Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Həkim qəbuluna yazıl
    • Əlaqə
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Vitaminlər həmişə xeyirlidirmi?

  • Ana Səhifə
  • 2021
  • Yanvar
  • 8
  • Vitaminlər həmişə xeyirlidirmi?
Vitaminlər həmişə xeyirlidirmi?
Yanvar 8, 2021

Vitaminlər həmişə xeyirlidirmi?

Vitaminlər valideynlərin biz uşaq həkimlərindən haqqında ən çox sual verilib soruşduqları, ən çox istədiyi, ən çox tələb etdikləri və bizə müraciət etdiyi preparatdır.

Çox vaxt valideynlər vitamin olaraq iştahgətirici və immunitet, immun sistemi gücləndirici bir dərman olaraq düşünürlər. Valideynlər vitaminləri heç bir fəsadı olmayan və həmişə hər yerdə faydalı olan, hər işə, hər dəvaya dərman olan bir vasitə kimi görürlər. Öz praktikamızda tez-tez bu kimi şeylərlə qarşılaşırıq.

Bütün preparatlar kimi vitaminlər də uyğun yerdə, uyğun zamanda uyğun miqdarda istifadə olunmalıdır.

Yersiz yerə istifadə olunarsa və yaxud da kontrolsuz yerə istifadə olunarsa, vitaminlər də hətta bəzən çox ciddi fəsadlara gətirib çıxara bilər.

Bəzi vitaminlər var ki, onların çox istifadə olunması bizə, bədənimizdə çox da zərər vermir. Onların çoxu bədənimizdən atılır. Amma bəzi vitaminlər var ki onları çox istifadə etdiyimiz zaman, onlar bizim bədənimizdə yığılıb qalır və sadə dillə ifadə etsək, zəhərlənməyə və çox ciddi fəsadlara səbəb ola bilər. Ona görə də təbii ki, vitaminlərin də kontrolsuz bir şəkildə istifadəsi qətiyyən doğru deyildir.

Həm pediatr, uşaq həkimi olaraq, özümüzün də təbii ki uşaqlarımız var, valideynnik.. Biz valideyinlərə körpələrini qidalandırmağı tövsiyə edirik və çalışırıq ki, onları buna təşviq edək.

“Mənim uşağım yaxşı yemir”

Çox vaxtı valideyinlər narahat olurlar ki mənim uşağım yaxşı yemir, yaxşı meyvə tərəvəz yemir və s. Və yaxud da uşaq ara-sıra xəstələnir və ona görə də vitamini bir növ iştahgətirici, immunitet artırıcı bir preparat kimi görürlər.

Amma burada unutduğumuz bir məqam var ki, vitaminlər hər şeyin dəvası, dərmanı deyildir.

Körpəni adətən valideynlər özləri ilə müqayisə edirlər. Özləri tutaraq ki bir qab yeyirlərsə, körpə yarım qab yeyəndə, onu az görürlər. 

Və yaxud da ki özləri xəstələnirlər, bunu normal qəbul edirlər. Amma uşaqları xəstələndiyi zaman immun sistemində mütləq bir problem var deyirlər və təbii ki yenə də bu vitaminlərə üz tuturlar.

Ona görə deyirəm, əziz valideynlər, təbii bir şəkildə qidalanmaq daha üstündür. Körpə az da olsa təbii şəkildə qidalansın, təbii yeməklərdən yesin, təbii meyvələrdən istifadə eləsin. 

Az miqdarda bu qəbul edilmiş vitaminlər: meyvələrimiz və tərəvəzlərimiz əslində bizim uşaqlarımız üçün kifayətdir. Yəni, biz körpələrimizi, uşaqlarımızı özümüzlə müqayisə etməyək. 

Sağlam körpə və uşaqlarımız da ara sıra xəstələnə bilərlər, ara sıra onlarda da müəyyən iştahsızlıqlar ola bilər. 

Onlar sizin qədər yemək məcburiyyətində deyillər.

Onların özlərinin az miqdarda yediyi meyvə və tərəvəzlər onlara kifayət edir.

Təbii ki burada bir psixoloji məqam da var. Çətindir təbii ki… Biz həkim olaraq, bir də atayam mən – bir kişi olaraq demək çox asandır. Amma uşaqla məşğul olmaq, onun yedizdirmə texnikasına diqqət etmək, onun əziyyətini çəkmək analarımızın üzərinə düşür. Bu da asan deyil. Bir ata olaraq mən də bunu etiraf edirəm. Amma yenə deyirəm, çalışmaq lazımdır ki süni vasitələrə qaçmayaq.

“Vitamin çatışmazlığı” heç yoxdur

Əgər görsək ki, həqiqətən müəyyən vitamin çatışmazlıqları var, bu uşaq həqiqətən də kifayət qədər vitamin və mineral almırsa, o zaman yaşına uyğun, uyğun miqdarda vitaminlər istifadə edilməsini təbii ki tövsiyə edirik.

Yay dönəmində adətən biz vitaminlər yazmırıq, çünki yay, yaz dönəmində və payız aylarında kifayət qədər mövsüm meyvələri olur, günəş olur, təmiz hava olur… Bu dönəmdə biz adətən yazmırıq.

Bir də bəzi özəl xroniki xəstəliklər olur ki, burada xüsusi vitaminlərin çatışmazlıqları olur. Amma bu xroniki xəstəliklərə biz daha nadir rastlaşırıq.

Adətən bizə görə sağlam uşaqlar olur ki, valideynlər bu körpələr və uşaqlar üçün vitaminlər istifadəsinə ehtiyac görürlər.

Amma dediyim kimi, çalışsaq ki təbii bir şəkildə qidalandıraq, az da olsa o meyvə-tərəvəzlərini yesələr uşaqlar üçün, onların balaca orqanizmləri üçün adətən kifayət edir.

Dr.Altay Abdullayev, Pediatr-neonatoloq

Kateqoriya: Faydalı Məlumatlar, Pediatriya
0
Sosial mediada paylaş Twitter Facebook Google

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (145)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Ginekologiya (3)
    • Kardiologiya (1)
    • Pediatriya (3)
    • Psixoterapiya (3)
    • Qastroentrologiya (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Təşviş pozuntusu
Vitaminlər həmişə xeyirlidirmi?
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”
Süd vəzisinin iltihabi xəstəlikləri

Son Şərhlər

  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • İlqar on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • AGA on Kolonoskopiya nədir ?

Arxiv

  • Yanvar 2021 (3)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti qadin xesteliyi

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Təşviş pozuntusu
18th Yan 2021
Vitaminlər həmişə xeyirlidirmi?
08th Yan 2021
Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az