Azərbaycan COVID19-a qarşı Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq edir.
“Sinovac”ın saxlama şəraiti standartdır. Soyuducu istiliyində: 2-8°C arası temperaturda olmalıdır. Ona görə də poliklinikaların soyuducu varsa orada, ya da xüsusi qabda saxlanıla bilər. Onsuz da hamı bu qablardan alır. O qabların içində buz qoyulur, yəni soyudur.
Digər peyvəndlərin saxlanma temperaturu -60°C, -20°C-dir. Ona görə əgər biz bu peyvəndləri almış olsaq belə, onları harada saxlayacaqdıq? Böyük şəhərlərdə böyük xəstəxanalarda bu şərtləri yerinə yetirmək mümkün olardı bəlkə, amma uzaq yerlərdə, rayonlar, kəndlərdə necə?
Sinovac – bizim aldığımız peyvənd, standart üsulla alınır. Virusu əvvəl artırıb onları öldürürlər. Peyvənd onların hissələrindən hazırlanır.
Amma o birilər, Avropadan olanlar, amma virusun mRNT-ni əvvəl hazırlayırlar. Həmən mRNT-nin üstündə sintez olunur o virusun hissələri. Ona görə saxlanması çətindir.
“Sinovac”ın istehsalı standart üsul olduğu üçün istehsalı həddən artıq asandır. Yəni onu qısa müddətdə hər ölkə üçün, istənilən sayda hazır etmək olur.
Oksford peyvəndi ilə Amerikanın istehsal etdiyi peyvəndin həm istehsal müddəti uzundur, istehsalı xüsusi şəraitdə olur, həm də öz ölkələri üçün əvvəldən sifarişlər alınıb… Ona görə də, Avropa, Amerika öz əhalisini peyvəndlə təmin etməmiş ayrı ölkələrə peyvənd verməyəcəklər.
Oksford peyvəndini məsələn, almaq istədik… Ən tez Aprel ayına ala bilərik. Amma “Sinovac”ın istehsalı rahatdır, ölkənin istehsal imkanı yüksəkdir, ona görə daha əvvəldən alma imkanımız olur. Yoxsa biz də ki Aprel ayında alacaqdıq.
Peyvəndlər, ümumiyyətlə ikiyə ayrılır: ölü və canlı peyvəndlər.
Ölü peyvəndləri ölü olduğu üçün vurulan adamda hər hansısa bir xəstəlik yaratma imkanı yoxdur. Belə olduğu üçün hamıya vurmaq olar: onkoloji xəstəyə də vurmaq olar, “immunsupresiv”lərə də vurmaq olar, hamilələrə də vurmaq olar, yəni hamı üçündür bu.
Peyvəndi vurandan sonra xəstələnmə ehtimalımız yoxdur, ümumiyyətlə. Çünki o peyvəndin içində virusun özü yox, bir hissəsi var sadəcə, bir zülalı var. Onun əleyhinə orqanizm immunitet yarada bilir.
Məsələn, qrip, Influenza – o da ölü peyvənddir. HN zülallarına uyğun olaraq hər il əvvəldən olan bir ehtimal üstünə hazırlanır bunlar.
Məsələn, onkoloji xəstədir, və ya immunsupresiv xəstədir, ya da revmatizması var… Həmin şəxslərdə uzun müddət hormonal iynələr istifadə edildiyi üçün immunitet aşağıdır… O şəxslərdə də istifadə etmək olar.
Birinci həkim və səhiyyə işçilərinə peyvənd olunacaq, ki, hal-hazırda tətbiq olunur.
İkinci olaraq 60 yaşın üstündə olub əlavə xəstəlikləri olanlara ki, əgər bu şəxslərə infeksiya yoluxarsa, xüsusilə, ağır keçirmə ehtimalı var. Hətta ölmə ehtimalları da yüksəkdir.
Daha sonra isə mərhələli şəkildə öncə 60, sonra 50 yaş, daha sonra 40-30 yaş, beləliklə uşaqlara qədər hər kəs peyvənd olunacaq.
Bizim bildiyimiz əvvəlcədən hazırlanan sxem belədir.
Azərbaycanda indi hal-hazırda bizim Səhiyyə nazirliyinin verdiyi təlimatla son 6 ay ərzində xəstə olmuş insanlar 6 ay ərzində peyvənd olunmayacaqlar. Yəni onlar üçün ən az 6 ay ara gözləyəcəyik.
Əlavə olaraq özünü xəstə olmuş hesab eləyən şəxslər üçün istəyə bağlı olaraq immunoqlobulinləri ölçülə bilər analizlə. İmmunoqlobulini yüksəkdirsə, həmin şəxslər immunitet qazanmış hesab olunur. İmmunitet olmuş hesab olunduğu üçün əlavə olaraq yeni peyvənd olunmaqlarına da ehtiyac yoxdur.
Niyə?
Çünki bizim peyvənd eləməyimizin səbəbi həmin immunoqlobulini yüksəltməkdir onsuz da. Yəni bu göstərici yüksəkdirsə, bir də peyvənd eləməyə ehtiyac yoxdur.
Ümumiyyətlə, immunoqlobulinlərin analizi etməmiş peyvənd eləsək, nə olar? Məsələn, tutaq ki, immunoqlobulin onsuz da yüksəkdir, amma baxmadıq ona və peyvəndi vurdurduq.
Bunun hər hansı əlavə bir effekti olmayacaq həmin şəxslər üçün. Yəni sadəcə olaraq mövcud olan həmin immunoqlobulinlərini yüksəldəcək.
Allergiyası olan xəstələr peyvənd eləsinmi?
Bu peyvəndin əlavə allergik effekti ola bilərmi?
Bu peyvəndin də allergiya ehtimalları bizim vurdurduğumuz standart vaksinlərlə harada isə eynidir, əlavə bir təsiri olmayacaq.
– “İçərisində alüminium var!?”
O birilərinin də içərisində var alüminium. Həddən artıq az miqdardadır. Ona görə də
– “Alüminium var. Mən bunu vurdursam alüminium mənə ziyanlılıq edərmi?”
Eləməz.
Peyvənd sonrası xəstəliyin ilkin əlamətlərindən olan: halsızlıq, əzələ ağrısı ola bilər.
Amma temperaturun yüksəlməsidir, öskürəkdir, ağciyərdə bir infiltrasiyanın olmasıdır… Belə effektlər olmayacaq.
Hətta peyvənd olunnlrın bəzilərində heç bir əlamət, heç halsızlıq, əzələ ağrısı kimi əlamətlər də olmur.
Dr. Nəsib Həsənli, İnfeksionist