ü Böyrək daşının əmələ gəlməsinə təsir edən faktorlar:
ü Genetik meyillilik
ü Duzlu və yüksək proteinli qidalanma
ü Anatomik faktorlar (sidik yollarında durqunluğa səbəb olan anomaliyalar)
ü Metabolik risk faktorları
ü Sidikdə Kalsium, Sidik turşusu, Oksalat, Sistinin artması, Sitrat miqdarının azalması.
ü Sidik yolu infeksiyaları
ü Dərmanlar ( D vitamini, sidik qovucular və s.)
ü
Yeni doğulan uşaqlar qusma, narahatlıq, sidiyə gedəndə ağlama, böyük uşaqlar isə böyrək kolikası, ağrılı işəmə və sidikdə qan şikayətləri ola bilər.
Mikrolitləri olan uşaqlarda əksər hallarda böyrək öz-özünə təmizlənsə də mikrolitlərin ölçüsü böyüyərsə və ya daş əmələ gəlirsə daş əmələ gəlmə səbəbini araşdırmaq lazımdır.
Bütün daş tiplərində maye miqdarı artırılmalıdır
Yenidoğulmuş: 750 ml/gün <5yaş: 1000ml/gün 5-10 yaş: 1500 ml/gün >10 yaş: 2000 ml/gün
Digər mülicələr isə daşın tipindən asılıdır və nefroloq tərəfindən araştırılmalıdır.
Dr. Zaur Əhmədov
Nefroloq