Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Həkim qəbuluna yazıl
    • Əlaqə
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

İnfarktın əlamətləri nələrdir?

  • Ana Səhifə
  • 2020
  • Dekabr
  • 14
  • İnfarktın əlamətləri nələrdir?
İnfarktın əlamətləri nələrdir?
Dekabr 14, 2020

İnfarktın əlamətləri nələrdir?

Xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır.

Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır.

İnsanlar yaşa dolduqca ürəyin damarlarında, damar divarlarında xolesterin və yağ yığılır. Bu yığılmalar plak dediyimiz strukturları əmələ gətirir. Bu plaklar həm damarın özünü daraldır, bəzən də qopa bilir ki, bu da damarın tamamən tıxanmasına səbəb olur və miokard infarkt da bu şəkildə ortaya çıxır. 

Çox qısa zamanda damar darlığının açılması lazımdır. Bu plakların ortadan qaldırılması lazımdır. Əks halda ürəyin qidalanması uzun müddət pozulduğu zaman ürək çatışmazlığı dediyimiz əlamətlər də ortaya çıxa bilir, təəssüf ki…

İnfarktın əlamətləri nələrdir?

İnfarktın əsas əlaməti ürək nayihəsində olan ağrıdır. Bu ağrının əsas xarakterik özəlliyi odur ki, o basıcı və sıxıcı xarakterdə olur.

Adətən, bu ağrı çənənin sol tərəfinə, sol çiynə, hətta kürək nayihəsinə yayıla bilir.

Bir başqa diqqət etmək lazım olan xüsus isə bu ağrının müddətidir. İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə, təəssüf ki, keçmir. 

İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə keçmir. 

Ağrı, adətən, hərəkətlə şiddətlənir, istirahət ilə qismən azalır, amma xəstə tam tibbi yardım almadan tamamilə keçmir.

Eyni zamanda infarkt sırasında başqa əlamətlər də görürük. Ən çox gördüyümüz başqa bir əlamət sol qolda olan keyimədir.

Xəstələrdə bəzən soyuq tərləmə, ölüm qorxusu hissi də görülə bilir. Çox nadir də olsa bəzən biz xəstələrdə qusma, ürək bulanması kimi şikayətlər də görə bilirik.

Adətən sinirdə hər iki qolun keyiməsi birlikdə görülür. Həm sağ, həm sol qolda bu görülür. İnfakt sırasında isə sadəcə sol qolda görülür.

Bundan əlavə olaraq sol qolda keyimə ürək ağrısı ilə bərabər görülürsə, bu daha çox infakt əlamətidir. Tək başına olmur çox zaman.

Başqa bir əlamət isə bu keyimə daha çox hərəkət sonrasında, ya da stress sonrasında ortaya çıxır. Məsələn, bəzən xəstələr anladır: “Sol tərəfə yatanda sol qolum keyiyir”. Bu çox da ürək şikayəti deyil. Bizdə sol qolda keyimə daha çox bir efort əsnasında, ya da stress sonrasında ortaya çıxır. 

O protruziyadan (onurğa xəstəliyi) olduğu zaman da həm sağ, həm sol tərəfdə görülə bilir. Hər hansı hərəkətdə yada stressdə tətiklənmir. Yəni nəyə isə bağlı olmur. Praturuziya zamanı olan keyiməyə ürək nahiyəsində olan ağrı bərabərlik etmir. 

İnfark zamanı nə edilməlidir? 

İnfarkt zamanı bizim üçün zaman çox önəmlidir. Xəstə ən yaxın zamanda, ən qısa müddətdə xəstəxanaya çatdırılmalıdır. Ama bu xəstəxanaya çatdırılma xəstənin öz imkanları hesabına olmamalıdır. Yəni özü yeriyərək, ya da avtomobil sürərək xəstəxanaya getməyə çalışmamalıdır. Çünki daha öncə də dediyimiz kimi infarkt sırasında ürəyi qidalandıran damarlar tıxanmış olur. Yəni ürəyin, ürək əzələsinin oksigen ilə təminatı azalır.

Hərəkət sırasında isə tam tərsinə ürəkdə aktivlik artır və ürəyin oksigenə olan ehtiyacı da artır. Ona görə biz prosesi daha da dərinləşdirə bilərik, infakt daha çox ürəyə xəsarət yetirmiş ola bilər. 

Xəstə, əgər varsa yaxınları, yoxdursa özü təcili yardıma zəng vurmalıdır ilk növbədə.

Əgər yalnızdırsa, yaxşı olardı ki, hər hansı bir yaxınına da xəbər versin ondaki vəziyyətlə əlaqəli. Yenə yanında yaxınları varsa, yaxşı olardı ki pəncərəni, qapını açaraq otaqda olan oksigen miqdarını artırmasına kömək etsinlər.

Eyni zamanda xəstənin əgər üst geyimləri onu bir miqdar sıxırsa, çalışmaq lazımdır ki, o xəstəni o geyimlərdən azad eliyək. Yəni köynəyin yaxaları açılmalıdır, qalstuk varsa, çıxarılmalıdır və s.

Xəstə hər hansı bir yerə oturmalıdır mütləq, ya da uzanmalıdır. Ayaq üstə durmaq, hərəkət etmək həm az öncə anlatdığım səbəblərə görə, yəni ürəyin oksigen ehtiyacı artdığına görə istəmədiyimiz bir şeydir, həm də infarkt sırasında bəzi aretmiyalar ola bilir, təzyiq düşüşləri ola bilir və bu zaman xəstə yıxıla bilər, huşunu itirə bilər. Bu zaman infarktla yanaşı xəstə başqa travmatoloji xəsarətlər də ala bilər. Bu da istəmədiyimiz bir şeydir. 

Bəzən xəstələrdə infarkt sırasında baş gicəllənməsi, gözdə qaralma ola bilir. Bu aritmiyanın əlamətidir. Yaxşı olardı ki, belə bir şey hiss edən xəstələrimiz dərindən, qüvvətli öskürməyə çalışsın. Bu zaman ürək ritmi qismən də olsa bərpa olunur və xəstənin şikayətləri bir miqdar düzəlir.

Əgər xəstə özündə infarkt əlamətlərini avtomobil istifadə edərkən hiss edirsə ki, günümüzdə çox insan artıq avtomobil istifadə edir… Yoldaykən belə bir şey baş verərsə, mütləq avtomobili kənara çəkərək saxlamaq lazımdır. Bu zaman çalışmaq lazımdır ki, xəstənin özü təcili yardıma zəng vursun. Əgər bacarmırsa, ətrafındakı insanlardan kömək istəmək mütləq lazımdır.

İnfarkt təkrarlana bilər və bu alınan müalicədən də asılı deyil.

İnfarkt keçirənlər nələrə diqqət etməlidirlər?

Təəssüf ki, infarkt təkrarlana bilən bir şeydir və bu alınan müalicədən də asılı deyil. Yəni xəstə “Mən dərmanlarımı düzgün istifadə edirəm, artıq mənə bir şey olmaz” fikrinə qapılmamalıdır. Çünki ürək xəstəlikləri daha çox həyat tərzi dəyişiklikləri ilə düzələ bilir.

Xəstə təkrar infarkt olmasın deyə çalışmalıdır ki, tütün məhsulları istifadə edirsə, mütləq buraxsın. Çünki bu zaman tütün məhsulları istifadə etməyə dəvam edən xəstə özündə təkrar infarkt riskini ən az 2-3 dəfə artırmış olur.

Eyni zamanda xəstələrimiz çalışmalıdırlar ki, daha çox hərəkət etməyə çalışsınlar, düzgün idman proqramlarına riayət etməyə çalışsınlar. Çünki bu zaman biz həm xəstənin kilosunu, həm xolesterin miqdarını, həm də təzyiqini daha yaxşı kontrol altına ala bilirik.

Eyni zamanda bəzi pəhriz qaydalarına da diqqət eləmək lazımdır. Daha sağlam qidalarla qidalanmaq, yağ qəbulunun miqdarını ayarlamaq və s. kimi qaydalar var. Onlara diqqət eləmək lazımdır. Bu da yenə xəstənin kilosunun, xolesterin miqdarının və təzyiqini daha yaxşı kontrollu olmasına səbəb olur.

Eyni zamanda xəstələrimiz həkim-kardioloqların onlara təyin etdiyi dərmanları çox düzgünlüklə istifadə etməlidirlər. Dərmanlara ara vermək bir həftə, on gün belə olsa, bir gün belə olsa yol verilməzdir. Və dərman qəbulu sırasında hər hansı bir şikayət ortaya çıxırsa və yaxud da xəstə başqa bir problemlə üzləşirsə, mütləq öz həkimi ilə əlaqə saxlamalı və şikayətini bildirməlidir. Yəni hər hansı bir səbəbdən dərmanı buraxmaq yol verilməzdir.

Dr. Həmidə Muxtarzadə, Həkim-kardioloq

Kateqoriya: Kardiologiya
0
Sosial mediada paylaş Twitter Facebook Google

Rəy bildirin

Kateqoriyalar

  • Faydalı Məlumatlar (145)
    • Allerqologiya (1)
    • Cərrahiyyə (1)
    • Ginekologiya (3)
    • Kardiologiya (1)
    • Pediatriya (3)
    • Psixoterapiya (3)
    • Qastroentrologiya (1)
  • Media (41)
  • Xəbərlər (32)

Son Paylaşımlar

Təşviş pozuntusu
Vitaminlər həmişə xeyirlidirmi?
“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”
Süd vəzisinin iltihabi xəstəlikləri

Son Şərhlər

  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on Kolonoskopiya nədir ?
  • HB Güven Klinik on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • İlqar on “Mədə qıcqırması”nın səbəbi – Reflyuks xəstəliyi
  • AGA on Kolonoskopiya nədir ?

Arxiv

  • Yanvar 2021 (3)
  • Dekabr 2020 (4)
  • Noyabr 2020 (2)
  • İyun 2019 (1)
  • May 2019 (4)
  • Aprel 2019 (1)
  • Fevral 2019 (136)
  • Oktyabr 2018 (1)
  • İyul 2018 (4)
  • İyun 2018 (1)
  • May 2018 (1)
  • Aprel 2018 (1)
  • Dekabr 2017 (1)
  • Oktyabr 2017 (2)
  • İyul 2017 (1)
  • Fevral 2017 (1)
  • Yanvar 2017 (3)
  • Sentyabr 2016 (1)
  • Avqust 2016 (1)
  • İyun 2016 (1)
  • May 2016 (1)
  • Mart 2016 (2)
  • Fevral 2016 (3)
  • Yanvar 2016 (2)

Tags

aybasi endometriozis endometriozis xesteliyi ginekologiya ginekoloq ovulyasiya ovulyasiya merheleleri ovulyasiya vaxti qadin xesteliyi

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Təşviş pozuntusu
18th Yan 2021
Vitaminlər həmişə xeyirlidirmi?
08th Yan 2021
Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az