Kateqoriyalar
Cərrahiyyə

Süd vəzisinin iltihabi xəstəlikləri

Süd vəzisinin iltihabi xəstəlikləri süd vəzisinin dərisinin qızarması ilə, eriteması ilə, eyni zamanda bəzən süd vəzisinin ağrıması ilə müşahidə olunan xəstəliklərdir. 

Süd vəzisinin iltihabi xəstəlikləri süd vəzisinin dərisinin xəstəlikləri, hansı ki, bu xəstəliklər süd vəzisinin dərisində olan tük kökünün iltihabı olan foluklit dediyimiz və ya fronkul dediyimiz xəstəlik, qızılyel dediyimiz xəstəlik və s. şəklində iltihabi xəstəliklər şəklində ola bilər. 

Süd vəzisində mastitlər şəklində müşahidə oluna bilər və bu problemlərlə, bu xəstəliklərlə qarışa bilən süd vəzinin iltihabi tip xərçəngi ilə özünü göstərə bilər. Süd vəzinin dəri xəstəliklərini biz Xəstələr müraciət etdiyi zaman, süd vəzisi qızarıqlığı ilə müraciət etdiyi zaman, süd vəzinin dəri xəstəliklərini biz müəyyən edib, dermatoloqlara göndəririk. Digər problemlərlə isə biz məşğul oluruq. Mastitlər laktasiya dövründə, yəni süd verən dövrdə və laktasiyadan kənar, yəni süd verən dövrdən kənar dövrdə müşahidə olunmasından asılı olaraq 2 tipə ayrılır. Əgər qadın hamilədirsə, doğum etmişdirsə və süd verirsə, bu dövrdə süd vəzisində qızarıqlıq varsa, biz bunun daha çox mastit olduğunu, laktasiyaya bağlı bir mastit olduğunu düşünürük, müayinələrimizi bu yöndə aparırıq və bu təsdiqlənərsə, müalicələrimizi də bu yöndə aparırıq. 

Amma hamiləlik dövründə də, hamiləlikdən sonrakı dövrdə də qadınlarda süd vəzisi xərçəngi əmələ gəlmə ehtimalı var və bu mastitlər süd vəzisinin inflamatuar tip, iltihabi tip xərçəng ilə qarışa biləcəyi üçün bu şikayətləri olan xəstələrimizin mamaloqlara və ya süd vəzi xəstəlikləri ilə məşğul olan cərrahlara müracət etmələri önəmlidir. 

Mastitlərdən başqa, laktasyönel mastidlərdən başqa, yəni süd verən dövrdə olan mastitlərdən başqa, süd vəzisi xərçəngi ilə qarışma ehtimalı yüksək olan qranulomatöz mastitlər mövcuddur, bu cür xəstəliklər mövcuddur. Qranulomatöz mastitlər süd vəzisində lokal və ya yayqın şəkildə, qızarmalarla bəzən isə ağrılarla müşahidə olunan bir xəstəlikdir. Həm klinik olaraq, həm radioloji olaraq süd vəzisi xərçəngi ilə qarışa bilirlər. 

Bu mastitlər, Qranulomatöz mastitlər ya hansısa bir spesifik xəstəliyə bağlı meydana çıxırlar və ya qeyri-spesifik ideopatik dediyimiz şəkildə ola bilirlər. 

Spesifik xəstəliklərdən vərəm xəstəliyi, sarkoidoz, süd vəzisində bəzi göbələk xəstəlikləri spesifik tip qranulomatöz  mastitlərə səbəb ola bilirlər. 

İdeopatik dediyimiz, qeyri-spesifik dediyimiz qranulomatöz mastitlər isə süd vəzisində hər hansı bir səbəbdən və çox vaxt bilmədiyimiz bir səbəbdən autoimmun dediyimiz problemin inkişafına bağlı süd vəzisində olan bu patologiyanın əmələ gəlməsi vəziyyətidir. 

Ümumiyyətlə, əgər süd vəzisində qızarıqlıq əmələ gələrsə, bu qadın süd verən dövrdə, ana olmuş ola bilər və ya bundan kənar bir dövrdə olmuş ola bilər, mütləq həkimə müraciət olunmalıdır. 

Müayinə necə aparılır?

Xəstələri biz öncə gözlə müayinə edirik, daha sonra əllə müayinə edirik, daha sonra müxtəlif müayinə metodlarından istifadə edirik. 

40 yaşın altında süd vəzisinə ultrasəs müayinəsi edirik, 40 yaşın üzərində eyni zamanda ultrasəs müayinəsi ilə bərabər instrumental müayinələrdən mamoqrafiyadan istifadə edirik. 

Əgər xüsusi şübhəli bir vəziyyət varsa, süd vəzisinin maqnit rezonans tomoqrafiyasından da istifadə edə bilirik. 

Əgər fiziki müayinəmizdə və instrumental müayinələrimizdə şübhəli bir vəziyyət varsa, biz o zaman xəstənin həmin şübhəli olan süd vəzisindən, bu əgər, xüsusən, kütləsəl bir lezyondursa, biz mütləq xəstədən biopsiya alırıq. 

Ən böyük yanlışlardan birisi süd vəzisində incə iynə aspirasiya biopsiyası ilə kifayətlənməkdir. İncə iynə aspirasiya biopsiyasında sitoloji müalicə olduğu üçün, yəni hüceyrəsəl səviyyədə bir müayinələr olduğu üçün yetərli olmaya bilir. 

“Tru – cut” biopsiya, “trephine”  biopsiya, “core biopsiya” dediyimiz toxuma biopsiyası, yəni qalın iynə biopsiyası bu xəstəliklərin diaqnostikasında daha önəmlidir və tövsiyə olunan da bu yöndədir. 

Belə xəstələrə biz “tru-cut” biopsiya alırıq, toxuma biopsiyası alırıq və patohistoloji müayinədən keçiririk. 

Patohistoloji müayinənin nəticəsində əgər  qranulomatöz  mastit olarsa və ya sadə bir mastit olarsa, biz bunları konservativ müalicə etməyə çalışırıq. Vəziyyətdən asılı olaraq cərrahi müalicə etməyə çalışırıq. 

Problemin altından inflamatuar tip xərçəng çıxarsa, o zaman bu vəziyyətin müalicəsi fərqlidir. Öncəsində neoadjuvan kimyaterapiya dediyimiz kimyəvi dərman müalicəsi olunur. Proses gerilədikdən sonra xəstələrə modifiye radikal mastektomiya dediyimiz həmin tərəfdə süd vəzisinin tamamən əməliyyat olaraq götürülməsi, qoltuq altı limfa düyünlərin təmizlənməsi əməliyyatı icra olunur. 

Süd verən dövrdə mastit olma səbəbi qadınların yetərli qədər süd vəzindən südün xaric olmamasıdır. Yəni körpənin yetərli qədər südü əmməməsidir və ya hər hansı bir səbəbdən süd vəzisində südün toplanmasıdır. 

Süd vəzisindəki axacaqlarda südün toplanması, durğunluq mastitə səbəb ola bilər. 

Belə olan hallarda biz qadınlara vəziyyətdən asılı olaraq ya antibiotik müalicəsi başlayırıq və ya başlamırıq. Əsasən, qadınlara tövsiyə edirik ki, süd vəzisi boşaldılsın. Əgər körpə əmə bilmirsə, xüsusi vasitələrlə süd vəzisindən süd boşaldılmalıdır. 

Qranulomatöz  mastitlərdə vəziyyət fərqlidir. Əgər klinik olaraq, radioloji olaraq və yekun olaraq, yəni “tru-cut”  biopsiyalırından  qranulomatöz mastit, yəni patohistoloji  nəticə olaraq qranulomatöz mastit diaqnozu təsdiqlənirsə, biz o xəstələrdə, əgər fokal dediyimiz sadəcə bir bölgədə qranulomatöz mastit varsa, əməliyyat edərək tamamən bu xəstəlikdən xəstəni qurtara bilirik. 

Amma ümumi olaraq, qranulomatöz  mastitlərdə 50%-ə qədər təkrarlanma ehtimalı var. 

Yayılmış formalarda, vəziyyətdən asılı olaraq biz xəstələrə mastektomiya da icra edə bilirik. Çünki bəzən təkrarlayan apseslər, fistullar müşahidə olunur. Süd vəzisində ciddi deformasiyalar müşahidə olunur. Belə olan hallarda xəstəyə məcburən mastektomiya icra oluna bilər. 

Amma, əsasən, konservativ müalicələrdən istifadə edirik. Spesifik tibb qranulomatöz mastitlərdə, vərəmə bağlıdırsa, vərəm müalicə olunur. Sarkoidoza bağlıdırsa, steroid müalicəsi olunur və s. 

Qeyri-spesifik yəni ideopatik dediyimiz formasında isə xəstələrə steroid müalicəsi veririk. Xəstələrə metokraksat dediyimiz ümumi immunosupressiya dərman müalicəsi veririk. 

Uzun müddət, təqribən 6 həfətdən 1 ilə qədər, bəzən 2 ilə qədər bu müalicələr davam edə bilir. 

Fokal formalarında, yığılmış formalarında əməliyyat edirik xəstələri və iltihabla ağırlaşarsa, yəni bərabərində bakterial bir infeksiya əlavə olunarsa, eyni zamanda antibiotik müalicəsi də veririk. 

Bu fonda apses formalaşarsa, əməliyyatla apsesləri boşaldıb antibiyotik müalicəsi veririk. 

Əgər patohistoloji olaraq süd vəzisində bu qızarıqlığın, bu iltihabi prosesin altında inflamatuar tip, yəni iltihabi tip məmə xərçəngi, süd vəzisi xərçəngi problemi durursa, bu xəstələr əməliyyat olunmurlar. Çünki bu lokal irəli tip süd vəzi xərçəngi hesab olunur. 

Bu xəstələri göndəririk neoadjuvan, yəni əməliyyatdan əvvəl kimyəvi dərman müalicəsinə. Kimyəvi dərman müalicəsi ilə proses gerilədikdən sonra xəstələr əməliyyat olunurlar. 

Qadınlar arasında süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növü olduğunu nəzərə alaraq və süd vəzisində olan qızarıqlıqların altında müəyyən bir faiz süd vəzi xərçəngi olduğunu nəzərə alaraq, süd vəzisində qızarıqlıqları olan qadınlarımız mütləq bu vəziyyətin araşdırılması üçün, müalicəsi üçün mamoloqa və ya süd vəzi xərçəngi ilə məşğul olan cərraha müraciət etmələri lazımdır. 

Çünki biz müayinələrdən vaxtında keçməsək, vaxtında bu xəstəliklər aşkar edilməsə, çox ciddi nəticələri ola bilər və hər birimiz öncəlikli olaraq öz sağlamlığımızın qeydinə qalmalıyıq və səhlənkarlıq etməməliyik.

Op.Dr. Niyazi Eminov, Ümumi cərrahiyyə uzmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir