Kateqoriyalar
Uşaq nefrologiyası

Uşaqlarda böyrək daşı

Böyrək daşının əmələ gəlməsinə təsir edən faktorlar:

  • Genetik meyillilik
  • Duzlu və yüksək proteinli qidalanma
  • Anatomik faktorlar (sidik yollarında durqunluğa səbəb olan anomaliyalar)
  • Metabolik risk faktorları
  • Sidikdə Kalsium, Sidik turşusu, Oksalat, Sistinin artması, Sitrat miqdarının azalması.
  • Sidik yolu infeksiyaları
  • Dərmanlar ( D vitamini, sidik qovucular və s.)

Yeni doğulan uşaqlar qusma, narahatlıq, sidiyə gedəndə ağlama, böyük uşaqlar isə böyrək kolikası, ağrılı işəmə və sidikdə qan şikayətləri ola bilər.

Mikrolitləri olan uşaqlarda əksər hallarda böyrək öz-özünə təmizlənsə də mikrolitlərin ölçüsü böyüyərsə və ya daş əmələ gəlirsə daş əmələ gəlmə səbəbini araşdırmaq lazımdır.

Bütün daş tiplərində maye miqdarı artırılmalıdır.

Yenidoğulmuş: 750 ml/gün <5yaş: 1000ml/gün 5-10 yaş: 1500 ml/gün >10 yaş: 2000 ml/gün 

Digər mülicələr isə daşın tipindən asılıdır və nefroloq tərəfindən araştırılmalıdır.

Dr. Zaur Əhmədov, Uşaq nefroloqu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir