Kateqoriyalar
Allerqologiya

Dərman allergiyaları

Dərman allergiyaları Hər hansı bir dərmanı təyin etdikdə onun arzu olunmaz, istəyimizdən kənar olan əlamətlərinin ortaya çıxmasıdır. 

Dərman allergiyalarının hər bir orqana xas xüsusiyyətləri, əlamətləri vardır və multi-orqan, sistematik əlamətləri olur.

Orqana xas əlamətlərini – dəri əlamətlərini nəzərinizə çatdırmaq istəyirəm ki, bu əlamətlər dəridə övrə və anjioödem şəklində özünü göstərən IgE vasitəsilə, yəni IgE-nin qanda qalxması ilə özünü büruzə verən bir prosesdir.

Övrə dərinin müxtəlif hissələrində qaşıntılı, qabarıq və qızarıqlıqlardan ibarət olan səpgilərdir. Xəstəyə həm fiziki, həm psixoloji cəhətdən çox təsir edən bir əlamətdir.

Anjioödem isə, bəzi preparatlar var ki, dildə, dodaqda, üz nahiyəsində olan şişkinliklərlə özünü göstərir. 

Övrə və Anjioödemin ən arzu olunmaz sonucu anafilaksiyadır.

Anafilaksiyanı ən çox verən dərman preparatları antibiotiklərdir ki, burada Beta-laktam qruplar antibiotikləri aid edirik.

Anjioödem, yəni üzdə, dəridə ödəmlərin şişkinlikləri verən preparatlar AÇF inhibitorlarıdır. AÇF inhibitorları, xalq arasında deyək, “təzyiq salan dərmanlar”dır. Bu iki dərman övrə və Anjioödem verən preparatlar sırasına aiddir. 

Az öncə qeyd etdim ki, qanda IgE-nin yəni İmmunoqlobulin E-nin qalxması ilə müşayiət olunan bir dərman allergiyasıdır.

IgE qanda belə deyək, allergiyanın ümümi bir göstəricisidir. Biz bunu belə dəyərləndiririk.

Təbii ki, IgE-nin qanda yüksəkliyi və azlığı başqa proseslərin əlamətləri də ola bilər. Amma əgər xəstədə hər hansı bir övrə və agjioödem əlaməti varsa, IgE-nin yüksəkliyi ilk növbədə bizim allergik reaksiyasının olmasının göstərisi kimi qeyd olunur.

Anafilaksiya – təzyiqin enməsi, allergik reaksiya olaraq təzyiqin enməsi, xəstənin huşunun itirilməsi, soyuq tər basması və dildə, dodaqda, qırtlaqda şişkinliklə müşahidə olan bir haldır.

Onun üçün mən dəfələrlə qeyd edirəm ki, Beta-laktam qrup antibiotiklərin klinik şəraitdə, ilk və ya bir neçə dozasının klinik şəraitində vurulması daha məsləhətdir. 

AÇF inhibitorlarının əlavə təsiri… Öskürək də verə bilər, amma o yan təsir kimi dəyərləndirilir, allergik təsir kimi deyil, yan təsir kimi dəyərləndirilir. Və AÇF inhibitorları ən çox üz nahiyəsində: dodaqda, gözlərdə, qulaqda və üzün ümumi bir şişkinliyi – ödəm şəklində ortaya çıxır allergik reaksiyaları.

Başqa dəri əlamətləri vardır ki, bunlara “Fiks İlaç Erüpsiyonu” demək olar. Yəni Fiks Dərman Erupsiyaları. Bunlar fiks olan, bir yerdə… Məsələn, dərinin bir hissəsində müşahidə olunur. Xəstə müraciət edir ki: “Doktor, mən bir dərman içdim, mənim dərimdə bir hissədə yara yarandı”. Onlar yara kimi bunu görürlər, plaklar kimi və “Mən bu dərmanı kəsdim. Bir neçə müddət sonra, bu dərman kəsdikdən sonra o həmin yerdəki o yara keçdi. Amma bir neçə aydan sonra həkim mənə yenə həmin dərmanı təyin etdi.”

Ola bilər ki, yəni eyni xəstəliyi var imiş, yəni tam müalicə almayıb və həkim məcbur olaraq ikinci dəfə o dərmanı təyin edib. “Yenə də eyni yerdə yarandı”. Xəstə şübhələnir ki, “Bəlkə o yerdə bir infeksion problemim var?” 

Xeyr, dərman reaksiyalarının, allergik reaksiyalarının bu növü də vardır – fiks dərman erupsiyası, buna aid oluna bilər. 

Bənövşəyi rəngdə suluqlar. Onlar nadir olan əlamətlərdir, amma müəyyən antibiotiklər və sülfonamidlər, nonsteroid preparatlar vardır ki, onlar da bu cür əlamətlər verə bilirlər. 

Ləkə formasında, dərinin müxtəlif hissələrində ləkə formasında özünü büruzə verə bilər, papular şəkildə, papolalar kimi, suluqlar kimi özünü büruzə verə bilər.

Dərman allergiyaların multi-orqan, yəni sistemotik əlamətləri də olur. Xəstənin temperaturu qalxır, xəstənin ümumi bədəninin 10%-i Stevens Johnson sindromunda, diğər nekrotik sindromda isə bədənin, dərinin 30% qədəri səpkilər və yaralarla müşahidə olunan bir allergik növü vardır.

Əgər xəstədən dəridə olan səpgilər: qaşınlıqlıq, qabarıqlıq, qızarıqlıqlarla yanaşı hər hansı bir ağrı müşahidə olunarsa, o zaman biz virus infeksiyalarından da şübhələnə bilərik.

Dediyimiz kimi multi-orqan əlamətlərindən başqa orqana xas əlamətlərə həm də ağciyər əlamətləri də aiddir ki, bu zaman pnevmoniya verir. Allergik fonda yaranan pnevmoniya -pnevmonitis adlandırılır. Nefrit verir, qlomerülonefrit verir, yəni bu cür hallar vermək ehtimalı vardır.

Ona görə biz dərman preparatlarını istifadə edərkən onun allergiyası, hər hansı bir arzu olunmaz bir reaksiya ilə qarşılaşırıqsa, mütləq şəkildə, birinci, ilk öz həkiminə, sonra isə allerqoloqa müraciət etməyimiz məsləhətdir.

Dərman Allergiyasının Diaqnostikası

Diaqnostikasında müxtəlif diaqnostik metodlardan istifadə edirik. 

Qan testlərimiz vardır ki, spesifik dərmana uyğun qan testləridir. Dəri “prick” testlərimiz var. Və ən əsası differensial diaqnostika.. Yəni biz dərmanı digər əlavə təsirləri ilə allergiyanı fərqləndirməyimiz lazımdır. Bu, təbii ki, allerqoloq tərəfindən həyata keçiriləcək bir prosedurdur. Ona görə hər hansı bir xoşa gəlməz hal olduğunda mütləq şəkildə allerqoloqa müraciət etsinlər.

Dərman Allergiyalarının Müalicəsi

Müalicəsində ilk öncə antihistaminlər, kortikosteroidlər və mən çox məsləhət görərdim ki, Membran Plazmaferez olunsun. Əgər əlamətlər sistematik hala keçmişdirsə, biz Membran Plazmoferezə üz tuturuq.

Xəstələr, düzdür, “Qorxuruq, qan dəyişməkdir, nədir?” belə belə suallar verirlər ki “Ay doktor, necə olar? Deyirlər… Pisləyirlər…” Amma dərman allergiyalarında bu çox vacib prosedurdur. Çünkü qandan həmin allergenin tez bir zamanda çıxarılması bizə böyük bir fayda verə bilər.

Ev şəraitində xəstə dərmanı qəbul etdi və ondan sonra onda hər hansı əlamətlər yaranırsa, təbii ki, təzyiqin düşməsi kimi, təzyiqin enməsi, halsızlıq kimi, qızdırma kimi bir əlamətlər yarandıqda, mütləq şəkildə həmin dəqiqə həkimə müraciət etməsi məsləhətdir. 

Amma yüngül səpgilər və hələ ki, həyati təhlükəsi olmayan əlamətlər yarandıqda ilk kömək kimi bol maye, bol su içməlidir və bundan sonra planlı şəkildə həkimə müraciət etməsi və planlı şəkildə həmin dərmanın eliminasiyası, yeni kəsilməsi həyata keçirilməlidir.

Təbii ki, əgər bir xəstəyə bir dərman preparatı təyin olunubsa, demək ki, bu, onun müalicəsində vacib bir elementdir. Onun üçün biz xəstəyə “Bu dərman sənə olmaz” deyib də yola sala bilmərik. Mütləq şəkildə ona alternativ, yəni o xəstəliyini müalicə edəcək digər bir dərman preparatı təyin etməliyik. Bu da əlbəttə ki, müəyyən oral provokasyon testlər ilə, müəyyən dəri testləri ilə həyata keçiriləcək bir prosedurdur. Ona görə bir xəstəyə antibiotik, ağrı kəsici və ya hər hansı bir preparat təyin olunub, xəstəyə bu, belə deyək “düşmürsə”, insanların dilində desək, əgər düşmürsə, mütləq allerqoloq tərəfindən diğər bir preparatlara üz tutulmalı, alternativ bir preparatın seçilməsi məsləhətdir.

Dr.Nigar Təhməzova, Allerqoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir