm? IgM yoxsa IgG?
Salam. Yoluxmadan iki həftə sonra IgM, 4 həftə sonra IgG analizi verməyiniz məsləhətdir.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam. Antiteli yoxlamisam. ImgG 756 cixib. Imunitet sertfikati nece ala bilerem?
Salam. Analiz cavabınızla sahə poliklinikasına yaxınlaşın.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam.Men Covid olmamisam hem de seker xestesiyem.5 ay bundan once Ig E 325 olduguna gore vaksin vurmadilar ve poliklinikadan cixaris verdiler.Amma indi deyirler ki,vaksin vumaq lazimdir.Men vaksin vurdurmaliyam?Zehmet olmasa meslehet vererdiz.
Salam. Allerqoloqla məsləhətləşməyiniz lazımdır.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam.Men seker xestesiyem ve covide yoluxmamisam.Fevral ayinda poliklinikaya miraciet etdim.Ig E yoxlatdirdi terapevt Ig E 325 oldu ve vaksin vurmadilar.Indi ise deyirler vaksin vurdurmaliyam.Zehmet olmasa meslehet vererdiz
Salam. Allerqoloqla məsləhətləşməyiniz lazımdır.
Dr. Nəsib Həsənli, İnfeksionist
Salam atam 1ay qabaq covid olmusdu amma test etdirmeyib.butun elametlerde vardi.Indi peyvend vurdira biler?yeni xestelenmeyinin ustunden 6ay kecmeyib peyvend vurdursa ziyani ola biler???
Salam. Yaxma cavabınız yoxdursa, sağaldıqdan 2 həftə sonra peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist