Kateqoriyalar
Faydalı Məlumatlar

Uşaqlarda xroniki öskürək.

Öskürək tənəffüs yollarının xəstəlikləri zamanı önəmli və ən sıx rast gəlinən simptomlarından biridir. Bu valideynləri çox narahat edən və ən çox xəstıxanaya baş vurma səbəbidir.
Davametmə müddətini görə öskürək kıskin və xroniki olmaqla iki yerə bölünür.Əgər öskürək 3 həftəyə qədər sürərsə bu kəskin öskürək, 3həftədən uzun sürərsə onda xroniki öskürəkdir.
öskürək tənəffüs orqanlar?n?n sekresiya və yad maddələrdən təmizlənməsində önəmli rolu olan qoruyucu bir refleksdir. öskürək reseptorları qırtrlaqdan bronxiollara qədər olan məsafədə yerləşir. Lakin bilmək lazımdır ki, bu reseptorlar həmçinin udlaqda ,burunətrafı ciblərdə,xarici qulaq keçəcəyində, timpanik membranlarda, plevra, perikard, diafraqma və mədədə tapılır.
öskürək refleksi xəstəliklər və dərmanlarla bağlı olaraq dəyişə bilər. Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra 2-3 həftəlik dövrdə öskürək refleksi hiperreaktiv olur və iy, aerozol, istilik dəyişikliklərinə qarşı öskürək asanlıqla dəyişə bilər. Bu dövrdə xəstə simptomatikdir. Bəzən uşaqlarda bronxların hiperreaktivliyi uşaqlarda uzunmüddətli öskürəklərə səbəb olur. Atopiya, gastroezofoqal refleks, astma, sinusitlər, xroniki infeksiyonlar, otoimmun xəstəliklər, angeotenzin – çevirici ingibitor müalicəsi, siqaret çəkmə kimi faktorlar uzunmüddətli öskürəyi yaradan səbəblər kimi qeyd olunur. 
Öskürək bir çox xəstəliklərlə bağlı yarana bilər. Birinci növbədə uşaqdan diqqətli anamnez toplanmalə və öskürəyin səbəbi araşdırılmalıdır. Kəskin öskürəyin ən sıx səbəbi virus infeksiyasıdır. Xronik öskürəyin ən sıx səbəbləri arasında astma, postnazal axıntı sindromu, qastroezofaqal reflüdur. Bu üçlüyü hətta patogenik triada adlandırırlar. 
Uşaqlarda öskürək ən çox virus infeksiyası ilə əlaqədar olaraq keçirilmiş yuxarı tənəffüs yollarının iltihabı ilə bağlıdır, adətən çox zaman özü-özünə düzələ bilən bir prosesdir. Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra öskürək uşaqlarda 10 günə qədər, tənəffüs yolu infeksiyasından sonra isə bir aya qədər uzana bilər. İnfeksiyalara bağlı xronik öskürək tənəffüs orqanlarının iltihabı zamanı yaranır. Əgər uşaqda ağciyərlərin rentgen şəkli normaldırsa və xroniki öskürəyin digər səbəbləri yoxdursa onda bunu keçirilmi? virus infeksiyası ilə bağlıoldu?unu fikirl??m?k olar. Göy öskürək və mikoplazma infeksiyaları xroniki öskürəyin ın sıx görül?n etioloji səbəbi kimi qeyd olunur. Bundan başqa isə havanın kirliliyi, rütub?ti, siqaret ç?km?, ailənin sosial vəziyyəti, yaşayış şəraiti bu prosesi daha da uzada bilər. Bu zaman öskürəyin yaranma səbəbi virus olduğuna görə antibiotik təyininə ehtiyac yoxdur.
Postnazal axıntı sindromu: Sinusit, allergik və allergik olmayan rinit, vazomotor rinit, postenfeksiyoz rinit postnazal axıntının ən sıx səbəbləridir. Xəstələrdə boğazda axıntı, tez-tez boğazını təmizləmə hərəkətləri, burundan olan axıntılar kimi şikayətlər ola bilər. U?aqlarda müalicə postnazal axıntının yaranma səbəbini bildikdən sonra təyin oluna bilər. Müalicə postnazal axıntı sindromunu yaradan etioloji faktora yönəlməlidir. Məsələn, sinusit zamanı 3 həftə ərzində H.influenza və S.pneumoniae üçün uyğun antibiotik, 5 gün ərzində nazal dekonjestan, 3 həftə ərzində isə oral antihistamin vermək olar.
Astma, xronik öskürəyin ən sıx səbəblərindən biridir. Xəstələr ən çox keçirilmiş infeksiyadan sonra artmış və daha çox gecələr, qaçan zaman meydana gələn öskürəkdən əziyyət çəkirlər. Müalicə astmanın dövrünə uyğun olaraq verilməlidir. İnqalyasiyon kortokosteroidlər,salbutamol,leykotrien reseptor antaqonistləri müalicədə istifadə oluna bilər.
Qastraezofoqal reflü: Bu xronik öskürəyi yaradan 3 səbəbindən biridir. Mikro və makroaspirasyalar zamanı qida borusunun distal hissəsində yerləşmiş reseptorların qıcıqlanması baş verir,bunun nəticəsində uşaqda xronik öskürək baş verir. Başlıca səbəbləri mədədə yanma hissinin olması, gəyirmə və requrgitasiya olsa da 50-75% hallarda reflü simptomları olmur. Əgər xronik öskürəyi olan uşaq ACE inqibitoru və siqaret istifadə etmirsə,bu xəstədə astma, postnazal axıntı sindromu yoxdursa onda qastroezofaqal sindromun müalicəsinə başlamaq olar. Qastroezofoqal reflünün müalicəsində H2 reseptor antoqonisti və praton pompası ingibitorlarından istifadə oluna bilər.
Eozonofil bronxit: Eozinofillik bronxit, xronik öskürəyin digər səbəblərindən biri olub,bəlğəmdə eozinofillə zəngindir və steroid müalicəsinə yaxşı cavab verir.
Çox az hallarda xronik öskürəyin yaranma səbəblərindən həmçinin xronik bronxit, bronxektaziya, sarkoidoz, vərəm, ağciyər xərçəngi, infeksiyon səbəblər, interstiyel ağciyər xəstəliyi sayıla bilər.
Xroniki öskürəklə müraciət etmiş uşaqdan ana vasitəsi ilə dəqiq anamnez toplanmalı, lazım olan müayinələr aparılmalı və buna uyğun müalicə başlanılmalıdır.

19 replies on “Uşaqlarda xroniki öskürək.”

Salam menim uşagimda alergik oskurme var her seher duranda öskurekle durur o qeder öskururki ögume gelir arada qaytarir bunu nece aradan qaldirmaq olar xahis edirem dermal varsa dermal adini zehmet olmasa deyin üsagim 3 yaş 8 ayliqdi cox xahiş edirem mene komek edin imeyli yazmisam

Salam. Uşağı müayinə etməmiş heç vaxt heç bir müalicə yazılmaz. Uşağa qulaq asmaq lazımdır, bronxların vəziyyətini dəyərləndirmək lazımdır, burun udlağın müayinəsi olunmalıdır, yəni boğaza baxılmalıdır. Konkret olaraq öskürəyin hansı səbəbdən olduğunu araşdırıb ondan sonra müalicə yazılmalıdır. Yaxşı olar ki, xəstə həkimə aparılsın. Pediatrik baxışdan sonra müvafiq müalicə yazılsın.
Dr. Sevinc F. Məmmədova

Salam hekim oglum 11 ayligdi ve 2 yaw yarimligdi.11 aylig olan dehwet pis oskurur evde hamimiz pis gundeyik.En coxda gece ve oskurek sineden gelir yeni bilmirem bawa sala bilecem ya yox inağ kimidi ikiside oskurur ne ede bilerem?Xesde oldugumuzq gorede evden cixa bilmirik

Salam,həkim. 3 yaş 4 aylıq oğlum gündüzlər tək-tək,gecələr davamlı öskürür. Həkim müayinəsinə aparmışıq dəfələrlə allergik olduğu üçün müalicə də aparmışıq. Yay aylarında olan öskürək müalicə ilə keçdi. Son 1-2 həftə olar ki,yenidən başlayıb. Eyni müalicəni aparmaq olarmı ya inqalyasiya etmək olarmı? Öskürəyin bronxlarına və ya ağciyərlərinə narahatçılıq verməsindən narahatıq.

Salam. Öskürəyin səbəbi tapılmalıdır və səbəbinə yönəlik müalicə edilməlidir. Əgər allergikdirsə, inhalyasiyalar, xüsusi qoruyucu dərmanlar, dietalar, qoruma tətbirləri tətbiq edilə bilər. Yox əgər infeksion səbəbdirsə, onun müalicəsi tamam fərqlidir.
Uzman Dr Altay Abdullaoğlu, Pediatr-Neonatoloq

Salam doktor qizimin 10yasi var 3,4yasindan cox tez tez oskureyi olurdu sahe pediatrlari derman yazrdi 1hefte 1ay duzelrdi yene 3ildir allerqoloq malice edrdi sukur yaxsi idi .2hefteden cox olar yene basladi oskurek ventolin pulmarisle inqalyasiya yazdi gece lukastin rodinir angibiotik yazdi amma 1hdftedi malice bitib oskurek kecmir ne meslehet ederdiz cox xahis edirem cavablandirin evvelceden tesekkur edirem

salam,hekim,on gundur ki oglum gece yarisi oskurekle oyanir o qeder oskuru ki bezen oyuyub qaytarir.9 yawi var..gunduz oskurmur.ne ede bilerem cox xahiw edirem cavablayasiz.pediatora aparaq ya alerqoloqa

Salam. Bəli, bu öskürəklərin xarakteri özü haqqında müəyyən məlumatlar verə bilir.
Əgər uşaq yatandan 1 saat sonra öskürməyə baslayırsa, bəzən olur ki, bu heç də allergik mənşəli deyil, burun tıxanıqlığının, burun axıntısının postnazal axıntısından irəli gəlir. Burun axıntısının postnazal axıntısından irəli gələn boğucu öskürəklər oğümə həddinə çatacaq bir öskürək verir.
Amma səhərə yaxın, bəlğəmsiz, saat 3-dən sonra, yəni 4-də, 5-də olan öskürəklər isə sırf allergik öskürəklər nəzərdə tutulur. Ona görə düşünürəm ki, bu uşaqda allergik mənşəli yox, postnazal burun axıntısından irəli gələn öskürəklərdir. Pediatra yaxınlaşmalı, müayinə olunmalıdır. Perebronxit inkar olunsun və ona uyğun da müalicə yazılsın.
Dr. Sevinc F. Məmmədova, Pediatr

Salam dr qızım 11aylıqdır,3ayından ancaq qrıp olur ve sonda oskurek baslayır sınrsı xırıldayır belgemli olur,her defe hekım antıbıotık yazdı ve bu usagı dahada zeıfletdı,ındı 11aylıqdı her cımende seherı qrıp olur oskurur,hal hazır 2-3heftedı oskurek kecmır Ventalin ve natrı xlorla inhalyasiya edıırem helekı deyısıklik yoxdu

Salam. Pediatr müayinəsi aparılmalıdır. Qanın ümumi analizi + CRP-yə mütləq baxılmalıdır. Antibiotik kor-koranə təyin olunmaz, xüsusilə də 11 aylıq uşağa. Mütləq qanın ümumi analizi + CRP-yə baxılmalıdır. Ordakı göstəricilərə uyğun olursa, antibiotik təyin olunur. Göstəricilər antibiotika göstəriş deyilsə, bir başqa müalicə yazılır.
Dr. Sevinc F. Məmmədova, Pediatr

Salam doktor.oglum allergik rinitdi.martdan gedib gelir.mualice aliriq yeni.sadece bilmek isteyirem birwz oskuren vaxtlarda nacl inhalasiya etsem ziyan olmaz.nezerinize chatdirimki 10gun cox pis oskurduyune gore pulmares (nacl)ingalasiya etdim.umumiyyetle nacl ing.etdikde ziyanlidirmi?

Salam Doctor qizim 2-yasindan oskurur.allergiyasi var toza qarawi .ona mualice etdik oskyreyi azalmisdi.indi 4 yasi deyanmadan oskurur herkes bize zombi xesteliyi kimi baxir coox uzulurem uwagimin halina.her 5-deq.bir oskurur davamli olaraq.sebeb ne ola biler?coox narahatam 😞

Salam. İlk növbədə uşağı müayinə etmək lazımdır. Bir sıra səbəbləri ola bilər; Burunla əlaqədar olan axıntının gəlməsi ilə əlaqədar rinosinuzit ilə bağlı öskürək ola bilər. Yaxud da ki, allergiyaya bağlı olan inkişaf etmiş bronxial asmatik komponent ola bilər. Yaxud da peyvəndləri yerindədirmi? Çünki, son zamanlar bəzi infeksion xəstəliklər çox yayılıb.
Mütləq müayinə edilərək, qərar verilməlidir.
Dr Gülnar Abdullayeva, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir