Kateqoriyalar
İnfeksion xəstəliklər şöbəsi

COVID19 Peyvəndi

Biz niyə Çin istehsalı peyvənd alırıq?

Peyvəndlərin saxlama şəraiti

Azərbaycan COVID19-a qarşı Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq edir.

“Sinovac”ın saxlama şəraiti standartdır. Soyuducu istiliyində: 2-8°C arası temperaturda olmalıdır. Ona görə də poliklinikaların soyuducu varsa orada, ya da xüsusi qabda saxlanıla bilər. Onsuz da hamı bu qablardan alır. O qabların içində buz qoyulur, yəni soyudur. 

Digər peyvəndlərin saxlanma temperaturu -60°C, -20°C-dir. Ona görə əgər biz bu peyvəndləri almış olsaq belə, onları harada saxlayacaqdıq? Böyük şəhərlərdə böyük xəstəxanalarda bu şərtləri yerinə yetirmək mümkün olardı bəlkə, amma uzaq yerlərdə, rayonlar, kəndlərdə necə? 

Peyvəndlərin istehsalı

Sinovac – bizim aldığımız peyvənd, standart üsulla alınır. Virusu əvvəl artırıb onları öldürürlər. Peyvənd onların hissələrindən hazırlanır. 

Amma o birilər, Avropadan olanlar, amma virusun mRNT-ni əvvəl hazırlayırlar. Həmən mRNT-nin üstündə sintez olunur o virusun hissələri. Ona görə saxlanması çətindir.

“Sinovac”ın istehsalı standart üsul olduğu üçün istehsalı həddən artıq asandır. Yəni onu qısa müddətdə hər ölkə üçün, istənilən sayda hazır etmək olur.

Oksford peyvəndi ilə Amerikanın istehsal etdiyi peyvəndin həm istehsal müddəti uzundur, istehsalı xüsusi şəraitdə olur, həm də öz ölkələri üçün əvvəldən sifarişlər alınıb… Ona görə də, Avropa, Amerika öz əhalisini peyvəndlə təmin etməmiş ayrı ölkələrə peyvənd verməyəcəklər.

Oksford peyvəndini məsələn, almaq istədik… Ən tez Aprel ayına ala bilərik. Amma “Sinovac”ın istehsalı rahatdır, ölkənin istehsal imkanı yüksəkdir, ona görə daha əvvəldən alma imkanımız olur. Yoxsa biz də ki Aprel ayında alacaqdıq.

Peyvəndi kimlərə vurmaq olar?

Peyvəndlər, ümumiyyətlə ikiyə ayrılır: ölü və canlı peyvəndlər.

Ölü peyvəndləri ölü olduğu üçün vurulan adamda hər hansısa bir xəstəlik yaratma imkanı yoxdur. Belə olduğu üçün hamıya vurmaq olar: onkoloji xəstəyə də vurmaq olar, “immunsupresiv”lərə də vurmaq olar, hamilələrə də vurmaq olar, yəni hamı üçündür bu.

Peyvəndi vurandan sonra xəstələnmə ehtimalımız yoxdur, ümumiyyətlə. Çünki o peyvəndin içində virusun özü yox, bir hissəsi var sadəcə, bir zülalı var. Onun əleyhinə orqanizm immunitet yarada bilir. 

Məsələn, qrip, Influenza – o da ölü peyvənddir. HN zülallarına uyğun olaraq hər il əvvəldən olan bir ehtimal üstünə hazırlanır bunlar. 

Məsələn, onkoloji xəstədir, və ya immunsupresiv xəstədir, ya da revmatizması var… Həmin şəxslərdə uzun müddət hormonal iynələr istifadə edildiyi üçün immunitet aşağıdır… O şəxslərdə də istifadə etmək olar.

COVID19 peyvəndi ilk olaraq kimlərə vurulmalıdır?

Birinci həkim və səhiyyə işçilərinə peyvənd olunacaq, ki, hal-hazırda tətbiq olunur.

İkinci olaraq 60 yaşın üstündə olub əlavə xəstəlikləri olanlara ki, əgər bu şəxslərə infeksiya yoluxarsa, xüsusilə, ağır keçirmə ehtimalı var. Hətta ölmə ehtimalları da yüksəkdir.

Daha sonra isə mərhələli şəkildə öncə 60, sonra 50 yaş, daha sonra 40-30 yaş, beləliklə uşaqlara qədər hər kəs peyvənd olunacaq.

Bizim bildiyimiz əvvəlcədən hazırlanan sxem belədir.

COVID19 keçirmiş insanlar peyvənd olunmalıdırlarmı?

Azərbaycanda indi hal-hazırda bizim Səhiyyə nazirliyinin verdiyi təlimatla son 6 ay ərzində xəstə olmuş insanlar 6 ay ərzində peyvənd olunmayacaqlar. Yəni onlar üçün ən az 6 ay ara gözləyəcəyik.

Əlavə olaraq özünü xəstə olmuş hesab eləyən şəxslər üçün istəyə bağlı olaraq immunoqlobulinləri ölçülə bilər analizlə. İmmunoqlobulini yüksəkdirsə, həmin şəxslər immunitet qazanmış hesab olunur. İmmunitet olmuş hesab olunduğu üçün əlavə olaraq yeni peyvənd olunmaqlarına da ehtiyac yoxdur.

Niyə?

Çünki bizim peyvənd eləməyimizin səbəbi həmin immunoqlobulini yüksəltməkdir onsuz da. Yəni bu göstərici yüksəkdirsə, bir də peyvənd eləməyə ehtiyac yoxdur.

Peyvəddən öncə immunoqlobulin test verilməlidirmi?

Ümumiyyətlə, immunoqlobulinlərin analizi etməmiş peyvənd eləsək, nə olar? Məsələn, tutaq ki, immunoqlobulin onsuz da yüksəkdir, amma baxmadıq ona və peyvəndi vurdurduq. 

Bunun hər hansı əlavə bir effekti olmayacaq həmin şəxslər üçün. Yəni sadəcə olaraq mövcud olan həmin immunoqlobulinlərini yüksəldəcək.

Peyvəndə qarşı allergiya mümkündürmü?

Allergiyası olan xəstələr peyvənd eləsinmi?

Bu peyvəndin əlavə allergik effekti ola bilərmi?

Bu peyvəndin də allergiya ehtimalları bizim vurdurduğumuz standart vaksinlərlə harada isə eynidir, əlavə bir təsiri olmayacaq. 

– “İçərisində alüminium var!?” 

O birilərinin də içərisində var alüminium. Həddən artıq az miqdardadır. Ona görə də 

– “Alüminium var. Mən bunu vurdursam alüminium mənə ziyanlılıq edərmi?” 

Eləməz.

Peyvənd sonrası xəstəliyin ilkin əlamətlərindən olan: halsızlıq, əzələ ağrısı ola bilər. 

Amma temperaturun yüksəlməsidir, öskürəkdir, ağciyərdə bir infiltrasiyanın olmasıdır… Belə effektlər olmayacaq. 

Hətta peyvənd olunnlrın bəzilərində heç bir əlamət, heç halsızlıq, əzələ ağrısı kimi əlamətlər də olmur.

Dr. Nəsib Həsənli, İnfeksionist

257 replies on “COVID19 Peyvəndi”

Salam. Bəli mütləq 28 gün tamamında vurulmalıdır.
Dr.Nəsib Həsənli, infeksionist

salam mənim antibiotike qarşı allerqiyam var peyvend vurdura bilerem yoxsa əks təsir edəcək

Salam. Covid vaksininin allergiya vermə ehtimalı var. Bunun üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Sinovac peyvəndi vurulduqdan sonra nə qədər vaxt qoruyur? Hansı müddətdən sonra iz gücünü itirir?

Salam. Sinovac vaksini hər iki doza da vurulduqdan sonra immunitetin miqdarına uyğun yəni antitel nə miqdarda yüksəlibsə o qədər uzun müddət immunitet yaradır. Bu təqribən 3-6 ay arası dəyişir. Faz 3 çalışması sonrasında statistik olaraq immunitet yaratması 51 %-dir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Mən 11 ildir ekzema xəstəsiyəm və ayda 1 dəfə hormonal iynə vururam . Peyvənd vurdura bilərəmmi?

Salam. Xəstəlik aktiv mərhələdə deyilsə, bəli, peyvənd oluna bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Tiroiditin aktiv olub olmamasına bağlıdır. Remisiya fazasındadırsa peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Peyvənd olunduqdan sonra əgər alergiya baş verərsə böyük bir problem ola bilər?. Mən bugün vurmuşam, üzüm falan qaşınır

Salam. Allergiyanın səviyyəsindən asılı olaraq dəyişə bilər. Sadəcə qaşıntı və ya daha ağır şikayətlər ola bilər. Şikayətləriniz davam edərsə allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.
Bəli, vaksin oluna bilərsiniz.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.Yoldaşım 1 ci dozanı vurdurub(mən isə yox).Eşitdiyimə görə vaksin vurduranlar 6ay müdəttində hamiləlik planlıya bilməzlər.(yəni mən bunu bu gün öyrənmişəm)Əgər ki hamiləlik baş tutubsa, nə etmək lazımdı?
Fəsadı var mi?
Uşaq qüsurlu doğulacaqvə yaxşı da əks təsiri nədi ?

Salam. 6 ay yox sadəcə iki ay gözləmək lazımdır və hamiləliyin ilk 3 ayında peyvənd olunması məsləhət görülmür. Yeni olduğu üçün uşağa hər hansı bir təsiri haqda məlumat yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.Men birinci vaksini vurdurmusam.sonra bilmeşimki hamieyem. Ona göre ikinci vurulmadı.Usaga nese təsir edə bilər 1co vaksin.?

Salam. Hamiləlikdən 2 ay əvvəl və hamiləliyin ilk 3 ayı peyvənd olunmağınız məsləhət deyil. Yeni olduğu üçün uşağa hər hansı bir təsiri haqda məlumat yoxdur.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Bəli, peyvənd oluna bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Men peyvend vurdurmaq ucun getdim. Allergiyam yuksekdi. Bronxial astmadan eziyyet cekirem. Ig E 100den asagi olmalidi. Mende 450dir. Mene peyvend olmaz dediler. Ama bunu is yerimde qebul etmirler. Mene peyvend olar ya olmaz?

Salam. Həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir. Onun məsləhəti ilə peyvənd olunub olunmamağınıza qərar verilə bilər.
Dr.Nəsib Həsənli, infeksionist

Salam man peyvend vurdurmusam pfayzer uje 8 gundur burduran kimi iynenin yeri qizarib biraz sismisdi 2 gun sonra kecdi .indi mande isti basmalat usitmalar va bas agrilari olur 8 gun kecib pryvendden bunlar pryvendle bagli ola bilarmi? Cox sag olun

Salam. Peyvənd olunan yerdə infeksiya və ya abses var isə bu şikayətlər ola bilər.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Ancaq Kanadada yaşayan yaxınlarım may ayında 1-ci doza pfizer vurdurublar, 2-ci doza avqust ayında vurulacaq. Mənə də maraqlıdır niye 3 aydan sonra, 28 ğün yox.?

Salam.
Pfizer üçün iki doz 3-4 həftə ara ilə vurulur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam Birinci vaksinlə ikinci vaksin arasənda nə fərq var ?yoxsa iksidə eyni dozadı?

Salam. Hər ikisi də eyni dozadir. Daha yüksək immunitet yaratmaq üçün iki doza vurulur.
Dr. Nəsin Həsənli, infeksionist

Padruqam Peyvəndin ikisini də vurdurduqdan sonra hamilə olduğunu bilib. 2 aylıq hamilədir indi. Hamı deyir ki, uşaq xəstə doğulacaq. Nə dərəcədə doğrudu bu fikir?

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan usaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin ilk 3 ayı və hamiləlikdən 2 ay əvvəl peyvənd olunmamağınız məsləhətdir.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam mən birinci peyvəndi vurdurdum,ikinci peyvəndi vurduranda bilməmişəm hamilə imisen peyvəndin körpəyə ziyanı yoxdur?

Salam. Hamiləliyin ilk 3 ayında peyvənd olunması məsləhət görülmür. Amma yeni olduğu üçün uşağa hər hansı bir təsiri haqda heç bir məlumat yoxdur. Ginekoloq kontrolunda izləyə bilərsiniz.
Dr. Nəsin Həsənli, infeksionist

Salam. Sonuncu peyvənddən 2 ay sonra.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Epilepsiyanı təqib edən həkiminizlə məsləhətləşməyiniz lazımdır.
Dr. Nəsib Həsənli, İnfeksionist

Səhiyyə Nazirliyi bildirir ki sxi müəyyən səbədən vurdura bilməyən insanlar 56 gun muddətində vurdura bilər?

Salam. Bəli vurdurmalısınız. Vaksin allergiyası olmayan hər kəs üçün uyğundur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.mən 1-ci peyvəndi vurdurandan sonra hamilə qaldigimi oyrəndim. Yəni bilmədən vurdurmuşam belə desək. Usagi saxlamaq istiyirəm. Gələcəkdə nə kimi fəsadi ola bilər?

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan usaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin 3-cü ayından əvvəl peyvənd olunmamağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Xəstəliyin aktiv fazası deyilsə peyvənd oluna bilərsiz. Revmatoloqunuzla məsləhətləşin.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Laktasiya dövründə peyvəndin istifadəsinə hər hansı əks göstəriş yoxdur. Peyvənd oluna bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Mənim çiyələyə qarşı allergiyam var.məndən vaksin vurdurmağı tələb edə bilərlər?

Salam. Peyvəndin vurulub vurulmaması üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam sud veren ana vaksin vurdurmalidirmi ?
Usaq sudu icse ona eka tesir vere biler ?🥺xais edirem cvblandirin

Salam. Laktasiya dövründə peyvəndin istifadəsinə hər hansı əks göstəriş yoxdur. Peyvənd olunmağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Xeyr birinci dozu mütləq olunmalısınız.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Xeyr. Birinci dozadan sonra 55 gün ərzində ikinci doza vaksin peyvənd oluna bilərsiz
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam men 4 ay evvel covid tutmusham.indi ise boqazim cirk eliyib yeni ag pendir kimi iltihab var qiciqlanir boqazim.yungulvari oskururem.goresen yeniden covid ola bilerem?

Salam Coviddə bogaz ağ ərpli olmur. Bakterial infeksiya olma ehtimalı yüksəkdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam men iki heftelik hamile oldugum halda 1 ci doza vaksin vurdurmusam. Bilmek isteyirem ki usagin saglamligi ucun problem yarana biler?

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan uşaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin 3-cü ayından qabaq peyvənd olunmamagınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam siz həkimə getdiz?mendedə eyni sizin kimi haldayam bilmirem ne edim ,menDe hamile imişem ikinci dozanı vurdurdum ,xəbərim olmadan

Salam.vaksin mutleg sol qola vurdurmag lazimdir ?ve eger birinci saga vurulubsa ikincide mutleg saga vurulmalidi ?

Salam. Hansı qola vurulması fərq etməz.
Dr. Nəsib Həsənli, İnfeksionist

salam .Xanim siz doctora getdiniz ne dedi uwagi saxlamaq olarmi?menim yaxinim 1ci doza vurdurub hamile qalib.indi narahatam uwaq saglamdi he yox

9 apreldə 2- çi peyvəndi vurdurmali idim,qrip oldum qaldı,sonra vurdurmaq olar ,yeni sağalandan?

Mende qrip halda vurdurdum bunun ziyani varmi..Qripe yoluxmusdum amma covid-19 olduqumu dusunmurem normal qirip halda vaksin vurdurmaq olar?

Salam. Bəli qrip olan şəxslər covid peyvəndi oluna bilər. Hər hansı əks göstəriş yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Hepatit B üçün hepatit aktivdirmi və ya daşıyıcımısını ona görə qərar verilə bilər.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam.
Birinci vaksindən nə qədər zaman keçdiyinə bağlıdır. Ancaq bunun üçün dəqiq zaman intervalı hal hazırda müəyyən edilməyib.
Dr.Nəsib Həsənli, infeksionist

Sqalam.
Epilepsiyanı təqib edən həkimlə məsləhətləşməniz lazımdır
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam men 1 ci dozani vurdurduqdan sonra basimda guclu agri yarandi,urek bulantisi,yuxusuzluq oldu .2 gun sonra kecdi 2 ci dozani vurdurduqda bu narahatciliqlar yene olacaqmi doktor xahiw edirem cavablandirasiniz?Qanimda trombasitler yuksekdir peyvend ziyandirmi

Salam.
Peyvənd sonrası baş ağrısı, ürək bulanma, halsızlıq, subfebril temperatur olması normaldı. Ikinci dozadan sonra da ola bilər, bəli. Trombosit yüksəkliyi covid-19 peyvəndi üçün əks göstəriş deyil, sadəcəce nəzarət etmək lazımdı.
Dr.Nəsib Həsənli, infeksionist

Salam,
Peyvəndin vurulması pulludur yoxsa ?
Əyər ödənişlidir sə, qiyməti nədir ?
Təşəkkür

Salam. Bizim klinikada hələ ki, Covid 19 peyvəndi edilmir.

Salam. Laktasiya dövründə peyvəndin istifadəsinə hər hansı əks göstəriş yoxdur. Peyvənd oluna bilərsiniz.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doktor men 1 ci doza vaksin vurdurmusam 2 ci doza 10 may tarixine dusur hemin gunlerde qeyri iw gunleri hesab edilir aeyri is gunu olduqundan hemin gun vaksin olunmayacam ?
Yoxsa is gunleri 16 may tarixinden baslayir hemin tarixde vurulacaq vaksin onceden tesekkurler

Salam man peyvend vurdurmusam pfayzer uje 8 gundur burduran kimi iynenin yeri qizarib biraz sismisdi 2 gun sonra kecdi .indi mande isti basmalat usitmalar va bas agrilari olur 8 gun kecib pryvendden bunlar pryvendle bagli ola bilarmi? Cox sag olun

Salam. Peyvənd olunan yerdə infeksiya və ya abses var isə bu şikayətlər ola bilər.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam 5 gun evvel peyvend vurdurdum dunennen qolumda qawinti qizarti allergiya oldu . umumiyetle menim allergiyam var men bunu dedim. Hekim hecne olmaz dedi . herkesde allergiya var . vurulur. Ama 4 gun sonra qolumda qizarti qawinti baw verdi. Bu neyle elaqedardi? Ve men 2 ci peyvendi vurdurmaliyam ?

Salam. Həkim allerqoloqa muraciət etməyiniz məsləhətdir. İkinci dozanın vurulub vurulmamasına allerqoloq qərar verə bilər.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. May ayinin 22-si 1-ci dozani vurdurmusham ve iyun ayinin 19u 2-ci dozanin tarixi idi. Bu gun tam olaraq 28 gun tamam olur bu gun vurdurmaliyam amma q-ish gunudur, bazar gunu ishlemirler, 1-ci -gun ( 28 iyun ) yeniden q-ish gunu elan edilib nese problem yaranmaz ki? 2-ci sualim ise Ilk dozani Siyezende vurdurmusham 2-ci dozani bashqa rayon/sheherde vurdura bilerem ? Icaze var buna? Xahish edirem cavablandirarsiniz.

Salam. 1-2 günlük gecikmə problem yaratmaz.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Mən birinci dozani vurdurmuşam.lakin sonradan bilmişəm ki hamiləyəm. Bunun nə kimi fəsadi ola bilər gələcəkdə? Xahiş edirəm mənə tam məlumat verəsiniz cox cətin vəziyətdəyəm

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan usaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin 3-cü ayından qabaq peyvənd olunmamağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam Doktor,menim anamin 51 yawi var.zobu olan,birde qaraciyer yaglanmasi triqleseridi olan adama covid 19vaksini vurdurmag olar ya olmaz?Problem olmaz yeni…Menim ozuminde agaclarin ciceklenmesi,tozcuqlarina qarwi alergiyam var mene olar vurdurmag ya nece?

Salam. Heç bir əks göstəriş yoxdur, peyvənd oluna bilər.
Covid vaksininin allergiya vermə ehtimalı var. Bunun üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Bəli peyvənd oluna bilərsiniz.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.mən beyin insultu keçirmişəm. Əməliyyatdan sonra epileptik tutmalar oldu onların qarşısını almağ üçün gündəlik dərman qəbul edirəm. Peyvənd ola bilərəmmi?

Salam men Bexchet xestesiyem 2012 ci ilden beri helede arada aqrilarim olur mene peyvend vurdurmaq olar?

Salam. Revmatoloqla məsləhətləşməlisiz. Aktiv fazada peyvənd olunmaq məsləhət deyil.
Dr.Nəsib Həsənli, infeksionist

Həkim salam mən vaksin vurdurmaq üçün qan analizi verdim alerqiya çıxdı.ige 240.lu/mL 100 oldu.mən vaksin vurdura bilərəmmi problem olarmı xahiş edirəm cavablandırın

Salam. Allergik xəstələr üçün peyvənd olunması məsləhət görülmür.
Dr.Nəsib Həsənli, infeksionist

Salam men 5 gun evvel peyvend vurdurdum. Dunennen qolumda qawinti qiazarti az wiwkinlik var. Menim allergiyam var .bunu peyvend vurdurmamiwdan evvel hekime dedi hecne olmaz dedi allergiya herkesde olur. Vurdurmaq olar dedi. Ve vurdular . indi qolum qawinir qicuglanir qizarir . bu neyle elqedardir? 2 ci peyvendi vurdurmaliyam ? Xaiw edirem cavablanirasiniz sualimi

Salam. Həkim allerqoloqa muraciət etməyiniz məsləhətdir. İkinci dozanın vurulub vurulmamasına allerqoloq qərar verə bilər.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Bəli peyvənd vurdura bilərsiniz. Laktasiya dövründə peyvəndin istifadəsinə hər hansı bir əks göstəriş yoxdur.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam həkim Covid19 vaksini vurmazdan qabaq qan analizi verdim alerqiya .İgE 240 iu/mL nor 100 olmalı mən vaksin vurdura bilərəmmi xahiş edirəm cavablandırasız

Salam. Allergik xəstələr üçün peyvənd olunması məsləhət görülmür.
Dr.Nəsib Həsənli, infeksionist

Salam Mən hamilelik palnlaşdırıram yeni evliyem yoldaşıma peyvend vuracaqlar işle elaqedar peyvend vurulandan sonra hamilelik baş verse uşaqda nese qüsur ola biler? Qadın vurdurmasa peyvend yalnız kişi vurdursa peyventden sonra hamile qalmaq risklidi ? Xaiş edirem məlumat vererdiz

Salam. Peyvənd yalnız hal hazırda hamilə olan qadınlar üçün risklidi. Siz həm özünüz, həm də yoldaşınız peyvənd oluna bilərsiniz. Hamiləlikdə uşaq üçün hər hansı bir risk yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam men bilmeden mensturasiyanin 22 ci gunu 1ci dozani vurdurmusam, indi 6 7 heftelik hamilelik var, men bu hamileliyi davam etdire bilerem?

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan usaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin 3-cü ayından əvvəl peyvənd olunmamağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doktor men 1 ci doza vaksin vurdurmusam 2 ci doza 10 may tarixine dusur hemin gunlerde qeyri iw gunleri hesab edilir aeyri is gunu olduqundan hemin gun vaksin olunmayacam ?
Yoxsa is gunleri 16 may tarixinden baslayir hemin tarixde vurulacaq vaksin onceden tesekkurler

Salam doktor,mənim çənə altında limfa vəzlərim tez.tez şişib ağrıyır.bu vaksinə əks göztərişdirmi? Vurdurmaq istəyirəm ziyanlıq olmaz?

Salam. Limfa düyünləri davamlı olursa aktiv infeksion xəstəlik səbəbi ilə ola bilər. Onu aydınlaşdırmanız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Allergiya üçün allerqoloq məsləhəti olmalıdı. Hepatit B üçün hepatit aktivdirmi və ya daşıyıcısızmı ona görə qərar verilə bilər.
Dr.Nəsib Həsənli, infeksionist

Vaksinin 2-ci dozasindan sonra bel sumuyunun sağ tərəfində ağrı olması normaldır?həmin ağrı ne etsem kecer?

Salam.
Vaksin olunan nahiyədə ağrılar ola bilər, şişkinlik ola bilər. Bunlar yüngül əlavə təsirlər hesab olunur. 2-3 gün müddətində bu ağrılar azalacaqdır. Onun üçün xüsusi başqa bir tədbirlər görməyə ehtiyac yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.
Peyvənd olunmaq istəsəniz hamiləlikden 2 ay öncə olunmağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam hekim.men 1ci dozani aprelin 13u vurdurmuwam.ama peyvendden sonra planlawdrmadan hamile qalmwam.2ci doza mayin 11e duwub.2ci dozani vudurmasam mene nese fesadi ola biler.cox nrhtam xaiw edirem cvblayardiz.

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan uşaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin 3-cü ayından qabaq peyvənd olunmamağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doktor.Mənim 30 yaşım var.2 ci doza vaksin olundum bədənimdə alergiya oldu hər zaman təzyiqim 90 60 olur ancaq vaksin olundum 180 100 təzyiqim oldu çox pis narahat oldum .Bu nə ilə əlaqəli olabilərki .onuda qeyd edim ki, alergiya var məndə yüngül şəkildə toza qarşı ancaq müalicə almıram onunla bağlı öncədən təşəkkür

Salam. Peyvəndin bilinən kardiotoksik təsiri yoxdur. Təzyiq üçün kardioloqa müraciət etməlisiniz.
Covid vaksininin allergiya vermə ehtimalı var. Bunun üçün də həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doktor mən 2 ci doz vaksin olunduqdan sonra təzyiqim 180 100 ,oldu bıdənimdə səpkilər yarandı nəfəs darlığı yaşadım normalda təzyiqim 90 60 olur
Səbəb nə ola bilər bu cür olmağımın
Öncədən təşəkkürlər

Salam. Peyvəndin bilinən kardiotoksik təsiri yoxdur. Təzyiq üçün kardioloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Peyvəndin vurulub vurulmaması üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam men 1ci dozani Zaqatala RMX vurdurmuwam 2ci doza mutleq Zaqatalada vurulmalidir ya Bakida vurdura bilerem

Salam doktor mən 1-ci doza vaksin vurdurub gürcüstana səfərə çıxa bilərəm yoxsa 1 ay gözləməliyəm ki ikinci vurulsun sənəd alım?

Salam doktor allergiya üçün hansi analizi vermək lazimdir.Zəhmət olmasa deyə bilərsiniz

Salam. Qanın ümumi analizi və İgE. Spesifik vaksinə qarşı allergiya testi yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam .doktor peyvend oldunduqdan ne qeder sonra hamilelik planlasdirmaq olar.hamileliye engel yaratmaz ki ?

Salam.
Hamiləlikdən 2 ay əvvəl, hamiləliyin isə ilk 3 ayı peyvənd olmağınız məsləhət deyil.
Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan usaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doktor.mende yoldasimda vaksinasiya olunmusuq .hamilelik planlasdiriram engel yararda bilermi.ve yaxud vaxt mehdidiyyeti varmi ? Hamilelik bas verse nese problem olmazki bezi deyimler esidim narahat oldum

Salam. Yoldaşınızın peyvənd vurdurmasının hamiləlik üçün hər hansı bir riski yoxdur. Siz özünüz isə hamiləlikden 2 ay öncə olunmağınız məsləhətdir. Yəni peyvənddən 2 ay sonra üçün hamiləlik planlamağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam, həkim. Necəsiniz? Sizə önəmli bir sualım olacaqdə. Mən hazırda 7 həftəlik hamiləyəm. Və hamiləliyimi yeni öyrənmişəm. Hamiləliyimin 2-3 həftəsində covid vaksininin 1-cisini vurdrmuşam. USM-də uşaq tam sağlamdır hələki. Amma yenə də deyirlərki mənə uşağı götüzdür uşaq vaksindən dolayı şikəst doğula bilər. Mən hamilə olduğumu bilməyib vaksin olunmuşam yəni bu mayalanma günlərinə təsadüf edib. Neunim, həkim? Götüzdürümmü uçağı?

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan usaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin ilk 3 ayında peyvənd olunmamağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam bir daha, həkim. Sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. Mən bu uşağı Dünyaya gətirmək istəyirəm. Dediyim kimi birimci dozanı vurmuşam. İndi hamiləliyə görə ikinci dozanı vurmasam nəsə bir qorxusu varmı? Ki, deyirlər ikinci dozanı vurdurmayan ölürmüş deyirlər. Birdə mən 8 ay əvvəl korona virusuna yoluxnuşdum və sağaldım

Salam.
İkinci dozanı olunmayın. Ölür deyə bir şey yoxdur. Uşaqda böyük ehtimal problem olmayacaq. Amma dəqiq məlumat yoxdur. Ginekoloq kontrolunda izləyə bilərsiz.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Həkim allerqoloqa muraciət etməyiniz məsləhətdir. Vurulub vurulmamasına allerqoloq qərar verə bilər.
Dr.Nəsib Həsənli, infeksionist

Salam Doktor,menim anamin 51 yawi var.zobu olan,birde qaraciyer yaglanmasi triqleseridi olan adama covid 19vaksini vurdurmag olar ya olmaz?Problem olmaz yeni…Menim ozuminde agaclarin ciceklenmesi,tozcuqlarina qarwi alergiyam var mene olar vurdurmag ya nece?

Salam. Heç bir əks göstəriş yoxdur, ananız peyvənd oluna bilər.
Covid vaksininin allergiya vermə ehtimalı var. Bunun üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Bəli qrip olan şəxslər covid peyvəndi oluna bilər. Hər hansı əks göstəriş yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Mən lipis xəstəsiyəm, eyni zamanda ürək və böyrək çatışmamazlığıda var. Məmə vaksin vurdurmaq olar?

Salam. Bəzi lupus xəstələrində peyvənd sonrası aktivləşmə görülə bilir. Lupus üçün təqib edən həkimin məsləhəti lazımdır.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doktor.5 ayliq ovladim var Ana sudu ile qidalanir.Menim vaksin vurdurmagim mumkundurmu? Uwaga ziyan toredmez?

Salam. Laktasiya dövründə peyvəndin istifadəsinə hər hansı əks göstəriş yoxdur. Peyvənd olunmağınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.Doktor vaksin ucun alergiya qan testinin adi necedir? O testi adi qaydada vermeliyik? Mende alegik rinit var ve ev tozlarina alergiyam.Vaksine qarwi alergiyani yoxlatmaliyam?

Salam. Qanın ümumi analizi və İgE. Spesifik vaksine qarşı allergiya testi yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Məndə dehşet güclü alergiya var.hetta keysəriyyə olanda mənə antibiotik vurulmadi.antibiotikden alergiya olub şoka düşmüşəm hətta 2saatliq kliniki ölüm keçirmişəm.covid 19 vaksin də belə bir təsiri ola bilermi?

Salam. Covid vaksininin allergiya vermə ehtimalı var. Bunun üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Mende allergiya var. Vaksin vurdurmaga tereddüt edirəm. Amma bəzi yerlər vaksin teleb edir. Bu halda nə etməliyəm? Vaksin vurdurmasam her hansi yerde covid pasportu teleb ederlerse her hansi bir sened varmi onu elde edim allergiyaya göre vurdurmadigima göre .

Salam. Peyvəndin vurulub vurulmaması üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Yoldaşımda alergiya olduğunu şüpə edirik. Bəzi müalicələrdə bədəni alergiya verib. İndi vaksin vurdurmalıdı. Alergiya üçün analiz neçiyədi sizdə? Birdə əgər alergiya çıxsa ana vaksin vurulmayacaq yəqin ki? Yoxsa müalicə götürüb təzədən vurulmalıdı?

Salam. Covid vaksininin allergiya vermə ehtimalı var. Bunun üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Qanın ümumi analizi və İgE. Spesifik vaksinə qarşı allergiya testi yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam deyirlərki peyvənd vurulduqdan sonra çimmək olmaz spirtli içmek olmaz acılı yemək olmaz.bu düzdürmü.? Əgər duzdurse neçə gün olmaz

Salam. Laktasiya dövründə peyvəndin istifadəsinə hər hansı əks göstəriş yoxdur. Peyvənd oluna bilərsiniz.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Klinik vəziyətinizə görə mualicəni təqib edən həkim qərar verə bilər. Stabil xəstələrdə peyvənd üçün hər hansı bir əks göstəriş yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam həkim. IgE analizin nəticəsi normadan artıq çıxıb. Peyvənd oluna bilərəm yoxsa yox?
– Əgər olarsa, hansını tövsiyə edirsiniz Cinovac yoxsa Pfizer?
– Əgər olmazsa və ya tövsiyə eləmirsizsə bilmək istərdim səbəblərini, niyə tövsiyə eləmirsiniz?
Zəhmət olmazsa cavablandırasınız. Əvvəlcədən Sizə təşəkkür edirəm.

Allergik xəstələrə peyvənd olunub olunmaması qərarını həkim allerqoloqa məsləhət etməlisiniz.
Dr.Nəsib Həsənli, infeksionist

Salam 1 ci dozani deyekki şeherde vurduq. 2 ci dozanin vaxtinda ise rayondayam ordaki paliklinikada 2 ci vurdurmaq olarmi?

Salam men iki heftelik hamile oldugum halda 1 ci doza vaksin vurdurmusam. Bilmek isteyirem ki usagin saglamligi ucun problem yarana biler?

Salam. Hamiləlik zamanı peyvənd olunan şəxslərdə və doğulan uşaqlarda hər hansı yan təsir olub olmaması ilə bağlı məlumat yoxdur. Ancaq hamiləliyin 3-cü ayından qabaq peyvənd olunmamagınız məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam, həkim. Hepatit c xəstəliyi olub müalicə alıb sağalmış şəxsə vaksin vurdurmaq olar?

Salam. Hamiləliyin ilk 3 ayı vaksin vurdurulması məsləhət deyil.
Dr.Nəsib Həsənli, infeksionist

Salam.
Bəli qrip olan şəxslər covid peyvəndi oluna bilər. Hər hansı əks göstəriş yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam,men vaksini vurdurduqdan sonra sol nahiyyemde üreye yaxin hissede aqrilarim basladi her nefes alanda.Dözülə bilecek aqrilardi sadece normaldi bu?

Salam.
Vaksin olunan nahiyədə ağrılar ola bilər, şişkinlik ola bilər. Bunlar yüngül əlavə təsirlər hesab olunur. 2-3 gün müddətində bu ağrılar azalacaqdır. Onun üçün xüsusi başqa bir tədbirlər görməyə ehtiyac yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Hamiləliyin ilk 3 ayında peyvənd olunması məsləhət görülmür. Yeni olduğu üçün uşağa hər hansı bir təsiri haqda məlumat yoxdur.
Dr.Nəsib Həsənli, infeksionist

Salam. Vaksin vurdurduqdan sonra hər hansı bir qadağa yoxdur.
Bu haqda məlumatımız da yoxdur. Vurulan şəxslərdə də hər hansı əlavə effekt olmayıb.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doxtur men hamilelik planlasdiriram yani malice olunuram hamile qalmaq ucun peyvend vurdursam ziyani olar?

Salam. Peyvənd vurdurduqdan sonra 2 ay gözləmək lazımdır. Yəni 2-ci doza vurulduqdan 2 ay sonra hamiləlik planlamağınız məsləhətdir. Hamiləliyin ilk 3 ayında da peyvənd olunması məsləhət görülmür.
Dr. Nəsin Həsənli, infeksionist

Salam. Hamiləliyin ilk 3 ayı və hamiləlikdən 2 ay əvvəl vaksin vurdurulması məsləhət deyil.
Dr.Nəsib Həsənli, infeksionist

Salam,men 14 avqust peyvend olmusam,11sentyabr 2ci doza peyvendin vaxtidi,amma 5gündur 37.2qizdirmam var.sebebini bilmirem,bele halda 2ci dozani vurdura bilerem,çox xahis edirem cavablandirin sualimı

Salam. Temperaturunuzun səbəbi bilinənə qədər ikinci dozanın vurulmaması məsləhətdir.
Dr. Nəsib Həsənli, İnfeksionist

Həkim, salam, məndə allergikk bronxit və peribronxit var. Allergik xəstəliyi olan insanlarda ilk 30-40 dəqiqə ərzində təsir göstərdiyi və milyonda bir ehtimalla ölüm riskinin ola biləcəyi deyilir, siz nə məsləhət görürsünüz? Mən ayın 5-inə pfizer üçün qeydiyyatdan keçmişəm, əgər mənim kimi xəstəyə vaksin vurdurmaq olmazsa mən sabah hansı analizi verib sənəd almalıyamki, onlara sübut edə bilim?

Salam. Peyvəndin vurulub vurulmaması üçün həkim allerqoloqa müraciət etməyiniz məsləhətdir.
Dr.Nəsib Həsənli, infeksionist

Salam doxtur men hamilelik planlasdiriram yani malice olunuram hamile qalmaq ucun peyvend vurdursam ziyani olar?

Salam. Peyvənd vurdurduqdan sonra 2 ay gözləmək lazımdır. 2-ci doza vurulduqdan 2 ay sonra hamiləlik planlamağınız məsləhətdir. Hamiləliyin ilk 3 ayında da peyvənd olunması məsləhət görülmür.
Dr. Nəsin Həsənli, infeksionist

Salam doktor.Mən hər ikinci dozanı 10 gün öncə olmuşam.digər xəstəliyə görə antibiotik istifadə etsəm olar?

İmmunoglobulin E analizimin nəticəsi çox yüksək çıxıb, alergoloqa müraciət etdim və mənə peyvənd olunmasın dedi. Mən bu nəticə ilə hara yaxınlaşmalıyam?

Salam. İki dozada eyni təsirdədir və sadəcə imunitet yüksək olması üçündür söyləmisiz. Sora isə 1ci mütləqdir sora 2ci. O zaman təkcə bir doza vurulsa problemi olmaz sadəcə imunitet aşağı olar düzdü? Bir dostum avropada yaşayır və ona sadəcə 2ci dozanı vurublar. bunun nə kimi mənfi təsiri ola bilər?

Salam. Hər ikisi də eyni dozadır. Daha yüksək immunitet yaratmaq üçün iki doza vurulur.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam,çox xahiş edirem cavablandirin sualimi,menim 11sentyabr 2ci doza peyvendimin vaxtidi,amma 37.2 qizdirmam var 5gundu,sebebini bilmirem,bele halda peyvend vurdura bilerem?korona olma ehtimalinnan qorxuram

Salam. Temperaturunuzun səbəbi bilinənə qədər ikinci dozanın vurulmaması məsləhətdir.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Müalicənizi izləyən həkimlə məsləhətləşin. Xəstəlik aktif fazadadırsa peyvənd olunmağınız məsləhət deyil.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Temperaturunuzun səbəbi bilinənə qədər ikinci dozanın vurulmaması məsləhətdir.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam men 1ci dozani vurandan hardasa 1 hefte sonra qolumda agrilar var helede davam edir 8 gundu davam edir bele bu normaldi yoxsa mende bele olub zehmet olmasa cavablandirardiz indi qorxuram yan feadlar olacaq deye

Salam. Sadəcə ağrı varsa narahat olmağa dəyməz. Amma temperatur daim ölçülməlidir.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Mənə 1-ci doza Sinovac vaksini vurulub. 2-ci dozanın vurulmaması sağlamlığıma bir zərər verə bilərmi? Vaksinin dozaları arasındakı fərq nədən ibarətdir? Suallarımı cavablandırsanız çox şad olaram. Öncədən təşəkkürlər 🙂

Salam. Hər iki dozada eyni vaksin vurulur, aralarında fərq yoxdur. Xeyr, bir zərəri olmaz, sadəcə ilk doza da boşa getmis olacaq.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam mən böyük betta talasemiya xəstəsiyəm.ard arda 5 əməliyyat keçirmişəm.ödüm götürülüb,yoğun bağırsağımın çox hissəsi iltihablaşma səbəbilə götürülüb.osteoparozum var bütün sümüklərim ağrayır.bu vəziyyətdə peyvənd oluna bilərəm?

Salam. Xəstəlik aktiv mərhələdə deyilsə, bəli, peyvənd oluna bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Mən 11 ildir ekzema xəstəsiyəm və ayda 1 dəfə hormonal iynə vururam . Peyvənd vurdura bilərəmmi?

Salam. Xəstəlik aktiv mərhələdə deyilsə, bəli, peyvənd oluna bilərsiniz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam . Birinci doza vaksin vurdurmusam 2ci dozani sentyabr ayinin 6da vurdulmali iidim , mueyyen sebeblere gore vurdura bilmedim , 13 gun kecib vaxtinda mene 1ci doza yenidenmi vurulacaq?

Salam. Xeyr. Birinci dozadan sonra 55 gün ərzində ikinci doza vaksin peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist

salam doktor men 1ci dozani vurdurdum ustunden 1gun kecdi covide tutuldum.temperatur yuksek idi sonra endi 37ye tam 14gun .hele de iy bilmem cox zeifdi dad bilme duzelib.ayin 22si ikinci doza vurulmalidir eslinde.men kecirdiyim halda vurdura bileremmi 2ci dozani?

Salam. Covid PZR yaxma pozitif cavabınız varsa, peyvənd olunmaq ehtiyac deyil. Yaxma cavabınız yoxdursa sağaldıqdan 2 həftə sonra peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Covid PZR yaxma pozitif cavabınız varsa, peyvənd olunmaq ehtiyac deyil. Yaxma cavabınız yoxdursa sağaldıqdan 2 həftə sonra peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist

salam men 1ci dozani avgustun 25i vurdurdum 1gun sonra kovid elametleri cixdi mende temperatur beden agrilari 15gunden cox davam edir demek olar temperatur dususb sagalmisam amma iy bilmem hele de azdir.4gunden sonra ayin 22si 2ci dsozanin vaxtidir mende.sizde xesteliyi kecirdiyim halda(portal qeydiyyata dusmemisem) 2ci dozani vurdursam hec bir ziyan olmazki?

Salam. Covid PZR yaxma pozitif cavabınız varsa, peyvənd olunmaq ehtiyac deyil. Yaxma cavabınız yoxdursa sağaldıqdan 2 həftə sonra peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Bəli, vaksin vurdura bilərsiniz. Heç bir əks göstəriş yoxdur.
Dr. Nəsib Həsənli, İnfeksionist

Mende peyvenden sonra mutamadi urek bulanmasi olur. Her ikisini vurdurmusham. Seherde, gunortada,axshamda. Hansi sahenin hekimine muraciyyet edim?

Salam,men 1ay önce covid 19 keçirmişem ancaq portala adim düşmediyinden imunitet sertifkati ala bilmirem,men sinovac vaksini vurdurmaq ucun mutleq sekilde 5ay gozlemeliyem?

Salam. Yaxma cavabınız yoxdursa, sağaldıqdan 2 həftə sonra peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir